İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
22 Iyun 2011 | Azərbaycan-Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq üzrə Komitəsinin iclası keçirilib
Azərbaycan-Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq üzrə Komitəsinin iclası keçirilib Bu barədə iclasın yekunlarına dair keçirilən mətbuat konfransında Azərbaycan tərəfdən Komitənin həmsədri, vitse-spiker Valeh Ələsgərov bildirib. Görüşdə əməkdaşlığın bütün sahələrinə toxunulduğunu deyən V. Ələsgərov iqtisadi, sosial sahələrdə islahatlar, Qarabağ probleminin həlli, mütəşəkkil cinayətkarlıq, insan alveri və narkotiklərin qeyri-qanuni dövriyyəsi, çirkli pulların yuyulması və s. məsələlərin müzakirə olunduğunu qeyd edib.

«Müzakirələr konstruktiv keçdi. Müzakirələrin nəticəsi olaraq gələcək fəaliyyətimiz barədə qərarlar qəbul olundu. Azərbaycan tərəfi xahiş etdi ki, görüşlər ildə bir dəfə deyil, daha intensiv keçirilsin. Biz istərdik ki, qanunvericilik sahəsində də əməkdaşlıq edək», - deyə vitse-spiker vurğulayıb.

Avropa İttifaqı tərəfdən həmsədr Milan Kabrnok isə bildirib ki, sonuncu görüş 2009-cu ildə keçirilib. Bundan sonra bir sıra yeniliklər olub. Azərbaycanda parlament seçkiləri keçirilib, “Avronest” Assambleyası yaradılıb: «Biz Azərbaycanın dinamik və sürətlə inkişaf etməsini yüksək qiymətləndiririk».

O, nümayəndə heyətində Avropa Parlamentinin əsas aparıcı partiyaların nümayəndələrinin təmsil olunduğunu deyib. M. Kabrnok insan haqları məsələsini müzakirə etdiklərimi vurğulayıb: “Biz Eynulla Fətullayevin azadlığa buraxılmasından məmnunluğumuzu ifadə etdik. Həmçinin Avropa Parlamentinin Azərbaycana qarşı çıxarılan son qətnaməsi ilə bağlı da diskussiyalar keçirdik, Azərbaycan tərəfinin bu qətnamə ilə bağlı fikirlərini dinlədik. Enerji sahəsində əməkdaşlıq da müzakirə olundu. Biz bu sahədə təhlükəsizlik və diversifikasiyaya üstünlük veririk».

M. Kabrnok deyib ki, Avropa Parlamenti Avropa İttifaqı və Azərbaycan arasında assosiasiya sazişinə böyük önəm verir. Azərbaycanın Avropa İttifaqına üzvlüyü isə hələ gündəmdə deyil.
Kateqoriya: Mətbuat » Dünyada

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org