İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    Fevral 2009    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
ALİ MƏHKƏMƏNİN SƏDRİ SEMİNARDA İŞTİRAK ETMİŞDİRAzərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 30-da Avropa İnsan Hüquqları Məhkəməsinin Strasburqda keçirilən 50 illik yubiley mərasiminə həsr olunmuş seminarda iştirak etmişdir.
Seminarda Avropa İnsan Hüquqları Məhkəməsinin keçdiyi 50 illik yola nəzər salınmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərlə bağlı geniş diskussiyalar və müzakirələr aparılmışdır.
Seminarda beynəlxalq hüququn müxtəlif aspektləri barədə məruzələr dinlənilmişdir. Qeyd olunmuşdur ki, 1959-cu il yanvarın 21-də Avropa Şurasının Məşvərətverici Assambleyasının keçirdiyi iclasda ilk dəfə insan hüquqlarının müdafiəsi üçün yaradılan məhkəməyə müstəqil şəkildə hakimlərin seçkisi aparılmışdır.
Seminarda Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Jan-Pol Kostanın məruzəsi maraqla qarşılanmışdır. Sədr məruzəsində 50 il ərzində beynəlxalq hüququn inkişafı, beynəlxalq məhkəmələrin rolunun və nüfuzunun artması, beynəlxalq hüququn fəaliyyətinin səmərəli nəticələrindən danışmışdır.
Kateqoriya: Mətbuat » Ölkədə
OMBUDSMAN “CƏNUBİ QAFQAZDA STABİLLƏŞMƏ PROSESLƏRİ” MÖVZUSUNDA TƏDBİRLƏRDƏ İŞTİRAK ETMİŞDİROmbudsman Aparatından bildirmişlər ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Berlində Almaniya Federativ Respublikasının Federal Xarici İdarəsi tərəfindən təşkil olunmuş “Cənubi Qafqazda stabilləşmə prosesləri” mövzusunda tədbirlərdə iştirak etmişdir.
Tədbirin ilk günü Federal Xarici İdarə nümayəndələri ilə görüşdə E.Süleymanova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin adi bir konflikt deyil, Ermənistanın ölkəmizə qarşı davamlı və uzunmüddətli təcavüzü olduğunu diqqətə çatdırmışdır.
Daha sonra Almaniya Kanslerinin ofisində keçirilən görüşdə E.Süleymanova Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniya Kansleri A.Merkelin dəstəyinin önəmli olduğunu qeyd etmişdir.
ATƏT və Avropa Şurası parlament assambleyalarında Almaniya nümayəndə heyətlərinin üzvləri ilə görüş zamanı ombudsman Ermənistanın Azərbaycana təcavüzünün bütövlükdə Cənubi Qafqazda sülh, sabitlik və inkişaf proseslərinə mənfi təsir göstərdiyini vurğulamışdır.
Səfər çərçivəsində keçirilən digər görüşlərdə də Cənubi Qafqazda sülh və sabitlik problemi əsas müzakirə mövzusu olmuşdur. (AzərTAc)

Kateqoriya: Mətbuat » Ölkədə
← Geri    1 2 3 4 5 6 7 8 9 10    İrəli →

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org