İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    Noyabr 2008    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

. : Arxiv : .

Fevral 2012 (11)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
Noyabrın 28-də Baş Prokurorluqda kollegiya iclası keçirilib. Lent.az-ın məlumatına görə, toplantı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xidməti fəaliyyətlərində ərqləndiklərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim olunması və dövlət başçısının 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrə həsr olunub.
Kateqoriya: Mətbuat » Ölkədə
ATƏT Bakıda məhkəmə sistemi ilə əlaqədar konfrans keçirəcək  ATƏT-in Bakıdakı ofisi, Niderland Helsinki komitəsi və Böyük Britaniyanın Beynəlxalq Mərkəzi Bakıda məhkəmə işlərində beynəlxalq standartların və strategiyaların tətbiqinə dair konfrans keçirəcəklər. Lent.az-ın məlumatına görə, dekabrın 11-12-də keçiriləcək tədbirdə Azərbaycanda məhkəmə işlərinə baxılması ilə bağlı problemlər müzakirə olunacaq. Konfransda məhkəmələrin müstəqilliyi, məhkəmə sisteminin ölkənin qanunvericilik təcrübəsinə təsiri məsələləri də nəzərdən keçiriləcək.
Kateqoriya: Mətbuat » Ölkədə
Beynəlxalq Əlillər Gününə həsr olunmuş konfrans keçirilib  Bu gün Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə və “3 dekabr – Beynəlxalq Əlilliyi olan İnsanlar Günü”nə həsr olunmuş “Əlillərin hüquqları haqqında konvensiya: ləyaqət və ədalət hamı üçün” mövzusunda konfrans keçirilib.
Lent.az-ın məlumatına görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova “Ombudsmanın əlilliyi olan insanların hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti” mövzusunda çıxış edib. O deyib ki, həyata keçirdikləri tədbirlər nəticəsində əlillərin nəqliyyatdan, rabitə xidmətlərindən istifadəsi təmin edilib. Belə ki, küçələrdə olan telefon köşklərindən əlillərin də istifadə etməsi üçün avadanlıq quraşdırılıb.
Kateqoriya: Mətbuat » Ölkədə
İsveç Krallığında fəaliyyət göstərən insan haqları təşkilatları İranın bu ölkədəki səfirliyinə müraciət edib. İnsan haqları təşkilatları Şahnaz Qulaminin həbsini pislədi
Lent.az-ın “BayBak”a istinadən verdiyi məlumata görə, onlar Güney Azərbaycan Milli Hərəkatının xanım fəalı, hüquq müdafiəçisi, jyurnalist Şahnaz Qulaminin həbs olunmasını pisləyib və fars şovinist rejimindən onun dərhal azadlığa buraxılmasını tələb ediblər.

İsveç mətbuatında Şahnaz Qulami haqqında məqalə də dərc olunub. Bu işdə Isveç Krallığında fəaliyyət göstərən Azər Cəmiyyətinin böyük əməyi olub.

