İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
10 Dekabr 2011 | “Amnesty İnternational”ın hesabatı birtərəflidir
“Amnesty İnternational”ın hesabatı birtərəflidir İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun (BİQ) növbəti iclası keçirildi. BİQ-in üzvü, Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman “Amnesty İnternational” təşkilatının bəyanatlarının bu günə qədər daha çox reallıqdan kənar olduğunu bildirdi: “Əvvəlcədən qeyd edim ki, “Amnesty İnternational”ın istəkləri utopiyadır. Belə hesabatlar demokratik təsisatlara qarşı mənfi fikir formalaşdıra bilər. Bu çox mənfi haldır və regionda demokratiyanın inkişafına mane olur”.

Onun sözlərinə görə, təşkilat, Azərbaycanla bağlı hesabatında Dağlıq Qarabağ münaqişəsi haqqında heç bir fikir səsləndirməyib: “Bu da “Amnesty İnternational”ın qeyri-obyektivliyindən xəbər verir. İnsanın öz evindən çıxarılması, qaçqın vəziyyətinə salınması onun hüquqlarının ən pis tapdalanması deməkdir”. Son illərdə Azərbaycanda müsbətə doğru irəliləyişlərin olduğunu deyən Murman, “Amnesty İnternational”ın hesabatının yalnız mənfi cəhətlərlə yükləndiyini diqqətə çatdırdı.

İşçi qrupun həmsədri Şahin Camalovsa dedi ki, hesabat müəllifləri öz iddialarını sübuta yetirmək üçün eyni və birtərəfli mənbələrə istinad edirlər: “Misal üçün, göstərmək lazımdır ki, hesabatın vətəndaş cəmiyyətinə dair bölməsində əksər hallarda təqdim edilən məlumatlar yalnız eyni mənbəyə, konkret olaraq “Azadlıq” radiosunun Bakı Bürosunun və bir müddət əvvəl “Azadlıq” radiosunun Bakı Bürosuna rəhbərlik etmiş, hazırda burada çalışan jurnalist Xədicə İsmayılovanın, həmçinin, müxalif mövqedən çıxış edən KİV-in informasiyalarına istinad edilərək verilir. Hesabatın digər bölməsində də belə birtərəfli mənbələrə istinadlardan istifadə edilir. Bu isə öz növbəsində “Amnesty İnternational”ın hesabatının obyektivliyini şübhə altına alır”.

Sloveniya parlamentinin və AŞPA Monitorinq Komitəsinin üzvü Zmaqo Jelinçiç də hesabatda vətəndaş cəmiyyəti institutlarının və QHT-lərin vəziyyəti təhlil edilərkən yalnız bir neçə QHT-nin məlumatlarına istinad edilməsini qeyri-obyektivlik kimi qiymətləndirdi: “Hesabatın bu hissəsində medianın və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, düzəlişlərin mahiyyəti təhrif edilir. Bu düzəlişlərlə bağlı, həmçinin hesabatda əks olunan, təsvir edilən hadisələrlə bağlı heç bir rəsmi mənbə və qaynağa yer verilmir. Hesabatın bu hissəsi real vəziyyətin obyektiv təsviri, araşdırılması və problemlərdən çıxış yolunun göstərilməsi məqsədindən uzaqdır və əvvəlcədən müəyyənləşmiş mövqedən çıxış edərək siyasi qiymətləndirməyə xidmət edir”. O bildirdi ki, hesabatda Azərbaycanda polis zorakılığının baş alıb getdiyi iddia olunur: “Amma mən Bakıda bir neçə dəfə olmuşam, heç vaxt bu halla rastlaşmamışam. Halbuki Fransa kimi inkişaf etmiş ölkədə olarkən mən bu cür polis zorakılığının şahidi olmuşam”.



“Amnesty İnternational” səhv edə-edə gəlirmiş



Belçika parlamentinin üzvü Alain Destekse təşkilatın şişirtmələrindən təəccübləndiyini dilə gətirdi. O, “Amnesty İnternational”ın özünün keçmişdə də çox səhvlər etdiyini xatırlatdı. A.Destekse təşkilatın Azərbaycanla bağlı belə hesabat açıqlamasının təhqiredici olduğunu düşünür.

Tədbirdə BİQ-in “Amnesty İnternational”ın “Heç vaxt çiçəklənməyən bahar: Azərbaycanda azadlıqlar tapdanır” (2011-ci il) adlı hesabatına dair rəyi də açıqlandı. BİQ-in rəyinə görə, “Amnesty İnternational”ın hesabatları bir sıra hallarda birtərəfli və qeyri-obyektiv xarakter daşıyır: “Təşkilatın 2011-ci ildə hazırladığı Azərbaycanda insan hüquqlarının, söz və mətbuat azadlığının vəziyyətindən bəhs edən “Heç vaxt çiçəklənməyən bahar: Azərbaycanda azadlıqlar tapdanır” adlı hesabatı da bu qəbildəndir. Belə ki, hesabatın adı ilə tanış olarkən təqdim edilən hesabatın müəlliflərinin ərəb ölkələrində 2011-ci ilin əvvəllərindən başlayaraq baş verən proseslərin Azərbaycanda təkrarlanması istəklərinin olması və bu ssenarinin həyata keçməməsindən təəssüfləndikləri üzə çıxır. Göründüyü kimi, sənədin əsas məqsədlərindən birinin hesabat müəlliflərinin istəklərinin guya obyektiv olmasını sübuta yetirməkdən və bu “obyektiv” gözləntiləri beynəlxalq ictimaiyyətə çatdırmaqdan ibarət olub. Odur ki, hesabatda onu hazırlayanların “obyektiv” gözləntilərini əsaslandırmaq üçün obyektiv və qərəzsiz araşdırma və tədqiqat aparılmasının prinsip və meyarları pozulub, alternativ informasiya mənbələrindən istifadə edilməyib və o, əvvəlcədən müəyyənləşmiş mövqeyin müdafiəsi məqsədilə hazırlanıb”.

