İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
27 May 2011 | ""Siyasi məhbus" anlayışının vahid tərifinin qəbul edilməsi zərurəti
""Siyasi məhbus" anlayışının vahid tərifinin qəbul edilməsi zərurəti ""Siyasi məhbus" anlayışının vahid tərifinin qəbul edilməsi zərurəti
Beynəlxalq Konfransın
NƏTICƏLƏRI
Bakı, 27 may 2011-ci il

Beynəlxalq Konfransın təşkilatçıları: Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu, İnsan Hüquqları XXI əsr – Azərbaycan Fondu və Məhkum edilmiş Şəxslərin Reinteqrasiyası Assosiasiyası (Bolqarıstan).

Beynəlxalq Konfransda əsas çıxışçılar: Belçika Konstitusiya Məhkəməsinin hakimi cənab Jan-Pol Murman; Finlandiyanın Helsinki və Tampere Universitetlərinin fəxri professoru Lauri Hannikainen; Poznan İnsan Hüquqları Mərkəzinin Direktoru Dr. Roman Vieruşevski; Niderlandın “Təhlükəsizlik və İnsan Hüquqları” (keçmiş “Helsinki Monitor”) jurnalının baş redaktoru Dr. Ari Bloed; Rene Dekart Universitetinin professoru Edmond Jouve, Paris, Fransa; Kastellon I Ceyms Universitetinin prorektoru professor Dr. Xuan Luis Qomez Kolomer, İspaniya.

Beynəlxalq konfransın iştirakçıları:

– dövlətlərin beynəlxalq münasibətlərin bərabərhüquqlu subyekti olmasını, dövlət suverenliyinə hörmət edilməsinin müasir beynəlxalq hüququn imperativ prinsipləri kimi tanınmasını;
– demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas prinsiplərindən birinin insan hüquqları və əsas azadlıqların təmin edilməsindən ibarət olmasını;
– hüququn aliliyinin, üzv dövlətlərin bərabər hüquqa malik olmasının və onlara qarşı hər hansı ayrıseçkiliyin yolverilməzliyinin Avropa Şurasının əsas prinsipləri olmasını;
– müasir dövrdə çoxtərəflilik prinsipinə əsaslanan qlobal inkişaf çərçivəsində “siyasi məhbus” məsələsinə dair aydın anlayışın olmasının beynəlxalq münasibətlər üçün zəruriliyini;
– nə universal, nə də regional beynəlxalq təşkilatlar tərəfindən indiyədək “siyasi məhbus” anlayışını özündə əks etdirən sənədlərin qəbul edilməməsini, ümümiyyətlə, beynəlxalq hüquqda bu anlayışın müəyyən edilməməsini və bir sıra nümunələrdə müxtəlif şərhlərə gətirib çıxaran qeyri-müəyyən (mücərrəd) anlayışların əks olunmasını;
– beynəlxalq məhkəmələrin, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin öz praktikalarında “siyasi məhbus” anlayışından istifadə etməmələrini

nəzərə alaraq,

bütün beynəlxalq təşkilatları, xüsusən də insan hüquqlarının müdafiəsi sahəsində aparıcı beynəlxalq təşkilat olan Avropa Şurası Parlament Assambleyasını bir daha hüququn aliliyi prinsipinə sədaqət və hörmət nümayiş etdirərək, problemlə bağlı bir sıra ədalətsizlikləri və ayrıseçkiliyi aradan qaldırmaq məqsədilə:
öz plenar iclasında “siyasi məhbus” anlayışını və “siyasi məhbus”ların mövcuduğunu müəyyənləşdirmək üçün konkret, şəffaf, həyata keçirilməsi mümkün olan, bütün üzv dövlətlərə şamil edilə bilən vahid meyarları özündə ehtiva edən sənəd qəbul etməyə çağırır.

Bakı, Azərbaycan,
27 may 2011-ci il
Kateqoriya: Ana Səhifə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org