İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    Fevral 2009    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 

. : Arxiv : .

Fevral 2012 (11)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
«Hakimlərin yol verdiyi qanun pozuntuları Məhkəmə Hüquq Şurasında müzakirə olunur və onlar haqda tədbir görülür». Bunu jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib: Ramiz Rzayev: «75 hakim intizam məsuliyyətinə cəlb edilib»

«2005-ci ildən bu vaxta kimi hakimlər haqda mindən çox intizam icraatı başlanılıb. 75 hakim intizam məsuliyyətinə cəlb edilib».

Ramiz Rzayev deyir ki, hakim işə baxdığı zaman yanlışlığa, qanun pozuntusuna yol verirsə, ədalətsizlik edirsə bu yolverilməzdir. Biz belə hakimlərə qarşı çox tələbkarıq:

«Mən demirəm ki, bizim qəbul etdiyimiz bütün qərarlar mütləqdir. Ancaq bu həqiqət də var ki, hakimlər haqqında müsbət rəyin yaranmamasında jurnalistlər də kömək edir. Şikayətçi necə deyir elə də yazırlar. Bu da ictimai rəyə təsir göstərir».
Kateqoriya: Mətbuat » Ölkədə
Barak Obama prezident seçilməmişdən əvvəl Amerikanın Kubadakı hərbi bazasındakı Quantanamo həbsxanasını bağlayacağını vəd etmişdi.
QUANTANAMO AVROPAYA KÖÇÜR
Prezident Obama bu gün həmin vədini Avropa Birliyi ölkələrinin dəstəyi hesabına həll etməyə çalışır. Artıq Brüsseldən Obamanın istəyinə müsbət cavab gəlib.

“Media forum” saytı xəbər verir ki, Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri fevralın 26-da Brüsseldə toplanaraq Quantanamo həbsxanasındakı məhbusları öz ölkələrində yerləşdirməyə hazır olduqlarını bildiriblər.

Nazirlərin çıxardığı qərara görə, Avropa Birliyinə üzv olan hər bir ölkə istədiyi qədər məhbusu qəbul edə bilər. Söhbət o məhbuslardan gedir ki, onların təqsiri sübuta yetirilməyib. Belələri ailələriylə birgə 60 nəfərdir.

Avropa Birliyinin bu qərarı humanizm prinsipləriylə əsaslandırılır. Çünki məhbusların öz ölkələrinə qayıtması təhlükəlidir.
Kateqoriya: Mətbuat » Dünyada
Bu gün 18:15-də İctimai Televiziyada referendumla bağlı ikinci debat keçiriləcək.

“Media forum” saytı xəbər verir ki, “Zəka” təşviqat qrupunu debatda hüquq elmləri doktoru Mirağa Cəfərquliyev təmsil edəcək.

“Hüquq və Demokratiya” təşviqat qrupu adından deputat Qüdrət Həsənquliyev, yaxud deputat Zahid Oruc danışacaq.

“Respublikaçılar” təşviqat qrupunu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı təmsil edəcək.

“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” təşviqat qrupu adından debata Vətəndaş və İnfişaf Partiyasının sədri Əli Əliyev qatılacaq.
Kateqoriya: Mətbuat » Ölkədə
Bu gün Ombudsman Elmira Süleymanova “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2008-ci il üzrə illik məruzəsini Azərbaycan Prezidentinə və Milli Məclisə təqdim edib. Süleymanova sonuncu məruzəsini Prezidentə təqdim etdi

Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Müvəkkilin illik məruzəsi Konstitusiya ilə müəyyən edilmiş qaydada Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş Prokurora da göndərilir.

Məruzə Milli Məclisin iclasında dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədi ilə qəzetdə, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nda və digər mətbu orqanlarda dərc olunacaq.
Kateqoriya: Mətbuat » Ölkədə
Rusiya Federasiyası Gündüz Eminbəyliyə 5000 avro təzminat ödəməlidirAzərbaycanlının iddiası ilə Rusiya dövləti cərimələndi

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İsveçdə yaşayan əslən azərbaycanlı Gündüz Aydın oğlu Eminbəylinin iddiası əsasında Rusiya Federasiyasını cərimə edib.

ANS PRESS, Avropa Məhkəməsinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Gündüz Eminbəyli 1996-cı ilin fevralında Azərbaycandan Rusiyaya gedib və orada qaçqın statusu alıb. Tezliklə o, İsveç vizası alıb və Rusiyanı tərk etməyə hazırlaşıb.

