İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
10 Dekabr 2011 | BİQ Amnesty İnternational Təşkilatının Azərbaycana aid hesabatı obyektiv saymır
BİQ Amnesty İnternational Təşkilatının Azərbaycana aid hesabatı obyektiv saymır İnsan hüquqlarına dair Beynəlxalq Təsbiti üzrə Birgə işçi qrupu Amnesty İnternational təşkilatının Azərbaycana aid hesabatı ilə bağlı rəy hazırlayıb. Bununla bağlı işçi qrupunun üzvləri mətbuat konfransı keçiriblər. Amnesty İnternational təşkilatının dünyanın 150-dən artıq ölkəsində insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlarını dəyərləndirən İnsan hüquqlarına dair Beynəlxalq Təsbiti üzrə Birgə işçi qrupu təəssüflə qeyd edir ki, bu hesabatlar bir sıra hallarda birtərəfli və qeyri-obyektiv xarakter daşıyır. Bu qəbildən olan hesabatların biri də təşkilatın 2011-ci ildə hazırladığı Azərbaycanda insan hüquqlarının, söz və mətbuat azadlığının vəziyyətindən bəhs edən hesabatıdır. Sənəddə obyektiv və qərəzsiz araşdırma və tədqiqat aparılması prinsip və meyarları pozulub, alternativ informasiya mənbələrindən istifadə olunmayıb. İşçi qrupunun üzvü, Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman hesabatda ölkədəki müsbət tendensiyaların nəzərə alınmadığını qeyd edib. Azərbaycanın yaxşı nəticələr göstərdiyini, artıq 20 ildir ki, müsbət istiqamətdə idarə olunduğunu, burada dözümlülük, tolerantlıq, azadlığın, gender bərabərliyinin hökm sürdüyünü, vətəndaşlar üçün bütün imkanların yaradıldığını vurğulayıb. Jan-Pol Murman: “Amnesty İnternational təşkilatının hesabatı utopiyadır. Onların hazırladıqları hesabatlar çox zaman reallığı əks etdirmir. Azərbaycan işğalçılıqdan əziyyət çəkir. Bu çox mənfi vəziyyətdir, demokratiyanın inkişafına mane olan səbəblərdən biridir. Əsl insan hüquqlarının pozulması – insanların öz evlərindən qovulmasıdır. Amnesty İnternational təşkilatı bunu nəzərə almalıdır. Təəssüflə vurğulayırıq ki, təşkilat öz hesabatında uzun illər ərzində kütləvi və kobud şəkildə insan hüquqlarının pozulması kimi vacib və aktual məsələyə münasibət bildirməyib”.

Sloveniya parlamentinin, Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin üzvü, ekspert Zmago Jelinçiç də hesabatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir rəyin verilmədiyinin düzgün olmadığını bildirib. O, hesabatda qeyd edilən digər məsələyə də münasibətini açıqlayıb. İşçi qrupunun həmsədri Şahin Camalov da bildirib ki, sənəddə son illərdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, tərəqqisi, əldə edilən nailiyyətlər barədə az da olsa məlumat verilmir. Hesabatda vətəndaş cəmiyyəti institutlarının təzyiqlərlə üzləşdiyi iddia olunur. Nəzərə alınmır ki, 2 min 700-dən çox qeyri-hökumət təşkilatı qeydiyyata alınıb. 2007-ci ildə dövlət başçısının sərəncamı ilə Qeyri-hökumət təşkilatlarına Dövlət dəstəyi konsepsiyası təsdiqləndi, elə həmin il Qeyri-hökumət təşkilatlarına Dövlət dəstəyi şurası yaradılıb. Bu, Azərbaycan dövlətinin demokratik inkişaf yolunda irəliyə atılan mühüm addımı kimi qiymətləndirilə bilər. Belçika Parlamentinin üzvü, ekspert Alan Desteks söz azadlığı və sərbəst toplaşmaq azadlığının demokratiyanın tərkib hissəsi olduğunu, amma bunların hər bir ölkənin qanunvericiliyi ilə tənzimlənməsinin vacibliyini vurğulayıb.

Vicdan azadlığı məsələsinə toxunan ekspertlər bildiriblər ki, bu məsələ mütləq qanun çərçivəsində nizamlanmalıdır və siyasi məqsədlərə, gənclərin vətənə xidmət etməməsi üçün bəhanə olmamalıdır.

http://www.aztv.az/readnews.php?lang=az&id=3658
Kateqoriya: Haqqımızda

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org