İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    Fevral 2009    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
MSK “Qarabağ və Respublika uğrunda” təşəbbüs qrupunun müraciətinə baxdıMərkəzi Seçki Komissiyasının (MSK) iclasında 2009-cu il martın 18-ə təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “Qarabağ və Respublika uğrunda” təşəbbüs qrupu tərəfindən MSK-ya daxil olmuş müraciətə baxılıb.

Lent.az-ın xəbərinə görə, MSK katibi məlumat verərək bildirib ki, təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi müraciətdə bəzi qanun pozuntuları olması iddiasını irəli sürüb. Belə ki, müraciətdə təşəbbüs qrupunun nümayəndələri Şəhla Hacıyeva və Natəvan Məmmədovanın əsassız olaraq, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə aparıldığı bildirilib. Natiq Məmmədov bildirib ki, araşdırmalar nəticəsində müraciətdə göstərilən vaxtda Şəhla Hacıyeva və Natəvan Məmmədova adlı şəxslərin Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsində olmadığı üzə çıxıb. N.Məmmədov müraciətin əsassız sayılması təklifini irəli sürüb.
Kateqoriya: Mətbuat » Ölkədə
Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatdıBu il martın 18-ə təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar seçicilərin siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, seçici siyahılarında ümumilikdə 4,9 milyona yaxın seçicinin adı var. MSK sədri onu da bildirib ki, istənilən seçici dairə seçki komissiyalarına (DSK) müraciət edərək oradan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum Aktının layihəsini alaraq, onunla tanış ola bilər.
Kateqoriya: Mətbuat » Ölkədə
BMT SESSİYASINDA AZƏRBAYCANLA BAĞLI HESABAT QƏBUL EDİLƏCƏKFevralın 6-da BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində keçirilən növbəti sessiyasında Azərbaycanın indiyədək insan haqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrası barədə hesabat qəbul ediləcəkdir.
Cenevrədə keçirilən sessiyada Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəxlalq təşkilatlar yanında daimi nümayəndəliyinin rəhbəri Elçin Əmirbəyovun sözlərinə görə, artıq 2 ildir bu mexanizm BMT-yə üzv olan bütün ölkələr üçün tətbiq olunur və xüsusi qrafik üzrə həyata keçirilir.
Kateqoriya: Mətbuat » Ölkədə
«Media forum» saytı oxucularının suallarını «Konstitusiya» Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev cavablandırır.
«REFERENDUMA ÇIXARILAN MƏSƏLƏLƏRDƏ MONARXİYANIN TƏTBİQİNƏ YÖNƏLƏN NORMALARA RAST GƏLMƏMİŞƏM»
Forum «İnam» Plüralizm Mərkəzinin ABŞ-ın Marşall Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi «Demokratiya və Azərbaycanın Avropaya inteqrasiyası mövzusunda ictimai müzakirələr» layihəsi çərçivəsində keçirilib.

Səadət Məhərrəmova: Əliməmməd bəy, əqidəsini dəyişən adamlarla bağlı bir-iki kəlmə fikrinizi bilmək maraqlı olardı...


«Konstitusiya» Araşdırmalar Fondunun rəhbəri kimi niyə ana yasamıza antidemokratik dəyişikliyə mənfi rəy vermirsiniz?

Cavab: Hörmətli Səadət xanım, mənə ünvanladığınız ikinci sualı tələsib özünüz cavablandırmısınız. Lakin mən sizin cavabınızda iddia etdiyinizdən bir qədər fərqli düşünürəm. Forum zamanı səslənən digər sualların cavabında bu fərqi yəqin ki, görəcəksiniz.

O ki qaldı birinci suala, deyə bilərəm ki, əqidəsini dəyişən adamlara münasibət tarixin müxtəlif dönəmlərində necə olubsa, mənim də münasibətim eynidir.

Kateqoriya: Mətbuat » Ölkədə

QADIN HÜQUQ MÜDAFİƏÇİSİ EVİN ZİNDANINA SALINIBİran hüquq müdafiəçilərinin bildirdiyinə görə, qadın-kişi hüquq bərabərliyi uğrunda dinc mübarizə aparan 1 milyon imzatoplama kampaniyasının fəalı Nəfisə Azad həbs edilib.

«Media forum» saytının məlumatına görə, ETTELAAT əməkdaşları qadın hüquq müdafiəçisi Nəfisə Azadı Tehran küçələrinin birində imza toplayarkən həbs edib Tehranın Evin həbsxanasına aparıblar.

