İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
17 Sentyabr 2009 | BMT-nin münaqişələrin nizamlanması mexanizmləri gücləndirilməlidir - BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti
BMT-nin münaqişələrin nizamlanması mexanizmləri gücləndirilməlidir - BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidentiBMT Baş Assambleyasının (BA) 62-ci sessiyasının prezidenti Dağlıq-Qarabaq məsələsinin Baş Assambleyada qaldırılmasını regiona beynəlxalq marağın artmasının əlaməti hesab edir. "Azərbaycanın Dağlıq Qarabağ məsələsini BMT-nin Baş Assambleyası səviyyəsində qaldırması bu regionda baş verən hadisələrə beynəlxalq marağın artmasının əlamətidir", - Trend News-a BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti, Makedoniyanın sabiq xarici işlər naziri Sərcan Kərim bildirib.

Onun sözlərinə əsasən, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamə bir il öncə BMT BA-nın gündəliyinə salınıb və hazırda növbəti sessiyaya keçib. Kərimin sözlərinə əsasən, " bu qətnamənin gələcəyi Azərbaycanın özündən asılıdır, lakin BMT-də lobbiləşdirmə bu kimi məsələlərdə böyük rol oynayır".

Onun sözlərinə əsasən, bu qətnaməni çoxları dəstəkləyir, belə ki, qətnamədə göstərilən faktlar BMT-nin qətnaməsi də daxil olmaqla, digər beynəlxalq sənədlərə əsaslanıb. BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti Birləşmiş Millətlər Təşkilatının dondurulmuş münaqişələrin həllindəki iştirakından razı olmadığını qeyd edib. Kərimin fikrincə, BMT-nin münaqişələrin nizamlanması mexanizmləri gücləndirilməlidir.

"Beynəlxalq təhlükəsizlik sisteminin səmərəliliyi BMT-nin nüfuzuna təsir edir. Bildiyiniz kimi, BMT-nin demokratikləşdirilməsi prosesi prezidentliyimin prioritet vəzifələrindən biri idi. Hesab edirəm ki, BMT radikal addımlar atmalıdır. Sözsüz ki, biz beynəlxalq sistemdə ən nüfuzlu orqanıq. Lakin hesab edirəm ki, biz BMT-nin daha təsirli orqan olduğunu deyə bilmərik ", - Kərim qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Kateqoriya: Mətbuat » Dünyada

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org