İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    Yanvar 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Fevral 2012 (11)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
19 Yanvar 2012 | Azərbaycanda aztəminatlı ailələrə pulsuz hüquqi yardım göstərilməsinin yolları araşdırılır
Azərbaycanda aztəminatlı ailələrə pulsuz hüquqi yardım göstərilməsinin yolları araşdırılır Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvü, vəkil Anar Bağırov bildirib ki, qanun layihəsinin hazırlanması məqsədilə ötən ilin sonunda Konfederasiyanın və "Azərbaycan Hüquqi İslahatlar Mərkəzi" İctimai Birliyinin birgə işçi qrup yaradılıb.

Bağırovun sözlərinə görə,"Ödənişsiz hüquqi yardım haqqında" qanun layihəsində vətəndaşın keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi, regionlarda vəkil çatışmazlığı probleminin həlli, vətəndaşların hüquq və maraqlarının təmini, yerlərdə ödənişsiz hüquqi yardım göstərəcək qurumların yaradılması ilə bağlı məsələlər əksini tapacaq.
Onun sözlərinə görə, qanun layihəsi daha çox aztəminatlı şəxslərin hüquqlarının keyfiyyətli təmin olunması məqsədilə hazırlanır.

Qanun layihəsində əhalinin aztəminatlı təbəqəsinə hüquqi yardım göstərəcək qurumun yaradılması da nəzərdə tutulacaq.
Həmin qurumun müstəqil təsisat kimi yaradılmasını vacib sayan Bağırov hesab edir ki, onun hər hansı dövlət orqanının tabeliyinə verilməsi qurumun müstəqil fəaliyyətinə kölgə sala bilər.

Onun sözlərinə görə, təkliflərdən biri həmin qurumun Vəkillər Kollegiyasının nəzində fəaliyyət göstərməsi ilə bağlıdır.
"Hüquqi yardım göstərəcək qurumun dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulur. Büdcədən ayrılacaq vəsait aztəminatlı ailələrə keyfiyyətli hüquqi yardım göstərilməsi üçün xərclənəcək", - Bağırov deyib.
Vəkil bu qurumun fəaliyyətinə hansı formada nəzarət ediləcəyinin hələlik məlum olmadığını, bu məsələnin işçi qurupunda geniş müzakirə olunacağını deyib.

Yerli və beynəlxalq ekspertlərin də təmsil olundiğu işçi qrup bu sahədə Türkiyə və Avropa ölkələrinin təcrübəsini, Azərbaycan qanunvericiliyində bu sahədə mövcud boşluqları öyrənəcək.

Qanun layihəsinin bu il ərzində hazırlanıb ictimai müzakirəyə çıxarılması nəzərdə tutulub.
Bağırov bildirib ki, işçi qrup Ödənişsiz hüquqi yardım konsepsiyası da hazırlayacaq.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org