İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    Yanvar 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Fevral 2012 (11)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
25 Yanvar 2012 | Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hesabat konfransı keçirib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hesabat konfransı keçirib Tədbirdə şuranın sədri Azay Quliyev ötən hesabat dövrünün QHT-lər üçün uğurlu olduğunu diqqətə çatdırıb və deyib ki, 2011-ci ildə şuranın müxtəlif vaxtlarda keçirdiyi 4 maliyyə yardımı müsabiqəsində 350-dən artıq QHT layihəsi dəstəklənib: “Layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin ümumi həcmi 2 milyon 102 min manat olub. Burada QHT-lər onları narahat edən ictimai, sosial və mədəni problemlər üzrə öz layihələrini təqdim ediblər. Orta icra müddəti 3-4 ay olan bu layihələr cəmiyyətdə demokratik proseslərin daha da dərinləşməsi, qaçqın və məcburi köçkünlərin, əhalinin aztəminatlı təbəqəsinin sosial ehtiyatlarının ödənilməsi, təhsil, səhiyyə, mədəniyyət məsələləri ilə bağlı problemlərin həlli və ictimailəşdirilməsi üçün faydalı olub”.

A. Quliyev qeyd edib ki, 2011-ci il “Turizm ili” elan edildiyindən bu sahəni əhatə edən təşəbbüslərə ictimai dəstək QHT fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edib: “Müasir turizm sənayesinin inkişafına yardım məsələlərini ehtiva edən 28 QHT layihəsinə şura tərəfindən 110 min manat vəsait ayrılıb. Korrupsiya ilə mübarizə ilə bağlı şuranın xüsusi olaraq elan etdiyi müsabiqə nəticəsində 11 QHT-nin layihəsi dəstəklənib və onlara 50 min manat vəsait ayrılıb”.

A. Quliyev bildirib ki, QHT-lər ABŞ-da və Avropanın müxtəlif bölgələrində Azərbaycanla bağlı təbliğat işinə ciddi töhfələr veriblər: “Avropa dillərində yeni informasiya saytları yaradılıb, kitab və büroşurlar nəşr edilərək yayılıb, konfranslar və sərgilər keçirilib”.

Konfransda Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qəbul etdiyi qanunla əlaqədar ölkə QHT-ləri adından bəyanat qəbul edilib.

Tədbirdə “2011-ci ildə maliyyələşən layihələr” və “Azərbaycan qeyri-hökumət təşkilatları” kitablarının təqdimatı da keçirilib.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org