İşçi Qrupunun sənədində bildirilir ki, hesabatda son illərdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, tərəqqisi, əldə edilmiş nailiyyətlər barədə az da olsa, məlumat verilməyib: “Müstəqillik illərində Azərbaycanda inkişafında bir neçə mərhələdən keçən vətəndaş cəmiyyəti institutları, QHT-lər son 20 ildə vətəndaş cəmiyyəti quruculuğu, totalitar sistemdən demokratik cəmiyyətə keçidin, cəmiyyətin demokratik transformasiyası prosesinin, ictimai həyatın vacib institutlarından birinə çevriliblər. Bu dövrdə müxtəlif sahələrdə fəaliyyət göstərən, cəmiyyətin bütün sektorlarına dərindən nüfuz edən ictimai birliklərdən, fondlardan və digər QHT-lərdən ibarət qeyri-hökumət sektoru, III sektor formalaşıb. Bu illər ərzində davamlı təkamül və inkişaf prosesləri hazırda müxtəlif istiqamətlər üzrə QHT-lərin sabit qruplarının formalaşmasına gətirib çıxarıb. Ümumilikdə 2700-dən çox QHT dövlət qeydiyyatına alınıb. Dövlət qeydiyyatından keçməyən, lakin “üçüncü sektor”da geniş fəaliyyəti ilə seçilən müxtəlif sahələr üzrə ixtisaslaşan yüzlərlə QHT fəaliyyət göstərir”.



Həqiqətdən uzaq iddialar



Qeyd olunur ki, “Amnesty İnternational”ın iddiaları həqiqətdən uzaqdır: “Hesabatda göstərilir ki, “Azərbaycandakı 23 televiziya stansiyasından yalnız ikisi - İTV və ANS TV hökumətlə birbaşa bağlı deyil və ya dövlət onun mülkiyyətçisi deyil. Hərçənd sonuncusu barədə verilən məlumatlara görə, bu telekanal 2006-cı ilin noyabrında MTRŞ tərəfindən üç ay müddətinə efirdən məhrum olunduqdan və lisenziyası beş ay müddətinə ləğv edildikdən sonra tənqidi tonunu aşağı salıb”. Bu “faktlar” da həqiqətdən uzaqdır. Azərbaycanda yalnız üç televiziya dövlətə məxsusdur (Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və İdman kanalları), digər televiziyalar özəldir. Bu televiziyalar kommersiya qurumları kimi öz redaksiya siyasətlərini özləri müstəqil şəkildə müəyyənləşdirirlər”.

BİQ-ə görə, hesabatda sosial media və internet sahəsində vəziyyətlə bağlı deyilənlərin reallıqda tam əksi müşahidə edilir: “Azərbaycanda internet çox böyük sürətlə yayılır, internet istifadəçilərinin sayı sürətlə artır. Xüsusən genişzolaqlı sürətli internetə qoşulanların sayı sürətlə artır. Sosial şəbəkələrə gəldikdə isə, bu şəbəkələrdən istifadə ilə bağlı Azərbaycanda heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar sərbəst və azad şəkildə bu şəbəkələrdən və onların verdiyi imkanlardan istifadə edə bilirlər. Şəbəkələrdən istifadə ilə bağlı heç bir texniki məhdudiyyət yoxdur. Sosial şəbəkələrdə insanlar sərbəst şəkildə fikir mübadiləsi edir, öz fikirlərini bölüşürlər. Hazırda sosial şəbəkələr müxalif siyasi qüvvələrin və onların təmsilçilərinin əsas təbliğat platforması kimi çıxış edir”.

Həmçinin açıqlamada deyilir ki, “Amnesty İnternational” kimi tanınmış beynəlxalq təşkilat hesabatında qeyd etdiyi mövqe daha çox birtərəfli xarakter daşıyır və vəziyyətin tam aydın olması üçün Azərbaycan dövlətinin mövqeyi bildirilməlidir.

Rəydə “Amnesty İnternational”ın həbslərlə bağlı iddialarına dair mülahizələr də verilir və qeyd olunur ki, təşkilatın hesabatında əksər hallarda həbs olunanların vəkillərinin verdiyi məlumatlara istinad olunaraq rəy verilib ki, bu da birtərəfli, bəzən isə hətta qərəzli rəy kimi qəbul olunmalıdır: “Sadalanan faktlarda bir çox hallarda qeyri-müəyyənlik vardır. Belə ki, “verilən məlumata görə” ifadəsindən istifadə olunur. Məlumatın kim tərəfindən verilməsi isə müəyyən deyil”.

http://www.paritet.az/gundem/4476.html
Kateqoriya: Haqqımızda

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org