İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
23 Iyun 2009 | "AŞ institutlarının normal fəaliyyəti ilə bağlı qurumda institusional böhranın olmasını düşünmürəm"
"AŞ institutlarının normal fəaliyyəti ilə bağlı qurumda institusional böhranın olmasını düşünmürəm"Avropa Şurası institutlarının normal fəaliyyəti ilə bağlı qurumda institusional böhranın olmasını düşünmürəm. Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Luis Maria de Puç bazar ertəsi qurumun yay sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. AŞ PA sədri bildirib ki, Büronun səhər keçirilən iclasında AŞ-nın yeni Baş katibinin seçilməsi məsələsinin sessiyanın gündəliyinə salınmamasına dair yekdilliklə qərar qəbul edilib.

"AŞ PA sədri kimi mən həmişə Assambleyadakı əksəriyyətin mövqeyini dəstəkləmişəm. Mən bu mövqeyi deputatların bu məsələ ilə bağlı AŞ PA-nın aprel sessiyasında verdiyi qərarda ortaya qoydum. Bu gün səhər Büro seçki məsələsinin gündəliyə salınmamasına qərar verdi. Biz demokratiya yolunu seçirik", - deyə Luis Maria de Puç bəyan edib.

AŞ PA sədri bildirib ki, əgər sessiya çərçivəsində AŞ-nın yeni sədri seçilməzsə, bu halda yeni bir mərhələ açılacaq: "Bu o deməkdir ki, AŞ PA Nazirlər Komitəsinin təklifini qəbul etmir. Mən bu məsələni Nazirlər Komitəsinin (NK) sədri, Sloveniyanın xarici işlər naziri ilə bu gün müzakirə edəcəm. Biz AŞ PA ilə NK-nin mövqeyini yaxınlaşdırmaq üçün müzakirələr aparacağıq".

"AŞ PA-nın mövqeyi budur ki, Baş katibin seçkisi ilə bağlı prosedur qaydası pozulub. NK qurumla bu məsələ ilə bağlı ilkin məsləhətləşmələr aparmadan qərar qəbul edib. Bəzi prosedur pozuntularını nəzərə almasaq, ümumilikdə prosedur düzgün aparılıb. Bu, hüquqi problemdir", - o deyib.

"Baş katibin seçkisi ilə bağlı NK ilə iyun ayını 18-də keçirilən birgə müzakirələrimizdə NK tərəfindən müsbət bir yanaşmanın, mövqeyin şahidi olduq. Amma fikir ayrılığı qalmaqdadır. Ümid edirəm ki, bu məsələdə razılıq əldə olunacaq. Fikirləşirəm ki, AŞ-nin fəaliyyəti normal olacaq. İnstitusional böhranın olmasını düşünmürəm", - Luis Maria de Puç əlavə edib.

"Bir daha qeyd edirəm ki, AŞ Baş katibinin seçki məsələsi bir daha sessiyada müzakirə olunacaq. Bu AŞ PA deputatlarının verəcəyi qərardan asılı olacaq. Bu məsələdə AŞ PA-nın mövqeyini könüllü olaraq qəbul edəcəyəm", - o qeyd edib.

"Seçiləcək yeni Baş katiblə münasibətlərə gəlincə, deyə bilərəm ki, mən onu kamil səviyyədə görürəm. İstəyirik ki, Baş katibin mövqeyi güclənsin, o, hər iki tərəfin - AŞ PA və NK konsensusu əsasında seçilsin Biz arzu edirik ki, Baş katib AŞ PA-nın əksər səs çoxluğu və güclü siyasi dəstəyi əsasında seçilsin. Mən seçiləcək yeni Baş katiblə münasibətlərimi kamil səviyyədə görürəm", - AŞ PA sədri bildirib.

Trend News
Kateqoriya: Mətbuat » Dünyada

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org