Məlumatda o da vurğulanır ki, ETTELAAT əməkdaşları N.Azadı həbs etdikdən sonra fevralın 3-də onun qaldığı mənzilə gələrək fəala məxsus kitabları, əlyazmaları və kompüteri aparıblar.
Kateqoriya: Mətbuat » Dünyada
«OBAMA MÜSƏLMAN ÖLKƏLƏRİNDƏN BİRİNƏ SƏFƏR EDƏCƏK»«Turan» ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsinin məqaləsini yayıb. «İslam dünyasına əl uzadaraq» sərlövhəli yazıda diplomat prezident Barak Obamanın andiçmə mərasimində dediyi «Müsəlman aləmi üçün biz qarşılıqlı maraq və hörmət əsasında irəliyə aparan yeni yol axtarışındayıq» sözlərinə sadiq olduğunu vurğulayıb. Yeni administrasiyanın «dünyada mənfi rəmzə çevrilən» Quantanamo saxlama məntəqəsini bağlamaq üçün addımlar atdığını, Amerikanın ən mötəbər dövlət xadimlərindən olan keçmiş senator Corc Mitçelı Yaxın Şərq, diplomat Riçard Holbruku isə Əfqanistan/Pakistan üzrə xüsusi səfir olmağa dəvət etdiyini xatırladan səfir Obamanın prezidentliyinin ilk 100 günü ərzində müsəlman ölkələrindən birinə səfər edəcəyini deyib. Səfirin fikrincə, prezident Obama Amerika ilə islam dünyası arasında körpü yolunu oynamaq üçün çox münasib şəxsdir:
Kateqoriya: Mətbuat » Dünyada
2008-ci ildə dünyada 109 KİV əməkdaşı öldürülüb2008-ci il jurnalistlər üçün ən faciəli illərdən biri olub. Lent.az-ın verdiyi məlumata görə, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Eydan Uayt həlak olan KİV işçiləri barədə hesabatı açıqlayan zaman bildirib. Baş katib qeyd edib ki, 2008-ci ildə xidməti vəzifələrini yerinə yetirən zaman 109 reportyor, operator və redaksiya əməkdaşı ölüb. KİV işçiləri üçün ən təhlükəli ölkə əvvəlki kimi yenə də İraq olaraq qalır. Ötən il Hindistan və Meksika da KİV işçilərinin öldüyü ölkələr siyahısına düşüb. Eydan Uayt bildirib ki, artıq bu ilin yanvar ayı ərzində xidməti vəzifəsini yerinə yetirən zaman 10 jurnalist öldürülüb. Bununla bağlı o, dünya dövlətlərini jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün yeni addımlar atmağa çağırıb.


Kateqoriya: Mətbuat » Dünyada
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLİBMəzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə MSK katibi Natiq Məmmədov referendum üzrə “Hüquq və demokratiya” təşviqat qrupunun qeydə alınması məsələsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmış və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilmişdir. Komissiya həmin təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir. Bununla da Mərkəzi Seçki Komissiyasında təşviqat qrupu kimi qeydə alınmış təşəbbüs qruplarının sayı 4-ə çatmışdır. Ümumilikdə, Mərkəzi Seçki Komissiyasına referendum üzrə 14 təşəbbüs qrupu müraciət edərək imza vərəqələri götürmüşlər. Həmin qruplardan 13-ü imza vərəqələrini qanunla müəyyən olunmuş müddətdə MSK-ya təqdim etmişdir.
Kateqoriya: Mətbuat » Ölkədə
MƏNZİL MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMİŞDİRAzərbaycan Respublikasının Mənzil Məcəlləsinin 100-dən çox maddəsinə əlavələr və dəyişikliklər edilmiş, sənəd əsaslı surətdə təkmilləşdirilmişdir.
Bu barədə, Milli Məclisin sosial siyasət, iqtisadi siyasət, insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının fevralın 3-də keçirilmiş birgə iclasında Məcəllənin layihəsinin ikinci oxunuş müzakirəsi zamanı məlumat verilmişdir.
Parlamentin sosial siyasət dami komissiyasının sədri Hadi Rəcəbli demişdir ki, bu Məcəllə ölkədə vətəndaşların mənzil problemlərinin həllini asanlaşdıracaq, dövlətin, bələdiyyələrin və özəl sektorun bu sahədə hüquq və vəzifələrini müəyyənləşdirəcəkdir. Komissiyaların birgə iclasının keçirilməsinin əsas məqsədi vətəndaşların hüquqlarını müdafiə edəcək yekdil sənəd hazırlamaqdır.
Sonra hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov sənədlə bağlı ətraflı məlumat vermişdir. O demişdir ki, layihənin birinci oxunuş müzakirəsi zamanı deputatların irəli sürdükləri rəy və təkliflərin böyük əksəriyyəti işçi qrupu tərəfindən nəzərə alınmışdır. Eləcə də bu sahə ilə əlaqədar beynəlxalq təcrübə öyrənilmiş və sənədin 100-dən çox maddəsinə əlavələr və dəyişikliklər edilmişdir. Əsas məqsəd vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquqlarının Məcəllədə də əksini tapmasıdır ki, buna da nail olunmuşdur.
Kateqoriya: Mətbuat » Ölkədə
«Polisin seçkiyə müdaxiləsi yolverilməzdir»Polisin seçkiyə müdaxiləsi yolverilməzdir və bu halların qarşısı alınmalıdır». Bunu «Azadlıq» radiosunun «İşdən sonra» proqramının «Deputat saatı» bölümündə Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, əgər deputat seçildiyi Mingəçevirdə belə faktlar varsa, müxalifət nümayəndələri ona müraciət edə bilərlər.

Ümumilikdə isə A.Mirzəzadə bu fikirdədir ki, müxalifətin imza toplama kampaniyası zamanı problemlərlə üzləşməsi barədə şikayətlər Mərkəzi Seçki Komissiyasında araşdırıla bilər:

«Əgər şikayət versələr. Amma müxalifətçilər bunu etməyiblər».

Deputat seçicilərinin problemlərindən də danışdı. YAP funksioneri deyir ki, Mingəçevirdə işsizlik səviyyəsi ölkə üzrə orta göstəricidən yuxarıdır. Çünki vaxtilə sənaye şəhəri olmuş Mingəçevirdə indi sənaye müəssisələri gücünün 5-10 faizi ilə işləyir. Amma onun sözlərinə görə, bu problemin çözümü üçün addımlar atılır.
Kateqoriya: Mətbuat » Ölkədə
← Geri    1 2 3 4 5 6 7 8 9 10    İrəli →

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org