Xatırladaq ki, soydaşımız noyabrın 9-dan 10-na keçən gecə həbs olunub.
Kateqoriya: Mətbuat » Dünyada
Ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov belə deyib“Azərbaycandakı prezident seçkiləri AŞ PA-nın yanvar sessiyasının gündəliyinə salınmayıb”Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı məsələ Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yanvar sessiyasında müzakirə olunmayacaq. Bu barədə APA-ya AŞ PA Daimi Komitəsinin Madriddə keçirilmiş iclasında iştirak edən Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. S. Seyidov bildirib ki, bu gün Daimi Komitədə oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ətraflı müzakirələr aparılıb, AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel məruzəsini təqdim edib. Məruzə ətrafında çox geniş müzakirələr aparılıb, 13 nəfər, o cümlədən AŞ PA prezidenti Luis Mariya de Puç çıxış edib. L. M. de Puç bildirib ki, Azərbaycan xalqı öz prezidentini seçib, öz iradəsini sərbəst ifadə edib: “AŞ PA prezidenti dedi ki, seçki baş tutub, səsvermə Avropa Şurasının prinsiplərinə uyğun keçirilib. Əgər xalq sərbəst öz prezidentini seçirsə, deməli, bu seçki Avropa Şurasının dəyərlərinə uyğun təşkil olunub”. S. Seyidovun sözlərinə görə, Azərbaycanda keçirilən prezident seçkilərinin demokratik prinsiplərə uyğun təşkil olunduğu bildirilib və qərara alınıb ki, bu məsələ yanvar sessiyasında müzakirəyə çıxarılmasın:
Kateqoriya: Mətbuat » Ölkədə
Fransa Prezidenti Nikola Sarkozi Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Sarkozi 2009-cu ili Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fürsət sayır
Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cənab Sarkozi iki ölkə arasında əməkdaşlığın inkişaf etməsinə sevindiyini bildirib: “Fransa-Azərbaycan müştərək iqtisadi komissiyasının yeni ilin əvvəlində Bakıda keçiriləcək iclası iqtisadi və ticari sahələrdə əməkdaşlığın və beynəlxalq fəaliyyətin zəngin və geniş perspektivlərini tərtib etməyə imkan verəcək. Mən Sizin 2007-ci ilin noyabrındakı səfəriniz zamanı bizim dolğun müzakirələrimizdən xüsusilə razı qaldım və 2009-cu ildə Sizi Fransada qəbul etməkdən çox şad olacağam. Bu səfər bizə, iki ölkəmizi birləşdirən münasibətlərin bütün aspektlərini öyrənməyə və onların dərinləşdirilməsi üçün işləməyə imkan verəcək”.
Kateqoriya: Qarabağ » Xəbərlər
“Amnesty İnternational” İranda barələrində cinayət işi qaldırılan azərbaycanlı hüquq müdafiəçiləri Əlirza Sərrafi, Həsən Rəşidi, Səid Muğanlı və Mehdi Nəimi ilə bağlı bəyanat verib. APA-nın təşkilatın rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda adıçəkilən şəxslərin sentyabrın 20-də həbsi və noyabrın 8-də hər birinə 250 min ABŞ dolları girov müqabilində zaminə buraxılması pislənilib: “Bu fəallar milli təhlükəsizliyə xələl gətirməkdə təqsirləndirilirlər. Amma onların istintaq prosesi haqda heç bir açıqlama verilmir”.
Kateqoriya: Mətbuat » Ölkədə
Kitab «Qarabağ - irsimizin əbədi yaddaşı» adlanır

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə «Qarabağ - irsimizin əbədi yaddaşı» adlı kitab işıq üzü görüç. Kitabda 300-ə yaxın rəngli illüstrasiya, cizgi və abidələrin fotoları əks etdirilib. Kitabda göstərilən abidələrin hamısı hal-hazırda işğal altında olan ərazilərdə yerləşir. Nəşrdə memarlıq abidələri ilə yanaşı, həmin ərazilərdəki arxeoloji obyektlər və daş plastikası nümunələri də öz əksini tapıb. Bütün materiallar işğal olunmuş hər bir rayon üzrə təqdim olunub.
Kateqoriya: Qarabağ » Xəbərlər
Görüşdə ailəsinin yazdığı məktub əsirə çatdırılsa da o, valideynlərinə cavab yazmayıbBeynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri əsir Rafiq Həsənova baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun sıravi əsgəri Rafiq Həsənova baş çəkiblər.
Kateqoriya: Mətbuat » Ölkədə
İtaliyanın baş naziri prezident İlham Əliyevlə görüşü ərəfəsində verdiyi müsahibədə belə deyib
Silvio Berluskoni:«Azərbaycan Qafqaz regionunda vacib rol oynayır və səmərəli qərarlar qəbul edir»
Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri davam edir. Dövlət başçısının bu gün bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə iki ölkə arasında qarşılıqlı əlaqələr, enerji layihələri, regional və digər məsələlər müzakirə ediləcək, ikitərəfli sənədlərin imzalanması da istisna olunmur.
Kateqoriya: Mətbuat » Ölkədə
← Geri    1 2 3 4 5 6    İrəli →

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org