İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
10 Dekabr 2011 | BİQ “Amnesty İnternational” Təşkilatının Azərbaycana dair hesabatını obyektiv saymır
BİQ “Amnesty İnternational” Təşkilatının Azərbaycana dair hesabatını obyektiv saymır Hesabatla bağlı İşçi Qrupunun rəyinin təqdim olunduğu konfransda “Amnesty İnternational” Təşkilatının dünyanın 150-dən çox ölkəsində insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlarını dəyərləndirən İnsan hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu bu hesabatların bir sıra hallarda birtərəfli və qeyri-obyektiv xarakter daşıdığını bildirmişdir. Bu qəbildən olan hesabatların biri də təşkilatın 2011-ci ildə hazırladığı Azərbaycanda insan hüquqlarının, söz və mətbuat azadlığının vəziyyətindən bəhs edən hesabatıdır. Sənəddə obyektiv və qərəzsiz araşdırma və tədqiqat aparılması prinsip və meyarları pozulmuş, alternativ informasiya mənbələrindən istifadə olunmamışdır.

İşçi Qrupunun üzvü, Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman hesabatda ölkədəki müsbət meyillərin nəzərə alınmadığını qeyd edərək, Azərbaycanın yaxşı nəticələr göstərdiyini, artıq 20 ilə yaxındır ölkənin uğurla idarə olunduğunu, ölkədə dözümlülüyün, tolerantlığın, azadlığın, gender bərabərliyinin hökm sürdüyünü, vətəndaşlar üçün bütün imkanların yaradıldığını vurğulamışdır. Jan-Pol Murman demişdir ki, “Amnesty İnternational” Təşkilatının hesabatı utopiyadır. Onların hazırladıqları hesabatlar reallığı əks etdirmir. Azərbaycan işğaldan əziyyət çəkir. Bu, çox mənfi vəziyyətdir, demokratiyanın inkişafına mane olan səbəblərdən biridir. Əsl insan hüquqlarının pozulması insanların öz evlərindən qovulmasıdır. “Amnesty İnternational” Təşkilatı bunu nəzərə almalıdır. Təəssüflə vurğulayırıq ki, təşkilat hesabatında uzun illər ərzində kütləvi və kobud şəkildə insan hüquqlarının pozulması kimi vacib və aktual məsələyə münasibət bildirməmişdir.

Azərbaycanda insan hüquqlarının vəziyyəti məhz bütün bunların fonunda araşdırılmalı idi. Azərbaycanın bu ağır problemini nəzərə almadan hazırlanan hesabat qərəzli və ədalətsizdir. Hesab edirəm ki, digər təşkilatlar da hesabatlarında bundan sonra bu məqamlara diqqət yetirməlidirlər.
Sloveniya parlamentinin, Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin üzvü, ekspert Zmago Jelinchic də hesabatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir rəyin verilməməsinin düzgün olmadığını vurğulamışdır. O, hesabatda əksini tapan digər məsələyə də münasibətini bildirərək demişdir ki, sənəddə Azərbaycanda vətəndaşların polis zorakılığına məruz qaldığı qeyd edilir. Mən Azərbaycanda tez-tez oluram, amma belə fakta rast gəlməmişəm. Avropa ölkələrində isə bu cür halları müşahidə etmişəm.

Belçika Parlamentinin üzvü, ekspert Alan Destexe demokratiyanın tərkib hissəsi olan söz azadlığı və sərbəst toplaşmaq hüququnun hər bir ölkənin qanunvericiliyi ilə tənzimlənməsinin vacibliyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, toplaşmaq azadlığı iğtişaşlara səbəb olmamalıdır. Belçikada da icazə verilməyən aksiya keçirilə bilməz. Polis həmin aksiyanı dayandırır. Demokratik dövlətin qanunvericiliyi hər bir aksiyanı qayda-qanun çərçivəsində həll etməyə imkan verir.
Vicdan azadlığı məsələsinə toxunan ekspertlər bildirmişlər ki, bu məsələ mütləq qanun çərçivəsində nizamlanmalı və siyasi məqsədlərə, gənclərin vətənə xidmət etməməsi üçün bəhanə olmamalıdır.


http://www.azertag.com/node/893060
Kateqoriya: Haqqımızda

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org