İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    Yanvar 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Fevral 2012 (11)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
26 Yanvar 2012 | Milli Məclisin üzvləri Konfransın 7-ci sessiyasında iştirak edəcək
Milli Məclisin üzvləri Konfransın 7-ci sessiyasında iştirak edəcək Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinə millət vəkilləri Gövhər Baxşəliyeva, Mirkazım Kazımov, Cavanşir Paşazadə və Sabir Rüstəmxanlı daxildir. Tədbirdə qurumun Baş katibinin hesabatı dinləniləcək, İƏT Parlament İttifaqında Maldiv Xalq Məclisinə üzvlük, Moro Milli Azadlıq Cəbhəsinə müşahidəçi statusunun verilməsi, Layihələşdirmə Komitəsinin təsis olunması və təşkilatı məsələlər müzakirə olunacaq, sessiyanın bəyannaməsi və qətnamələri qəbul ediləcək.

Səfər çərçivəsində İƏT Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva Müsəlman Qadın Parlamentarlarının Konfransında iştirak edəcək. Toplantıda müsəlman qadınların ictimai-siyasi həyatda iştirakı, müsəlman ailələrdə məişət problemlərinin həlli, münaqişələrin aradan qaldırılmasında qadınların rolu və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Azərbaycanlı deputatlar eyni zamanda, təşkilatın Siyasi və iqtisadi məsələlər üzrə, Hüquqi məsələlər, insan hüquqları və ətraf mühit üzrə, Qadınlar, sosial və mədəni məsələlər üzrə daimi ixtisaslaşmış komitələrinin iclaslarında, Ümumi komitənin toplantısında da iştirak edəcəklər.

Millət vəkilləri İƏTPİ-nın BMT-də müşahidəçi statusu almaq üçün müraciəti, Onillik Fəaliyyət Proqramının yerinə yetirilməsi, regional münaqişələr, o cümlədən Dağlıq Qarabağın işğalı, müsəlman dövlətləri arasında həmrəylik və birliyin təşviqi, iqtisadi əlaqələrin genişləndirilməsi, beynəlxalq maliyyə böhranının mənfi təsirinin öyrənilməsi ilə əlaqədar xüsusi komitənin təsis olunması və digər mövzularda aparılan müzakirələrə qatılacaq, məsələlərə öz münasibətlərini bildirəcəklər. Səfər fevralın 2-də başa çatacaq.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org