İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    Fevral 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
1 Fevral 2012 | İsveçdə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçiriləcək
İsveçdə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçiriləcək Bu barədə çərşənbə günü İAK-dan bildirilib. İAK-a üzv dərnəklərdən olan, Malmödə yerləşən "Xəzər" Azərbaycan-İsveç Dostluq Cəmiyyəti bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün geniş proqram hazırlayıb.

Tədbirə İAK-ın Stokholm ofisindən başqa, Linköpinq şəhərində yerləşən "Babək" dərnəyi (İAK üzvü), Göteborq şəhərində fəaliyyət göstərən azərbaycanlılar, eləcə də Malmödəki bir neçə türk, türkmən dərnəkləri və təşkilatları da iştirak edəcəklər. Mərasimin əsas təşkilatçısı "Xəzər" dərnəyinin sədri və İAK-ın İdarə Heyətinin üzvü Leyla Kiyanidir.

Tədbirdə 1992-ci ilin fevral ayında Xocalıda ermənilər tərəfindən törədilmiş dəhşətlər haqqında danışılacaq və bununla bağlı 20 dəqiqəlik film numayiş olunacaq. Bundan əlavə, Qarabağda döyüşən insanlar çıxış edəcəklər. Tədbirdə fotosərginin keçirilməsi də planlaşdırılıb. Tədbir Azərbaycan və isveç dilində olacaq. İclasın sonunda İsveç parlamentinə və BMT-yə soyqırım haqqında qətnamə göndəriləcək.

1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Kateqoriya: Mətbuat » Dünyada

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org