İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
2 Fevral 2010 | Avropa İnsan Haqları Məhkəməsinə ötən il daxil olan şikayətlərin 56 faizi 4 ölkənin payına düşüb
Avropa İnsan Haqları Məhkəməsinə ötən il daxil olan şikayətlərin 56 faizi 4 ölkənin payına düşübÖtən il Avropa İnsan Haqları Məhkəməsində (AİHM) ümumilikdə 2395 şikayətə baxılıb. APA-nın Strasburq bürosunun xəbərinə görə, məhkəmə 1625 işin mahiyyəti üzrə qərar çıxarıb. APA-nın Strasburq müxbirinin məlumatına görə, məhkəmənin illik hesabatına görə, qəbul olunmayan şikayətlər, eləcə də işin şikayətlər siyahısından çıxarılması haqda 33 065 qərar qəbul olunub ki, bu da 2008-ci illə müqayisədə 10 000 iş artıqdır. Ötən il bəzi üzv ölkələrin Protokol 14bis və Madrid razılaşmasını qəbul etmələri, məhkəməyə yalnız bir hakim tərəfindən çıxarılan 2 230 qərar qəbul etdirməyə imkan yaradıb.

Avropa Məhkəməsinə gələn şikayyətlərin sayının hər il çoxalması tendensiyasına əlavə olaraq, öncəki illər ərzində yığılan şikayətlərin baxılması problemi də həll edilməmiş qalır. Belə ki, 2009-cu ildə məhkəməyə ümumilikdə 57 100 şikayət daxil olunub və baxılması üçün qurumun müvafiq bölmələrinə göndərilib. Bu da 2008-ci ilə nisbətdə 15% artım deməkdir. Bundan başqa, AİHM-də qərar çıxarılması gözlənilən işlərin sayı da 119 300-ə çatmaqla, 2008-ci ilə nisbətən 23% artıb.

Ümumən baxılması planlaşdırılan işlərin 56% yalnız dörd ölkəyə (Rusiya, Türkiyə, Ukrayna və Rumıniya) qarşı olan şikayətlərdən ibarətdir. Yerdə qalan 44% şikayət isə Konvensiyaya üzv olmuş digər 43 üzv ölkə ilə bağlıdır. AİHM-nin ötən il üçün ayrılan büdcəsi 2008-ci ilə nisbətdə demək olar ki dəyişməz olaraq qalıb. Ötən ilki büdcə 56,62 milyon avroya yüksəlib. Qeyd edək ki, Konvensiyanın 50-ci maddəsinə uyğun olaraq, məhkəmənin fəaliyyətinə sərf olunan vəsait Avropa Şurasının ümumi büdcəsindən ayrılır.
Kateqoriya: Mətbuat » Dünyada

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org