İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    Mart 2009    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 310 mindən çox məktəblinin imzası toplanıbKampaniya “Biz sülh elçisiyik! Bizə qoşulun!” devizi ilə aparılırdı

Xocalı soyqırımının 17-ci ildönümü ərəfəsində ombudsman Elmira Süleymanovanın təşkilatçılığı ilə uşaqlar arasında keçirilən “Biz sülh elçisiyik! Bizə qoşulun!” devizi ilə aparılan imzatoplama kampaniyası başa çatıb.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kampaniya çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarından 310 mindən çox məktəblinin imzası toplanıb.

Erməni təcavüzünün azərbaycanlı uşaqların taleyinə təsir göstərmiş ağır nəticələrini özündə əks etdirən məktub və toplanmış imzalar Xarici İşlər Nazirliyinin dəstəyi ilə BMT baş katibinin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi Radhika Kumarasvamiyə göndərilib.

Kateqoriya: Qarabağ » Xəbərlər
MSK artıq bülletenləri böyük formatda çap etdirərək dairələrə paylayıb
Referendum günü seçki məntəqələri veb kamera ilə müşahidə altında olacaq
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Toplantı fevral ayı ərzində keçirilmiş iclas protokollarının təsdiq edilməsi ilə başlayıb.

Daha sonra martın 18-də keçiriləcək referendum çərçivəsində məntəqə seçki komissiyalarında veb kameraların quraşdırılması məsələsi müzakirə olunub.

MSK-nın katibi Natiq Məmmədov referendum zamanı səsverməni birbaşa izləmək məqsədi ilə 500 məntəqədə veb kameraların quraşdırılmasını təklif edib.

Bu təklif komissiya üzvləri tərəfindən qəbul olunub. Daha sonra MSK-nın sədri Məzahir Pənahov, referendum çərçivəsində görülən işlər barədə iclas iştirakçılarına məlumat verib.
Kateqoriya: Mətbuat » Ölkədə
İcra hakimiyyəti başçıları seçkiyə müdaxilə etməməklə bağlı məlumatlandırıldı  Bu gündən ATƏT-in Bakı Ofisi, Azərbaycan Prezidentinin İcra Aparatı (PİA) və Mərkəzi Seçki Komissiyası (MSK) seçki prosesinə müdaxilələrin qarşısının alınmasına dair informasiya sessiyalarına başlayıb.

Lent.az-ın məlumatına görə, bu münasibətlə geniş tədbir keçirilib. Tədbirdə bildirilib ki, sessiyalar zamanı icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının (DSK) sədrləri seçki prosesinə müdaxilənin qarşısının alınmasına dair seçki qanununun tələbləri barədə məlumatlandırılacaq.
Bundan başqa, tədbir iştirakçılarına ATƏT-in demokratik seçkilərə dair öhdəlikləri kontekstində məhz hansı halların seçkiyə müdaxilə kimi qiymətləndirilməsinə dair praktiki nümunələr veriləcək.

İlk sessiyada Bakı şəhərinin rayon icra hakimiyyətləri başçıları iştirak edib.

Kateqoriya: Mətbuat » Ölkədə
Anji Kaspşik: «Cəbhə xəttində monitorinq aparılan zaman biz atəş səsləri eşitdik və monitorinqi dayandırmağı qərara aldıq»ATƏT sədrinin monitorinq zamanı atəşkəsin pozulması ilə bağlı bəyanatı gözlənilir

«Fevralın 26-da cəbhə xəttində monitorinq aparılan zaman biz atəş səsləri eşitdik və monitorinqi dayandırmağı qərara aldıq».

Bunu ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Minsk qrupunun həmsədrləri ilə birgə keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu hal mənfi qiymətləndirilir və məsələ ilə bağlı ATƏT sədrinin bəyanatı gözlənilir: «Monitorinq zamanı atəş açıldı. Adətən təhlükəsizliyə zəmanət verilsə də, bu dəfə belə olmadı. Ona görə də biz bu situasiyanı mənfi qiymətləndiririk».

Anji Kasprşikin sözlərinə görə, atəş səsələri iki dəfə eşidildiyi üçün tərəflərdən hansısa birini ittiham etmək çətindir.
Kateqoriya: Mətbuat » Ölkədə
Hökumət ABŞ Dövlət Departamentinin hesabatını öyrənirHökumət ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatının Azərbaycana aid olan hissəsini öyrənir.

Lent.az-ın xəbərinə görə, bu barədə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib. O bildirib ki, hökumət hesabatla bağlı münasibətini açıqlayacaq.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında Azərbaycanda seçki, sərbəst toplaşmaq, din və söz azadlığının pozulduğu qeyd olunur. Həmçinin məhkəmə-hüquq sistemində kök salmış korrupsiya və polisin insanlara işgəncə vermə halları tənqid olunur.
Kateqoriya: Mətbuat » Ölkədə
AŞ PA həmməruzçiləri geniş hesabat hazırlayacaqlarAvropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel (Estoniya) və Yevgeniya Jivkova (Bolqarıstan) aprelin əvvəlində Bakıya gələcəklər.

Bu barədə APA-ya eksklüziv açıqlamasında A.Herkel bildirib. Həmməruzəçinin sözlərinə görə, səfər zamanı müvafiq dövlət və qeyri-dövlət təmsilçiləri ilə görüşlər keçiriləcək, monitorinq altında olan bütün məsələlər müzakirə olunacaq, geniş hesabat hazırlanaraq, AŞ PA-ya təqdim olunacaq.

A.Herkel Azərbaycanın bir neçə regionuna səfər etməyi planlaşdırdıqlarını da deyib.
Kateqoriya: Mətbuat » Ölkədə
Amerika Azərbaycan Cəmiyyəti və Azərbaycan Amerika Şurası cümə günü BMT-nin Nyu-York qərargahında genişmiqyaslı "Xocalıya Ədalət" etiraz aksiyasi keçirib.BMT-nin baş qərargahı qarşısında “Xocalıya Ədalət” aksiyası

Bu barədə Trend xəbər verir.

Üç saat davam eden tədbirdə Amerikada fəaliyyət göstərən Azərbaycan, Türk və Yəhudi diaspor təşkilatlarının nümayəndələri, Azərbaycandan olan millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova iştirak edib.

Etiraz aksiyasinda elecə də Azərbaycan Amerika Şurasının Prezidenti Cavid Hüseynov ve Amerika Azərbaycan Cəmiyyətinin Prezidenti Tomris Azəri qatılıb. Etiraz aksiyasi iştirakçıları adından BMT Baş Katibiliyinə rəsmi məktub təqdim olunub.
Kateqoriya: Mətbuat » Ölkədə
← Geri    1 2 3 4 5 6 7    İrəli →

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org