İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
27 Fevral 2009 | 10 siyasi partiya Ermənistanın hərbi təcavüzü ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
Azərbaycanın 10 siyasi partiyası Ermənistanın Azərbaycan qarşı hərbi təcavüzü və Qarabağın işğal edilməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına, Avropa Parlamentinə, ATƏT-ə, AŞ PA-ya, ABŞ prezidenti Barak Obamaya, Rusiya prezidenti Dmitri Medvedevə, Fransa prezidenti Nikola Sarkoziyə və Azərbaycandakı xarici ölkə səfirliklərinə müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Ermənistan Rusiya hərbi hissələrinin köməyi ilə həyata keçirdiyi irimiqyaslı hərbi əməliyyatlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonunu işğal edib, eyni zamanda həmin ərazilərdə etnik təmizləmə həyata keçirib, 1 milyondan artıq azərbaycanlını ev-eşiyindən didərgin salıb.

Bununla bağlı BMT Təhlükəsizlik Şurası 1993-cü ildə erməni silahlı birləşmələrinin dərhal və qeyd-şərtsiz olaraq işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması haqqında 4 qətnamə qəbul edib. Lakin bu qətnamələr indiyədək icra olunmayıb.

Müraciətdə ATƏT-in Minsk qrupunun fəaliyyəti də tənqid olunub: “ATƏT-in Minsk qrupunun həmsədrləri ikili standartlardan və ermənipərəst mövqedən çıxış edərək Ermənistanı işğalçı dövlət kimi tanımaqdan imtina edir. Təqdim etdikləri “baza prinsipləri” layihəsində Azərbaycanın haqlı tələblərini kifayət qədər müdafiə etmir, Dağlıq Qarabağın statusunun bölgədə referendum keçirilməsi yolu ilə müəyyən olunmasına dair ədalətsiz təkliflər verirlər”.

Müraciətdə probleminin ədalətli həlli məqsədilə təkliflər də əksini tapıb:

- Münaqişənin həlli üçün BMT-nin problemlə bağlı 5 qətnaməsi icra edilsin;
- Ermənistan hərbi birləşmələri Azərbaycan ərazilərindən çıxarılsın, məcburi köçkünlər öz evlərinə qayıtsın;
- Azərbaycanda sülhməramlı qoşunlar adı altında xarici ölkələrin hərbi birləşmələri yerləşdirilməsin;
- Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edilsin;
- Ermənistan təcavüzkar hərəkətlərinə görə təzminat ödəsin;
- Beynəlxalq təşkilatlar və BMT Təhlükəsizlik Şurası Ermənistanı təcavüzkar dövlət kimi tanısın.

Müraciət Vahid Azərbaycan Milli Birlik, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Təkamül, Sosial Ədalət, Xalq, Azərbaycan Milli İstiqlal, Vəhdət və Vətəndaş Həmrəyliyi partiyalarının sədrləri tərəfindən imzalanıb.
Kateqoriya: Mətbuat » Dünyada

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org