İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
18 Dekabr 2008 | SOS: Bakı əhalisi təhlükədədir
SOS: Bakı əhalisi təhlükədədirİqtisadi artımla bağlı ölkə rəhbərliyi bütün sahələr üzrə, həmçinin sosial inkişaf sahəsinə aid jiddi qərarlar qəbul etməkdədir. Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini diqqət mərkəzində saxlamaq məqsədilə yeni yollar tikilir, istifadədə olan nəqliyyat arteriyaları, körpülər, yeraltı keçidlər isə abadlaşdırılır, təkmilləşdirilir. Ekspertlər qeyd edirlər ki, Azərbaycanın avtomobil nəqliyyatı bazarı dəyər baxımından iqtisadiyyatın digər sahələri arasında ən iri həcmli sahələrdən biridir. Bundan başqa, əhalinin rifah halının yüksəlməsi vətəndaşların şəxsi mülkiyyətindəki avtomobil nəqliyyatı vasitələrinin (ilk növbədə minik avtomobillərinin) sayının əhəmiyyətli dərəcədə artması ilə nəticələnir. Lakin jiddi səylərə rəhmən Bakı şəhərindəki yol hərəkəti təhlükəsizliyi ilə bağlı vəziyyət tədrijən gərginləşir.

Birgə İşçi Qrupunun «Qaynar Xətt»inə daxil olan çoxsaylı şikayətlərin mahiyyəti buna əyani sübutdur. Şikayətlərin bir qismi paytaxtın hava hövzəsinin kəskin çirklənməsi ilə bağlıdır. Statistika göstərijiləri də şəxsi, o jümlədən ujuz başa gələn köhnə, ekoloi standartlara cavab verməyən nəqliyyat vasitələrinin xüsusi çəkisinin daima artmasından xəbər verir. Avtomobillərin sayı ilə küçə-yol şəbəkəsinin buraxma imkanları ilə mütanasiblik pozulur, nəticədə tıxaclar, yanacağın izafi xərci, yol-nəqliyyat hadisələrinin artması, ətraf mühitin çirklənməsi kimi ciddi fəsadlar törədilir. Havanın çirklənməsində avtomobillərin əmsalı, ekspertlərin rəyinə görə, 45 - 60 faiz təşkil edir. Çirkləndirici maddələrin sırasında həmçinin insan səhhəti üçün misilsiz dərəcədə təhlükəli olan kanseroqenli benzapiren (C2H12), aerozollar və fotooksidlər vardır. Hava hövzəsinin ekoloci faciəsinə gətirən amillərə aşağıdakıları aid etmək olar:

• istifadə olunan mühərrik yanajaqlarının müasir texnoloci tələblərə javab verməməsi;
• istifadə olunan avtomobillərin aşağı səviyyəli ekoloci göstəriciləri;
• avtonəqliyyat müəssisələrində, texniki xidmət və təmir stansiyalarında diaqnostik və nəzarət-sınaq avadanlığının olmaması;
• ekoloci polis xidmətinin fəaliyyətinin formal olması.

Avtomobillərin törətdiyi səs-küy çirkləndirilməsi həddi keçərək şəhərin mərkəzində 150 desibelə çatır ki, bu da maksimal həddən ikiqat çox olduğundan insanların eşitmə qabiliyyətini və əsəb sistemini jiddi şəkildə pozur. Mərkəzi küçələrin hər iki tərəfindəki özbaşına avtomobil dayanacaqları vətəndaşların, o cümlədən piyadaların Nizami küçəsindəki Torqovaya kimi tanınan hissəsində, Dənizkənarı Milli parkda, Mərkəzi Univermaqın ətrafında, Rəsul Rza küçəsində, Xaqani küçəsində, digər mərkəzi küçələrdə hərəkətini xeyli çətinləşdirir.

Beləliklə, ölkə prezidentinin 1 fevral 2006-jı ildə imzaladığı 1255 saylı «Bakı şəhərində nəqldiyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ji illər üçün tədbirlər planı»nın təsdiq edilməsi haqqında» sərənjamı tam yerinə yetirilmir.

Bu günə kimi İcra Hakimiyyətinin müvafiq strukturları (o jümlədən Bakı şəhər İH, həmçinin paytaxta mənsub Səbayıl, Nəsimi, Nərimanov, Yasamal, Nizami, Xətai rayonlarının İH başçıları) adıçəkilən Sərancamın 28-ji bəndinin tələblərinə rəhmən avtodayanacaqlar üçün yer ayırmamış, 9-ju bəndə zidd olaraq tijarət obyektlərinə xidmət edən yük avtomobillərin hərəkət jədvəlini tərtib etməmiş, 11-ji bəndin tələblərini yerinə yetirməyərək taksi dayanajaqlarını və taksilərin maksimal həddini müəyyənləşdirməmişdilər. Tələblər yerinə yetirilmədiyindən sürücülər qanunları pozmaq məjburiyyətindədirlər. Konkret misal: Dənizkənarı Milli parkın 3, 5 kilometri boyu maşınların dayanmasına ijazə verməyən zolaqlar çəkilmiş, lakin texniki imkanlardan yararlanmadan istirahət edən vətəndaşlar üçün bir dənə olsun stasionar dayanacaq planlaşdırılmamışdır. Ölkə rəhbərinin Sərənjamına həmçinin İqtisadi İnkişaf Nazirliyi ilə AR Dövlət Tikinti və Memarlıq Komitəsi də biganə münasibət bəsləməkdədir. Belə ki, müvafiq Səranjamın 15-ji bəndinə əsasən şəhərsalma və tikinti normalarına javab verməyən, «tıxaj»ların yaranmasına və ekoloci problemlərə səbəb olan çoxmərtəbəli binaların inşasına ijazə verilməməlidir.

Beləliklə:
• Paytaxtdakı avtomobil parkı obyektiv və subyektiv səbəblərdən artmaqdadır;
• Nəqliyyat infrastrukturu və yol hərəkəti təhlükəsizliyinin səviyyəsi minik avtomobillərin sayına mütanasib deyil, atmosferi çirkləndirən toksik maddələr normativləri qat-qat üstələyir;
• Təsərrüfat və yaşayış zonalarının inşası plansız, istehsalat obyektlərinin və əhalinin artımını nəzərə alınmadan aparılır.
• Paytaxtın əsas avtomobil yollarında hərəkətin intensivliyi dəqiq ölçülmədiyinə, gur hərəkətin saatları nəzərə alınmadığına görə müvafiq kartoqramın çıxarılması yubanır.

Təklifimiz ondan ibarətdir ki, yuxarıdakı nöqsanları nəzərə alaraq, yuxarıda əks etdirilən məsələlərə bilavasitə cavabdeh olan, lakin sosial sifarişi hələ də nəzərə ala bilməyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının tərkibi genişləndirilsin, həmin quruma Vətəndaş Jəmiyyətinin (QHT) nümayəndələri daxil edilsin.

Prezident İlham Əliyev bu ilin iyul ayının 8-də «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 - 2013-cü illər üçün əlavə Tədbirlər Planı»nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Paytaxtın sürətlə böyüdüyünü nəzərə alaraq həmin mühüm sənədin reallaşmasına geniş ijtimaiyyət nümayəndələrinin iştirakı təmin olunmalıdır.

İlkin təhlükələrin aradan qaldırılması məqsədilə Bakı İjra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Milli Təhlükəsizlik Nazirliklərinin nümayəndələrindən ibarət işçi qrup yaratmaq zərurəti var (Belə ki, Azərbayjanın milli təhlükəsizliyi haqda qanun pozulur).
Kateqoriya: Fəaliyyətimiz

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org