İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2009    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
Birgə İşçi Qrupunun "Qaynar xətt" və "Hüquqi məsləhət mərkəzi" xidmətləriBirgə İşçi Qrupunnun “Qaynar Xətt” və “Hüquqi Məsləhət Mərkəzi” xidmətləri 08 may 2008-ci il tarixdən yaradılmışdır. Bu xidmətlər yaradıldıqdan sonra bu barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə müxtəlif istiqamətlərdə işlər aparılmışdır. Belə ki, xidmətlər barədə 13 000 ədəd reklam bukletləri hazırlanaraq bütün ölkə ərazisi üzrə vətəndaşlara paylanmış, xidmətlərlə bağlı elanlar 8 ay ərzində davamlı Yeni Musavat və Olaylar qəzetlərində dərc edilmiş, metropoliten vaqonlarında və avtobus dayanacaqlarında yerləşdirilmişdir.

“Qaynar Xətt” xidməti çərçivəsində hüquq pozuntuları ilə bağlı ərizə və şikayətlər qəbul edidikdən sonra ilkin olaraq Qrupun hüquqşunas-ekspertləri tərəfindən baxılır və hüquq pozuntusu müəyyən olunduğu halda vətəndaşın hüquqlarının bərpa edilməsi istiqamətində işlər aparılır. İşlə bağlı müsbət nəticə əldə edilənədək proses nəzarətdə saxlanılır. “Hüquqi Məsləhət Mərkəzi” xidməti çərçivəsində hüquqi məsləhətə ehtiyyacı olan vətəndaşlar keyfiyyətli hüquqi məsləhətlərlə təmin olunurlar. Qeyd edək ki, adı çəkilən xidmətlər tam ödənişsiz həyata keçirilir.

“Qaynar xətt”
408-30-17

Hüquq pozuntuları ilə bağlı ərizə və şikayətlərlə qaynar xətt xidmətinə müraciət edə bilərsiniz. Qaynar xəttə daxil olmuş müraciətlər Beynəlxalq İşçi Qrupunun hüquqşünasları tərəfindən araşdırılır, bununla bağlı müvafiq qurumlara müraciət edilir, müraciət etmiş vətəndaşın hüquqlarının bərpa olunması istiqamətində işlər aparılır və hüquq pozuntusu aradan qaldırılanadək işin gedişinə nəzarət olunur.

“Hüquqi məsləhət mərkəzi”
408-30-27

Hüquqi məsləhətə ehtiyyacınız varsa “Hüquqi Məsləhət Mərkəzi”nə müraciət edərək pulsuz hüquqi məsləhət ala bilərsiz. Beynəlxalq İşçi Qrupunun ekspert və hüquqşünasları sizin müraciətinizlə bağlı sizləri keyfiyyətli hüquqi məsləhətlə təmin edəcəklər.
Kateqoriya: Haqqımızda » Qaynar xətt
"Qaynar xətt" xidmətinin rəhbəri, Birgə İşçi Qrupunun həmsədriCamalov Şahin Vəkilağa oğlu Cəlilabad rayonun 1 saylı orta məktəbində, 1994-1998-ci illərdə isə Lənkəran Özəl Türk Litseyində oxumuşdur. 1998-2004-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakultəsində ali təhsili almışdır (bakalavr və maqistr pillələri). İxtisasca beynəlxalq hüquqşunasdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-hüquq Tədqiqatlar İnstitutunun beynəlxalq hüquq şöbəsinin aspirantıdır.

Cənubi Qafqazda insan hüquqlarının vəziyyətinə dair araşdırmalar aparır və bu mövzuyla bağlı elmi işin və çoxlu sayda məqalələrin müəllifidir. ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə İnsan hüquqlarının təbliği və tədrisini həyata keçirən “Xəzər” İnsan hüquqları məktəbinin yaradıcılarındandır. “Xəzər panoraması” ictimai-siyasi jurnalının redaktoru və məsul katibi olmuşdur. “İnsan hüquqları” (müəllimlər üçün vəsait), “Məktəblərdə insan hüquqları” (müəllimlər üçün vəsait) kitablarının müəllifidir.

2002-2004 illərdə “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq beynəlxalq hərəkatı” İctimai Birliyinin beynəlxalq hüquq üzrə ekspert-analitiki, 2004-cü ildən 2007-ci ilin sentyabr ayına kimi isə İcraçı direktoru vəzifələrində çalışıb. 2007-ci ilin sentyabr ayından “İnsan hüquqları XXI əsr - Azərbaycan” Fondunun prezidentidir. İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun həmsədridir.
Kateqoriya: Haqqımızda » Qaynar xətt
"Qaynar xətt" xidmətinin baş hüquqşunasıAbdullayev Ehtibar Vaqif oğlu 2001-ci il tarixdə Azərbaycan Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib, 2003-cü ildə Magistr dərəcəsini alıb, 2001-ci il tarixdən etibarən müxtəlif firma və müəssisələrdə hüquqşünas kimi fəaliyyət göstərmişdir. 2001-ci ildən 2003-cü ilə qədər "Şərq-S" MMC-də hüquqşünas, 2004-2005-ci illərdə Bakı Kondisioneri ASC-də hüquqşünas, 2006-cı il tarixdə "Royal Consulting" MMC-nin direktoru və 2007-ci il tarixdən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. İşlədiyi müddətdə çoxsaylı məhkəmə proseslərində iştirak etmiş, mülki, iqtisadi, əmək, cinayət və sair icraatlar üzrə işlər aparmışdır. 2008-ci ilin may ayından etibarən İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə Işci Qrupunun "Qaynar xətt" xidmətinin baş hüquqşunası vəzifəsində fəaliyyət göstərir.
Kateqoriya: Haqqımızda » Qaynar xətt
"Qaynar xətt" xidmətinin hüquqşünasıRəhimova Ülviyyə Faiq qızı 1987 ildə Bakı şəhərində anadan olmuşdur. 1993-2004 illərdə 135 saylı orta məktəbdə təhsil almışdır. 2004-2008-ci illərdə Təfəkkür Universitetinin Beynəlxalq hüquq fakültəsində təhsil almışdır. İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun “Qaynar Xətt” Xidmətinin hüquqşünasıdır.
Kateqoriya: Haqqımızda » Qaynar xətt
"Qaynar xətt" xidmətinin hüquqşünasıSeyfəddinov Qeysər Əhmədiyyə oğlu 1979 ildə Oğuz rayonunda anadan olmuşdur. 2001- ci ildə Azərbaycan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirmişdir. 2007-ci ildən Vəkillər Kolleqiyasının üzvüdür. Hal hazırda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun “Qaynar Xətt” Xidmətinin hüquqşünasıdır.
Kateqoriya: Haqqımızda » Qaynar xətt

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org