İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
4 Fevral 2010 | İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur - BMT-nin baş katibi Pan Gi Mun
İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur - BMT-nin baş katibi Pan Gi MunTrend News-un Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munla eksklüziv müsahibəsi:

- Ermənistan indiyədək BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Daqlıq Qarabağ regionunun azad olunması üzrə 4 qətnaməsini yerinə yetirməyib. Fikrinizcə, təşkilat çərçivəsində problemin nizamlanmasının yeni mexanizmlərinə müraciət etməyə dəyərmi?

- BMT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə birbaşa cəlb edilməyib. Burada aparıcı rol Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatına aiddir və bu münaqişə ilə bağlı sualları məhz ATƏT-ə ünvanlamaq lazımdır.

- Əfqanıstan 2010-cu ildə də BMT-nin prioriteti olaraq qalır. Siz yanvarın əvvəlində hərbi komponentlə vətəndaş komponentinin yerini dəyişərək "keçid strategiyası"nın tətbiqinin zəruriliyini vurğuladınız. ABŞ-ın Əfqanıstanda hərbi iştirakın gücləndirilməsinin əhəmiyyətini nəzərdə tutan "yeni strategiyası" ilə yanaşı, bu təşəbbüsün reallaşdırılmasını necə görürsünüz?

- Əfqanıstanda Birləşmiş Millətlər Təşkilatının himayəsi altında beynəlxalq strukturların koordinasiyasının gücləndirilməsinə zərurət var. Mənim xüsusi nümayəndəmin beynəlxalq vətəndaş cəhdlərinin əlaqələndirilməsinə görə məsuliyyət daşımasına baxmayaraq, BMT-nin Əfqanıstana yardım üzrə Missiyasının lazımi təcrübəyə sahib olan, əsas donor ölkələrin hökumətləri və Kabul səfirliyi ilə danışıqlar aparmağa qadir olan əməkdaşların hesabına gücləndirilməsi lazımdır.

Bununla əlaqədar olaraq mənim şəxsi nümayəndəm də hesab edir ki, İSAF çərçivəsində yüskək mülki vəzifəli şəxslərin təyin edilməsi siyasət və inkişaf sahəsində səylərin koordinasiyasının yaxşılaşmasına kömək edir.

Vətəndaş səylərinin koordinasiyasının gələcəkdə yaxşılaşması üçün vətəndaş strukturlarının davamlılığı Əfqanıstan hökuməti və beynəlxalq tərəfdaşlarla məsləhətləşmələrdə gözdən keçirilir. Belə strukturlar yaradılarkən onların həmsədrləri əfqanıstanlı nazir və mənim xüsusi nümayəndəm olmalıdır. Burada İSAF, Avropa İttifaqı, Dünya Bankı və əsas donor ölkələrin qüvvələri iştirak etməlidirlər.

- Son iki ildir ki, Fələstin-İsrail danışıqlarında irəliləyiş yoxdur. Siz BMT-nin də daxil olduğu Yaxın Şərq dördlüyünün sülh prosesinin irəliləməsi üçün səylərini yetərli hesab edirsinizmi? Sülh dialoqunun yenidən başlanması üçün hansı addımları atmaq vacibdir?

- Beynəlxalq ictimaiyyət Fələstin-İsrail sülh danışıqlarının yenidən başlanması üçün intensiv səylər göstərir. Mən ABŞ-ın israillərin və fələstinlilərin təhlükəsizliyi, sərhədlərin müəyyən edilməsi kimi məsələlər, həmçinin Fələstin köçkünlərinin və Qüdsün statusu kimi məsələlərin qəti həlli üzrə danışıqların bərpa edilməsi üçün səylərini dəstəkləyirəm.

Danışıqların aparılmadığı bir vaxtda ölkələr arasında etibar azalıb. Şərqi Qüdsdə gərginlik artıb. Qəzza sektorunda və İsrailin cənubundakı əhali əvvəlki kimi zorakılıqdan əziyyət çəkir. Hesab edirəm ki, yaxın zamanlarda siyasi prosesdə irəliləməsək, geriyə çəkilməyə risk edirik.

- Siz İsrail və Hizbullahın yeni müharibəyə başlaması təhlükəsinin davam etdiyini nəzərə alaraq, Livan üzrə 1701 saylı qətnamənin icrasını necə qiymətləndirirsiniz?

- Ümid edirəm ki, 1701 saylı qətmanəyə bütün tərəflər əvvəlki kimi riayət edəcəklər. Mənim Livan üzrə xüsusi koordinatorum Maykl Uilyams tərəflərin qətnamənin həyata keçirilməsi üzrə fəaliyyətə davam etdiklərinə əmin olmaq üçün vəzifəli şəxslərlə əlaqə saxlayır. Qətnamə son illər ərzində uğurla həyata keçirilir.

- İranda fəal etirazçılarla amansız münasibət insan haqları üzrə beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilib. BMT İranda insan haqlarının müdafiəsi üçün hansı addımları atır? İran hökuməti ilə bununla bağlı hər hansı müzakirələr aparılırmı?

- Mən İran hakimiyyətini dəfələrlə vətəndaş və siyasi haqlara, xüsusilə də söz azadlığına, sərbəst toplaşma və sərbəst informasiya haqlarına hörmət etməyə çağırmışam.

İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur. Buna görə də mən İran hökumətini və İran müxalifətini öz fikir ayrılıqlarını qanuni vasitələrlə və dialoq yolu ilə nizamlamağa çağırıram.

Mənin insan haqları üzrə ali komissarım Navi Pilley də hökumətin fəallarla münasibətindən ehtiyatlandığını bildirərək, İrandakı vəziyyəti izləməkdə davam edir.
Kateqoriya: Mətbuat » Dünyada

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org