Lakin 2001-ci ilin sentyabrında Gündüz Eminbəyli Azərbaycan hökumətinin xahişi ilə Rusiya milisi tərəfindən estradisiya məqsədilə həbs edilib. Amma cəmi bir ay sonra azərbaycanlı azadlığa buraxılıb.
Kateqoriya: Mətbuat » Ölkədə
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 26-da Azərbaycanın Füzuli rayonunun ərazisində - Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılmışdır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və onun səhra köməkçiləri Piter Ki və Vladimir Çountulovun, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisindəki təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və İrji Aberlenin keçirmələri nəzərdə tutulmuşdu.

Planlaşdırıldığı kimi, fevralın 26-da saat 12.00-da monitorinq başlanmış və hər iki tərəfdə olan nümayəndələr müşahidələr aparmış, vəziyyətlə bağlı məlumatları bölüşmək üçün bir-biri ilə radio əlaqəsi saxlamışlar.
Kateqoriya: Mətbuat » Ölkədə
Ombudsman Aparatından bildirmişlər ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Uşaq ili çərçivəsində YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə aparatının regional mərkəzlərinin əməkdaşları üçün ikigünlük təlim kursu təşkil etmişdir.

Təlim kursuna Ombudsman Aparatının Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin nümayəndələri, ekspertlər qismində isə YUNİSEF-in, Uşaq Hüquqları Klinikasının, Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin təmsilçiləri qatılmışlar.

Kateqoriya: Mətbuat » Ölkədə
Azərbaycanın 10 siyasi partiyası Ermənistanın Azərbaycan qarşı hərbi təcavüzü və Qarabağın işğal edilməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına, Avropa Parlamentinə, ATƏT-ə, AŞ PA-ya, ABŞ prezidenti Barak Obamaya, Rusiya prezidenti Dmitri Medvedevə, Fransa prezidenti Nikola Sarkoziyə və Azərbaycandakı xarici ölkə səfirliklərinə müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Ermənistan Rusiya hərbi hissələrinin köməyi ilə həyata keçirdiyi irimiqyaslı hərbi əməliyyatlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonunu işğal edib, eyni zamanda həmin ərazilərdə etnik təmizləmə həyata keçirib, 1 milyondan artıq azərbaycanlını ev-eşiyindən didərgin salıb.
Kateqoriya: Mətbuat » Dünyada
«Onlarla müxalifətçi mühakimə olunsa da, səlahiyyətlərindən sui-istifadə edən hakimiyyət nümayəndələrindən heç biri məhkəmə qarşısında cavab verməyib»«Human Rights Watch» Ermənistan hakimiyyətini ittiham etdi

«Human Rights Watch» beynəlxalq hüquq müdafiəsi təşkilatı Ermənistan hakimiyyətini 2008-ci ildə hakimiyyət əleyhinə nümayişin dağıdılmasının təfərrüatlarını dəqiq araşdırmamaqda günahlandırıb. Qeyd edək ki, İrəvanda ötən il martın 1-də baş vermiş hadisələrdə 10 nəfər ölmüş, aksiyanın 100-dən artıq iştirakçısı həbs edilmişdi.

«Human Rights Watch» hesab edir ki, polisin səlahiyyət həddini aşmasına, xüsusilə, yersiz silah tətbiqinə heç bir şübhə yoxdur: «Lakin Ermənistan hakimiyyətinin 1 mart hadisələrinə reaksiyası birtərəfli olub. Ötən müddət ərzində onlarla müxalifətçi mühakimə olunsa da, səlahiyyətlərindən sui-istifadə edən hakimiyyət nümayəndələrindən heç biri məhkəmə qarşısında cavab verməyib». /ANS PRESS/
Kateqoriya: Qarabağ » Xəbərlər
1992-ci il fevralın 25-i axşamdan etibarən şəhər toplardan və ağır zirehli texnikadan atəşə tutulmağa başlanılıb
Bu gün Xocalı soyqırımının 17-ci ildönümüdür. Bu gün Xocalı soyqırımının 17-ci ildönümüdür

Məhz bu gün Xocalının adı məhv olmuş şəhərlər siyahısına düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib.

Qeyd edək ki, hücumdan əvvəl fevralın 25-i axşamdan etibarən şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanılıb. Şəhərin müdafiə sistemini dağıdan düşmən gecə yarısı Xocalıya girib. Ermənilərin hücumunu görən şəhər əhalisinin bir qismi Ağdam istiqamətində qaçmağa çalışsa da şəhər ətrafında gizlənən erməni silahlıları dinc insanları qətlə yetirib. Qırğın nəticəsində 613 nəfər həlak olub.
Kateqoriya: Qarabağ » Xəbərlər
← Geri    1 2 3 4 5 6 7 8 9 10    İrəli →

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org