İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    Dekabr 2008    »
BeÇaÇrCaCmŞbBz
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
«Biz inadla münaqişə tərəflərini ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesini davam etdirməyə çağırırıq» ATƏT-in toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunub
ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinki toplantısı başa çatıb. ANS PRESS-in Helsinkiyə ezam olunmuş əməkdaşının məlumatına görə, toplantının yekununda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunub. Sənəddə, iyulun 6-da Sankt-Peterburqda, noyabrın 2-də Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü, o cümlədən, «Moskva bəyannaməsi»nin imzalanması alqışlanır. ATƏT hesab edir ki, bu, münaqişənin dinc yolla üçün bir vasitə olacaq və problemin yoluna qoyulması üçün geniş imkanlar yaradır: «Biz inadla münaqişə tərəflərini ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesini davam etdirməyə, «Moskva bəyananməsi»nə əməl etməyə çağırırıq. Hesab edirik ki, tərəflər 29 noyabr 2007-ci il tarixdə Madriddə myəyyənləşdirilmiş prinsiplərə əsaslanan baza razılaşmasının hazırlanmasını sürətləndirməlidirlər».
Kateqoriya: Qarabağ » Xəbərlər
Almaniyalı ekspert Tomas Herman hesab edir ki, Azərbaycanda Vəkillər Kollegiyasına keçirilən qəbul imtahanları çox da şəffaf deyil.
Bu haqda Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Azərbaycanda hüquq və məhkəmə islahatları”na dair hüquqi məsləhət layihəsinin 10 illiyi ilə bağlı keçirilən tədbirdəki çıxışında layihənin rəhbəri Herman bildirib.
Layihə rəhbəri deyib ki, Vəkillər Kollegiyası beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı deyil. Əhalinin ədalət mühakiməsinə çatımlılığında və keyfiyyətli hüquqi yardım göstərilməsində peşəkar vəkillərin rolunun əvəzsiz olduğunu deyən Herman qeyd edib ki, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür.
Kateqoriya: Mətbuat » Ölkədə
Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” konfransında Bakı Bəyannaməsi qəbul olunub.
Lent.az-ın məlumatına görə, sənədi imzalayanlar mədəniyyətlərin müxtəlifliyinə yanaşmaya dair vahid prinsipləri təsdiq ediblər. Bu prinsiplər sırasında ölkələr daxilində və ölkələr arasında mədəniyyət müxtəlifliyinin bəşəriyyətin ümumi irsi kimi təsdiqlənməsi, iştirakçı ölkələrin mədəni yaradıcılığa zəmin yaradan dayanıqlı iqtisadi, sosial və şəxsi inkişafa töhfə verməyə razı olması, insan haqları, demokratiya və hüquqi normalar baxımından beynəlxalq əməkdaşlıq üçün vacib olan mədəniyyətlərarası dialoqun daim inkişaf etdirilməsinin dəstəklənməsi, milli, regional və yerli səviyyədə mədəniyyət siyasətlərinin rolunun əhəmiyyətinin və onların mədəniyyətlərarası dialoqun inkişafına köməyinin təsdiqlənməsi və s. məsələlər var.
Kateqoriya: Mətbuat » Ölkədə
Avropa Şurasının Venesiya Komissiyasının (VK) katibi Cianni Bukikionun bazar ertəsi Trend News-a eksklüziv müsahibəsi
Seçki Məcəlləsinin yenidən təkmilləşdirilməsində maraqlıyıq
- Seçki Məcəlləsi və”Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna edilən dəyişiklik və əlavələr Azərbaycanda oktyabrda keçirilən prezident seçkisi ərəfəsində həyata keçirildi. Hər iki qanunun seçkidə tətbiqini necə qiymətləndirirsiniz?

