İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    Fevral 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 

. : Arxiv : .

Fevral 2012 (11)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
Səlimov Kamil - Birgə İşçi Qrupunun həmsədri1973-cü ildən Məhkəmə Ekspertizaları ETİ-da laborant işləmişdir. 1974-cü ildən 1979-cu ilə qədər Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində oxumuşdur. 1979-cu ildən vəkil işləmişdir. 1984-cü ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyası sədrinin müavini seçilmiş və 1987-ci ilə qədər həmin vəzifədə işləmişdir. 1987-ci ildə SSRİ Prokurorluğu yanında Cinayətkarlığın Səbəblərinin Öyrənilməsi və Qarşısının Alınması üzrə Tədbirlərin Hazırlanması Ümumittifaq İnstitunda hüquq elmləri namizədi dərəcəsi almaq üçün namizədlik dissertasiyası müdafiə etmişdir. 1987-ci ildən Bakı Dövlət Universitetinin kriminalistika və məhkəmə ekspertizası kafedrasında müəllim işləyir. 1992-ci ildən hal-hazıradək bu kafedranın müdiri işləyir. 2000-ci ildə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ETİ-də hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir.

2004-cü ilin yanvarından "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin sədridir. Təhlükəsizlik üzrə Cənubi Qafqaz Regional Qrupu İnstitutunun üzvüdür (Gürcüstan). C.Marşal adına Avropa Təhlükəsizlik Məsələlərinin Öyrənilməsi üzrə Hərbi Akademiya və İnstitutlar Konsorsyumu (Almaniya) yanında terrorizmlə mübarizə qrupunun ekspert üzvü və kriminoloq və kriminalistlər cəmiyyətinin üzvüdür (Rusiya Federasiyası). Təhlükəsizlik, mütəşəkkil cinayətkarlıqla və terrorizmlə mübarizənin aktual problemləri, tədqiqat taktikası və operativ-axtarış fəaliyyəti üzrə 80-dən çox elmi işin müəllifidir.
Kateqoriya: Haqqımızda » Üzvlərimiz
Camalov Şahin - Birgə İşçi Qrupunun həmsədriCamalov Şahin Vəkilağa oğlu Cəlilabad rayonun 1 saylı orta məktəbində, 1994-1998-ci illərdə isə Lənkəran Özəl Türk Litseyində oxumuşdur. 1998-2004-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakultəsində ali təhsili almışdır (bakalavr və maqistr pillələri). İxtisasca beynəlxalq hüquqşunasdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-hüquq Tədqiqatlar İnstitutunun beynəlxalq hüquq şöbəsinin aspirantıdır.

Cənubi Qafqazda insan hüquqlarının vəziyyətinə dair araşdırmalar aparır və bu mövzuyla bağlı elmi işin və çoxlu sayda məqalələrin müəllifidir. ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə İnsan hüquqlarının təbliği və tədrisini həyata keçirən “Xəzər” İnsan hüquqları məktəbinin yaradıcılarındandır. “Xəzər panoraması” ictimai-siyasi jurnalının redaktoru və məsul katibi olmuşdur. “İnsan hüquqları” (müəllimlər üçün vəsait), “Məktəblərdə insan hüquqları” (müəllimlər üçün vəsait) kitablarının müəllifidir.

2002-2004 illərdə “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq beynəlxalq hərəkatı” İctimai Birliyinin beynəlxalq hüquq üzrə ekspert-analitiki, 2004-cü ildən 2007-ci ilin sentyabr ayına kimi isə İcraçı direktoru vəzifələrində çalışıb. 2007-ci ilin sentyabr ayından “İnsan hüquqları XXI əsr - Azərbaycan” Fondunun prezidentidir.
Kateqoriya: Haqqımızda » Üzvlərimiz
Əlizadə Arzuxan - Birgə İşçi Qrupunun üzvüƏlizadə Arzuxan Baxşəli oğlu 1965 –ci il martın 18-də Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Müxtəlif illərdə icra hakimiyyəti orqanlarında hüquqşünas, şöbə müdiri, müstəqil hüquq firmasında hüquq məsləhətçisi vəzifələrində işləmişdir.

