İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
10 Iyun 2009 | BİQ ekoloji monitorinqin nəticələrini açıqladı
İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu

Nəqliyyat tıxacları, nəqliyyat vasitələrinin tullantıları və yaşıllıqların məhv edilməsinin Bakı şəhərində ekoloji vəziyyətə təsirinin monitorinqinin nəticələri


BİQ ekoloji monitorinqin nəticələrini açıqladıSon illər Azərbaycan Repsublikası rəhbərliyi tərəfindən avtomobil yollarının abadlaşdırılması ilə bağlı mühüm işlər görülmüşdür. Müasir dünya standartlarına cavab verən çoxlu sayda magistral yollar istismara verilmişdir. Bütün bunlar avtomobil tıxaclarının azalmasına və işlənmiş qazların atmosferə yayılmasının qarşısını almağa müvəffəq olmuşdur. Lakin nəqliyyat vasitələrinin sayının artması və Bakı şəhərinin mərkəzi hissəsində hərəkətin sıxlığı atmosferin işlənmiş qazlardan qorunmasını şübhə altına qoyur.

İnsan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə Birgə İşçi Qrupu bununla bağlı dəfələrlə ictimaiyyətin və dövlət strukturlarının diqqətini Bakı şəhərində insan hüquqlarının qorunması sahəsində əhəmiyyətli istiqamətlərdən biri kimi ekoloji təhlükəsizlik sistemində hökm sürən vəziyyətə yönəltmiş və bu istiqamətdə monitorinqləri davam etdirmişdir.

Aparılmış müşahidələrə əsasən, atmosferə atılan ümumi tullantıların 50%-i Respublikanın avto nəqliyyatının payına düşür və bu göstərici şəhərdə nəqliyyatın sayının artması hesabına çoxalmağa meyllidir. Belə ki, hesablamalarımıza görə, yalnız 2009-cu ildə avtomobil tullantıları 800 000 ton təşkil etmişdir. Bu problem, AR prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə tənqidi qeyd edildiyi kimi, əsasən Bakı şəhərində ağacların kəsilməsi və tikinti üçün torpaq sahələrinin ayrılması sayəsində daha da ağırlaşır.

Birgə İşçi Qrupunun apardığı monitorinq göstərir ki, müvafiq icra hakimiyyəti strukturları nəinki ətaf mühitin qorunması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmir, tam əksinə, və birki və ağacların kəsilməsinə və onların yerində bina və tikililərin tikilməsinə icazə verir.

Atmosferin nəqliyyat vasitələri tərəfindən çirkləndirilməsini azaltmaq məqsədilə aparılan tədqiqatlar göstərir ki, bu problemin həlli kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Hava hövzəsinin nəqliyyat çirklənməsindən qorunması təcili həllə ehtiyacı olan əsas istiqamətlər aşağıdakılardır:

1. Şəhərin hava hövzəsinin avto nəqliyyat çirkləndirməsindən qorunması sahəsində yaranmış problemləri nəzərə almaqla müasir real şəhərsalma təcrübəsinin təkmilləşdirilməsi;
2. Avtomobillərin gətirilməsinə, avtomobilin atmosferi çirkləndirən parametlərin bir hissəsi kimi və onun müəyyən tələblərə cavab verən əmtəə kimi sertifikatlaşdırılmasına aid qanunvericiliyin təkmilləşdirilməsi;
3. Mühərrik yağlarının istehsalı və realizasiyasına aid qanunvericiliyin təmilləşdirilməsi, yağ və onun emalının ekoloji tələblərə cavab verməsi;
4. Qanunvericiliyin avtonəqliyyat sahəsinin atmosferi çirkləndirilməsinin dinamikasına nəzarətin təşkil edilməsinin təkmilləşdirilməsi.

Qanunvericiliyin bu gün təkmilləşdirilməsinin həyata keçirilməsi ancaq avtonəqliyyatın sayının artması şəraitində deyil, həm də ölkə iqtisadiyyatının bazar iqtisadiyyatına keçməsi ilə də nəzərə alınmalıdır. Bu səbəbdən də əsas diqqət təkcə atmosferin avtonəqliyyat çirkləndirməsindən müdafiəsi üçün nəzərdə tutulmuş qanunvericiliyə deyil, həm də bu qanunvericiliyin əhəmiyyətli dərəcədə dəyişdirilməsinə yönəldilməlidir.

Kamil Səlimov,
İnsan hüquqlarına dair Beynəlxalq Standartların
Təsbiti üzrə Birgə İşçi Qrupunun sədri
Kateqoriya: Fəaliyyətimiz

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org