İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    Yanvar 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Fevral 2012 (11)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
24 Yanvar 2012 | Avropa Şurasının insan hüquqları üzrə yeni kommissarı seçilib
Avropa Şurasının insan hüquqları üzrə yeni kommissarı seçilib O, vəzifəsinin icrasına bu il aprelin 1-dən başlayacaq. Sözügedən posta müxtəlif ölkələr tərəfindən namizədlər təqdim edilmişdi. AŞ Nümayəndələr Komitəsinin 2011-ci il noyabrın 24-də keçirilən iclasında insan hüquqları üzrə komissar postuna irəli sürülmüş namizədlərlə bağlı səsvermə keçirilmiş və bunun nəticəsində ən çox səs toplamış 3 namizəddən ibarət siyahı AŞ PA-ya təqdim edilmişdi. Bu namizədlər Nils Münieks (Latviya), Frans Timmermans (Niderland) və İv Mone (Belçika) olmuşdu.

Qeyd edək ki, bu posta ilkin mərhələdə 5 namizəd irəli sürülmüşdü.
İnsan hüquqları üzrə komissarının səlahiyyət müddəti altı ildir.

Prosedura görə, insan hüquqları üzrə komissar AŞ Nazirlər Komitəsinin təqdimatı əsasında, AŞ PA tərəfindən seçilir.
Frans Timmermans 1961-ci il mayın 6-da Maastrix şəhərində anadan olub. Niderland İşçi Partiyasının üzvüdür. 2007-2010-cu illərdə Niderlandın Avropa məsələləri üzrə nazir postunu tutub və 9 il ərzində ölkəsinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü olub. Təcrübəli diplomat kimi səciyyələndirilən Timmermans ATƏT-in milli azlıqlar üzrə ali komissarının müşaviri olub.
Xatırladaq ki, AŞ-nin İnsan hüquqları üzrə hazırkı komissarı Tomas Hammarberqin səlahiyyət müddəti 2012-ci ilin martın 31-də başa çatır. O, bu vəzifəyə AŞ PA-tərəfindən 2005-ci il oktyabrın 5-də seçilmiş və səlahiyyətlərinin icrasına 2006-ci il aprelin 1-də başlamışdı.

İnsan hüquqları üzrə komissar institutunu yaratmaq təşəbbüsü AŞ-nin dövlət və hökumət başçılarının 1997-ci ildə Strasburqda keçirilən zirvə toplantasında irəli srülüb. Bununla əlaqədar, Nazirlər Komitəsi 1999-cu ildə insan hüquqları üzrə komissar institutunun yaradılması və onun mandatının müəyyən edilməsinə dair qətnamə qəbul edib. AŞ-nin insan hüquqları üzrə ilk komissarı ispaniyalı Alvaro Jil-Robles olub (1999-2006).
Kateqoriya: Mətbuat » Dünyada

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org