2001-2006-cı illərdə isə Azərbaycan Beynəlxalq Universitetinin “Dövlət hüququ” kafedrasının müəllimi kimi elmi-pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının dissertantıdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur.

İnsan hüquq və azadlıqlarına dair bir neçə broşüra və məqalələrin müəllifidir. Hal-hazırda “İnsan Hüquqları üzrə İctimai Şura”nın icraçi direktorudur.
Kateqoriya: Haqqımızda » Üzvlərimiz
Mövsümov Vasif - Birgə İşçi Qrupunun üzvüMövsümov Vasif Səyidəli oğlu 1983-cü ildə Azərbaycan Pedaqoji Universitetini bitirib. Tarix və hüquq sahəsində mütəxəssisdir. 1983-cü ildən texnikumda müəllimlik təcrübəsi var. Tarix və hüquq fənnləri üzrə mühazirələr oxuyub. Mövsümov Vasif təşkilati işlər təcrübəsinə malikdir. O uzun illər həmkarlar təşkilatının sədri olub.

V. Mövsümov Qeyri-Hökumət təşkilatlarında işləyib. İnsan hüquqları və Azərbaycanın regional siyasəti ilə məşğul olan qeyri-hökumət təşkilatlarının fəal üzvü olub. Hal-hazırda Korrupsiya qarşı Mübarizə Fondunun icraçı direktorudur.
Kateqoriya: Haqqımızda » Üzvlərimiz
Zülfüqarlı Məhərrəm - Birgə İşçi Qrupunun üzvüZülfüqarlı Məhərrəm Paşa oğlu - 1955 – ci il avqustun 19 – da Azərbaycan Respublikasının Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini və aspiranturasını bitirib. Tarix elmləri namizədidir. 2001 – ci ildən doktorluq işi müdafiəyə hazırdır. 28 kitabın, 39 elmi, 577 publisitik məqalənin, 13 metodiki işin müəllifidir. Hazırda Azərbaycan Turizm İnstitutunun dosentidir.

1997–ci ildən QHT sektorunda fəaliyyət göstərir. İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədridir. ABŞ Respublikaçılar İnstitutu Seçki Kampaniyası Akademiyasının məzunudur. 2005 – ci ildə “İctimai Liderlər” blokunun seçki qərargahına rəhbərlik edib. 2007 – ci ilin sentyabrından AVCİYA Seçki Qərargahının rəhbəridir. ABŞ, Almaniya, İsveç, Polşa, Bolqarstan, Rusiya və Gürcüstanda təcrübə mübadiləsində olub.
Kateqoriya: Haqqımızda » Üzvlərimiz
Nuriyev Əliməmməd - Birgə İşçi Qrupunun üzvüBakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Vəkillər Kollegiyasının üzvü olaraq, vəkil kimi fəaliyyət göstərib. Xalq hərəkatının fəallarından olub. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında şöbə müdiri vəzifəsində çalışıb, daha sonra bir neçə universitetin hüquq fakültəsində dərs deyib. 90-cı illərin birinci yarısından başlayaraq, QHT-lərin yaradılmasına və fəaliyyət göstərməsi istiqamətində ciddi səylər göstərib.

2001-ci ildə Milli Məclisin deputatı seçilib. Bu dövrdə bir çox beynəlxalq konfranslarda iştirak etməklə həm Azərbaycanı, həm də ayrı-ayrı QHT-ləri təmsil edib. 2003-cü ildə “Konstitusiya” Araşdırmalar Fondunun yaradılmasında iştirak edib və hazırda bu QHT-nin prezidentidir. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvüdür.
Kateqoriya: Haqqımızda » Üzvlərimiz

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org