- Seçkilərin keçirilməsinin sırf texniki tərəflərinə gəldikdə, razı qaldığımızı deyə bilərik. Azərbaycan hakimiyyət orqanları ilə birgə apardığımız işlər öz bəhrəsini verdi. Mərkəzi Seçki Komissiyası (MSK) və seçki prosesində iştirak edən əməkdaşları öz işlərini yerinə yetirdilər. Seçki hüququ uzrə ixtisaslaşmış ekspert vasitəsilə spesifik yardım göstərdik. Ekspert MSK yanında da bir ay ərzində fəaliyyət göstərdi və düşünürəm ki, bu, faydalı oldu. Bildiyiniz kimi, seçki kampaniyasında bəzi tənqidlər oldu. Həqiqətən, iyun ayında Seçki Məcəlləsinə seçki kampaniyasının müddətinin azaldılmasını təsbit edən dəyişiklərdən razı deyildik. Bu isə müxalifətdə təmsil olunan bəzi liderləri seçkidə iştirak etməkdə ruhdan saldı. Müxalifət bu seçkilərdə reallıqda tam təmsil olunmadı. Bu, bir problemdir. Lakin, təəssüf edirəm ki, müxalifət seçkilərdə iştirak etmədi. Bu isə məsulyyətli yanaşma deyil. Seçki qanunvericiliyi kifayət qədər yaxşıdır. Onu daha da yaxşılaşdırmaq olar. Əgər Azərbaycan hakimiyyəti istərsə, Venesiya Komissiyası gələcəkdə Seşki Məcəlləsi üzərində yenidən işləməyə davam edə bilər. Qanunvericilik mətni kimi Məcəllə demokratik və ədalətli seçkilərin keçirilməsinə imkan verə bilərdi. Fikrimcə, müxalifət seçkidə iştirak etmək üçün cəhd etməli idi. Həm iqtidar, həm də müxalifər öz üzərlərinə düşən rolu oynamalıdır. Seçkidə iştirak edərək seçicilərin konsensusunu qazanmalı idi. Bu, seçkidən sonrakı vəziyyətə dair dəyərləndirməmdir. Venesiya Komissiyası Azərbaycan tərəfi ilə qanunvericilik bazasınıy yaxşılaşdırılması istiqamətində əməkdaşlıq etməyə hazırıdır. Azərbaycanda qanunvericilik əhəmiyyətli dərəcədə yaxşılaşmağa doğru gedir. Bu sahədə çoxlu irəliləyişlər var, lakin hələ də çatışmayan yeni qanunvericiliyin düzgün tətbiq edilməsinə dair mentalitetdir.
Kateqoriya: Mətbuat » Ölkədə
Azərbaycanda proporsional seçki sisteminin bərpa olunması üçün yaradılan təşəbbüs qrupunun üzvləri müxalif partiyalarla məsələhətləşmələrə başlayıb.
«İndiyə qədər Azərbaycan Demokrat və Sosial Demokrat partiyalarının rəhbərliyi ilə görüşlərimiz olub. Bu gün isə Ədalət və Liberal partiyalarına müraciət edəcəyik», - bazar ertəsi Trend News-a təşəbbüs qrupunun üzvü, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədr müavini Vahid Nəzərov bildirib.
Trend News-ın arayışı: 2002-ci ilədək Azərbaycanda parlament seçkiləri qarışıq sistem üzrə- majoritar və proporsional olmaqla keçirilirdi. 2002-ci ildə Konstitusiya islahatları ilə bağlı keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub və bütövlükdə majoritar sitemə keçirilib.
Kateqoriya: Mətbuat » Ölkədə
İşğal olunmuş ərazilərində tarixi abidələrin dağıdılması bütün dünya üçün zərbədirAvropa Şurasının Baş katibi Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin dağıdılmasını «Avropa və bütün dünya üçün zərbə» kimi qiymətləndirir.

«Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin dağıdılması təkcə Azərbaycan üçün deyil, həm də Avropa və bütün dünya üçün zərbədir», - deyə çərşənbə axşamı Bakıda Avropa Şurasının (AŞ) Baş katibi Terri Devis bildirib.

Avropa Şurasının Baş katibi AŞ Parlament Assambleyasının (AŞ PA) mədəniyyət və mədəni irs üzrə missiyasının Azərbaycana və Ermənistana səfərinin yubadılması məsələsi ilə bağlı təəssüfünü bildirib.

Azərbaycan AŞ PA qarşısında ölkənin bu regionlarda qalan tarixi və mədəni abidələrinin öyrənilməsi məqsədi ilə təşkilatın mədəni irs missiyasının işğal olunmuş ərazilərə göndərilməsi təşəbbüsü ilə çıxış edib.
Kateqoriya: Qarabağ » Xəbərlər
Şikayətə mahiyyəti üzrə dekabrın 17-də baxılacaq
Konstitusiya Məhkəməsi vətəndaşın şikayətini icraata götürdü
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, Palata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanununun 7.1-ci maddəsinə əsasən, vətəndaş Xəlilov Xəlil Vahab oğlunun şikayətinə baxaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarıb. Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun bu il dekabrın 17-nə təyin edilmiş iclasında baxılacaq.
Kateqoriya: Mətbuat » Ölkədə
«Arzu edirik Qafqazın problemləri gələcək nəsillərə qalmasın»   «Qafqazda əməkdaşlıq platformasını irəli sürməklə biz region ölkələrini bir masa ətrafına əməkdaşlığa dəvət edirik»-, Bakıda rəsmi səfərdə olan Türkiyənin Xarici işlər naziri Əli Babacan belə deyib.
Dekabrın 1-də Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında nazir bildirib ki, Türkiyə regiondakı münaqişələrin - Dağlıq Qarabağ probleminin, Rusiya ilə Gürcüstan, Türkiyə ilə Ermənistan arasındakı problemlərin diplomatik yolla həll edilməsinin çox önəmli olduğunu anlayır: «Bütün cəhdlərimizdə əsas məqsədimiz əlaqələrin normallaşmasıdır. Çünki regionda bu problemlər qaldıqca, davamlı sülhə və sabitliyə nail olmaq mümkün deyil. Arzu edirik ki, bu problemlər gələcək nəsillərə qalmasın, nəsildən-nəslə davam etməsin».
Kateqoriya: Mətbuat » Ölkədə
← Geri    1 2    İrəli →

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org