İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
10 Sentyabr 2009 | Azərbaycanın XİN-i Pakistan, Əfqanistan və Tacikistandakı vəziyyətlə bağlı vətəndaşlara xəbərdarlıq etmişdir
Azərbaycanın XİN-i Pakistan, Əfqanistan və Tacikistandakı vəziyyətlə bağlı vətəndaşlara xəbərdarlıq etmişdirAzərbaycanın Xarici İşlər Nazirliyi Pakistanda, Əfqanıstanda və Tacikistanda yaranmış vəziyyətlə bağlı vətəndaşları xəbərdar etmişdir. Nazirliyin rəsmi saytında qeyd olunur ki, Pakistanda son vaxtlar terrorçuluq və dini qruplaşmalar arasında toqquşmalar güclənmişdir. Dövlət rəsmilərinə, xüsusilə də xarici ölkələrin vətəndaşlarına qarşı çoxlu hücumlar və sui-qəsdlər törədilmişdir. Bu ölkədə terrorçu qruplaşmalar tərəfindən xarici vətəndaşların qaçırılması və girov götürülməsi halları artmışdır.

Əfqanıstanla bağlı xəbərdarlıqda bildirilir ki, bu ölkə də xarici ölkələrin vətəndaşları üçün olduqca təhlükəlidir. Mehmanxanalar, hökumət binaları, beynəlxalq institutlara məxsus obyektlər potensial hədəflər sırasındadır. Onların heç biri hücum təhlükəsindən sığortalanmamışdır. Əfqanıstanın paytaxtı Kabildəkı hava limanına və xarici pilot heyətinə qarşı hücumlar olmuşdur. Aeroporta gedən və onun ətrafında yerləşən yollar da olduqca təhlükəlidir. Quru yolu ilə Kabil ətrafında yerləşən ərazilərə səfərlər xüsusilə təhlükəlidir. Bu ərazilərə səfərlər Əfqanıstan hökuməti tərəfindən qadağan edilmişdir. Ölkənin bir çox ərazilərində minalar basdırılmışdır. Buna görə də heç bir ərazi təhlükəsiz hesab olunmur.

Tacikistana dair xəbərdarlıqda deyilir ki, bu ölkədə təhlükəsizliklə bağlı ümumi vəziyyət sabit olsa da, Əfqanıstan, Qırğızıstan və Özbəkistan ilə sərhəd ərazilərinə səfərlər çox təhlükəlidir. Paytaxt Düşənbə təhlükəsiz olsa da, Əfqanıstanla sərhəd ərazilərdə tez-tez narkotik alverçiləri və sərhədçilər arasında silahlı toqquşmalar olur.

Xəbərdarlıqlarda Pakistan, Əfqanıstan və Tacikistana səfər edən vətəndaşlara tövsiyə olunur ki, Azərbaycanın həmin ölkələrdəki səfirlikləri ilə əlaqə saxlasınlar və konsulluq qeydiyyatına düşsünlər.

AzərTAc
Kateqoriya: Mətbuat » Dünyada

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org