İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
28 Noyabr 2011 | Şərqi Avropa və Mərkəzi Asiya ölkələri təhsildə korrupsiyaya məsələlərini müzakirə ediblər
Şərqi Avropa və Mərkəzi Asiya ölkələri təhsildə korrupsiyaya məsələlərini müzakirə ediblər Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən YUNESKO-nun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutunun (TPBİ) dəstəyi ilə Bratislava şəhərində Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində təhsildə korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, tədbirdə Azərbaycanı Komissiyanın sədri Məleykə Abbaszadə və sektor müdiri Nigar Hüseynova təmsil ediblər.

Konfransın əsas məqsədi təhsil sahəsində çalışan dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin bir araya gətirilməsindən, təhsildə korrupsiyanın qarşısının alınması yollarının müzakirəsindən, müsbət təcrübələrin təqdim olunmasından, bu sahə üzrə bilik mübadiləsinin aparılmasından ibarət olub.

Təşkilatçılar konfransa Azərbaycanı təmsil edəcək aidiyyəti qurum kimi məhz TQDK-nı dəvət ediblər.
Konfrans tərəfindən yayılan hesabatda deyilir ki, aparılmış çoxillik tədqiqatların nəticələrinə əsasən, təhsil sahəsində korrupsiya halları ölkənin iqtisadi yüksəlişinə də mane olur. Təhsildə korrupsiya şagirdlərin bilik və bacarıqlarının zəif inkişafına gətirib çıxarır. Bunun nəticələrini aradan qaldırmaq baha başa gəlir və ümumi iqtisadi yüksəlişə də ciddi təsir göstərir.

Təhsildə korrupsiya dövlət xərclərinə və gəlirlərin ədalətli bölgüsünə də mənfi təsir göstərir. Maliyyə və kadr resursları baxımından dünya ölkələrinin əksəriyyətində təhsil birinci, yaxud ikinci ən böyük bölmə hesab olunur. Ona görə də əminliklə bildirmək olar ki, bu sahədə korrupsiya hallarının mövcudluğu dövlət xərclərinin effktiv paylaşdırılması baxımından ciddi nəticələrə gətirib çıxara bilər.

2007-ci ildə TPBİ tərəfindən dərc olunmuş "Korrupsion universitetlər, korrupsion məktəblər: Nə etmək olar?" adlı hesabatda da Azərbaycanda TQDK-nın fəaliyyəti müsbət qiymətləndirilib.
Kateqoriya: Mətbuat » Dünyada

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org