İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
«OBAMA MÜSƏLMAN ÖLKƏLƏRİNDƏN BİRİNƏ SƏFƏR EDƏCƏK»«Turan» ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsinin məqaləsini yayıb. «İslam dünyasına əl uzadaraq» sərlövhəli yazıda diplomat prezident Barak Obamanın andiçmə mərasimində dediyi «Müsəlman aləmi üçün biz qarşılıqlı maraq və hörmət əsasında irəliyə aparan yeni yol axtarışındayıq» sözlərinə sadiq olduğunu vurğulayıb. Yeni administrasiyanın «dünyada mənfi rəmzə çevrilən» Quantanamo saxlama məntəqəsini bağlamaq üçün addımlar atdığını, Amerikanın ən mötəbər dövlət xadimlərindən olan keçmiş senator Corc Mitçelı Yaxın Şərq, diplomat Riçard Holbruku isə Əfqanistan/Pakistan üzrə xüsusi səfir olmağa dəvət etdiyini xatırladan səfir Obamanın prezidentliyinin ilk 100 günü ərzində müsəlman ölkələrindən birinə səfər edəcəyini deyib. Səfirin fikrincə, prezident Obama Amerika ilə islam dünyası arasında körpü yolunu oynamaq üçün çox münasib şəxsdir:
Kateqoriya: Mətbuat » Dünyada
2008-ci ildə dünyada 109 KİV əməkdaşı öldürülüb2008-ci il jurnalistlər üçün ən faciəli illərdən biri olub. Lent.az-ın verdiyi məlumata görə, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Eydan Uayt həlak olan KİV işçiləri barədə hesabatı açıqlayan zaman bildirib. Baş katib qeyd edib ki, 2008-ci ildə xidməti vəzifələrini yerinə yetirən zaman 109 reportyor, operator və redaksiya əməkdaşı ölüb. KİV işçiləri üçün ən təhlükəli ölkə əvvəlki kimi yenə də İraq olaraq qalır. Ötən il Hindistan və Meksika da KİV işçilərinin öldüyü ölkələr siyahısına düşüb. Eydan Uayt bildirib ki, artıq bu ilin yanvar ayı ərzində xidməti vəzifəsini yerinə yetirən zaman 10 jurnalist öldürülüb. Bununla bağlı o, dünya dövlətlərini jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün yeni addımlar atmağa çağırıb.


Kateqoriya: Mətbuat » Dünyada
AŞ Qonqadzenin qətlinə sifariş verənlərin tapılmasını tələb edir Avropa Şurası Parlament Assambleyası (AŞPA) öldürülən ukraynalı jurnalist Georgi Qonqadzenin qətlinə sifariş verənlərin tapılmasını tələb edir. Parlament Assambleyasının qəbul etdiyi qətnamədə deyilir ki, icraçılardan başqa təhrikçilər və təşkilatçılar da məsuliyyətə cəlb edilməyənə qədər Qonqadzenin qətliylə bağlı istintaq yekunlaşmış sayıla bilməz.
Assambleya hesab edir ki, ukraynalı prokurorlar «Melniçenko qeydləri» adlandırılan qeydlərin identifikasiyasını əcnəbi ekspertlərin iştirakıyla həyata keçirməlidirlər. İddia edilir ki, həmin qeydlərdə Ukraynanın keçmiş prezidenti Kuçmanın və yüksək vəzifəli üç şəxsin Qonqadzeni aradan götürülməsini müzakirə edilməsi əksini tapıb. Qətnamədə o da tələb olunur ki, qətldə iştirak etdiyi iddia olunan general Pukaçın həbsdən necə buraxıldığı və İsrailə necə gedib çıxdığı aydınlaşdırılsın. Assambleyanın bir tələbi də budur:
«Ukraynalı prokurorlar mərhum daxili işlər naziri Yuri Kravçenkonun işlə bağlı dindirilməsinə az qalmış intihar etməsi barədə iddiaları və bu ölümün ətrafındakı naməlum halları araşdırmalıdır».
Kateqoriya: Mətbuat » Dünyada
Obama çətin qərarlar qəbul etməli olacağını deyir   Amerika prezidenti Barak Obama deyib ki, onun administrasiyası İraq və Əfqanıstanla bağlı çətin qərarlar qəbul etməli olacaq. Yeni prezident Pentaqonda ilk dəfə olaraq hərbi məsləhətçiləri ilə görüşdən sonra jurnalistlərə qısaca açıqlama verib.
Obama deyib ki, adı çəkilən ölkələrdəki amerikalı əsgərlər öz vəzifələrini gərgin şəraitdə həyata keçirirlər və söz verib ki, onlara dəstək olacaq: «Aydındır ki, ekstremist təşkilatların öz vətənlərinə vurduğu ziyandan sonra biz öz səylərimizi davam etdirəcəyik. Mən inanıram ki, bizim hərbçilərimiz öz işlərini görməyə hazırdırlar və mən güman edirəm ki, vətəndaşlar da onları dəstəkləmək üçün üzərlərinə düşəni edirlər».
Bundan öncə Prezident Barak Obama Əfqanıstana dair yeni strategiyanın hazırlanması ilə bağlı sərəncam verib. Gözlənilir ki, hərbçilərin sayını artırmaqla yanaşı, bu ölkəyə iqtisadi yardım da ayrılacaq. Barak Obama 16 ay ərzində qoşunun İraqdan çıxarılması ilə bağlı da göstəriş verib.
(«Azadlıq» radiosu)
Kateqoriya: Mətbuat » Dünyada
Quantanamo həbsxanasının heç bir hüquqi və qanuni əsası yoxdurABŞ - ın Əfqanıstana hücumundan sonra Quantanamo həbsxanasında məhbus olmuş “Taliban”ın Pakistandakı keçmiş səfirinin fikrincə, ABŞ Quantanamo həbsxanasından siyasi məqsədlər üçün istifadə edir.
“ABŞ Quantanamo həbsxanasını siyasi məqsədlər üçün yaradıb və bu həbsxananın heç bir hüquqi əsası yoxdur”,- deyə Əfqanıstanın İslami Əmirlik hökumətinin (“Taliban”) Pakistandakı keçmiş səfiri Əbdül - səlam Zəif çərşənbə axşamı Kabildə TrendNews - a eksklüziv müsahibəsində bildirib.
ABŞ prezidenti Barak Obama yanvarın 20 - də inauqurasiya mərasimindən sonra Quantanamo həbsxanasının bir il ərzində bağlanması haqda sərəncam imzalayıb. Əfqanıstan hökuməti ABŞ - ın bu addımını alqışlayıb.
Zəifin sözlərinə görə, ABŞ Quantanamo həbsxanasını Mərkəzi Asiya regionu haqqında yeni məlumat almaq üçün yaradıb.
“ABŞ bir çox siyasətçi və hərbçini bu həbsxanada dustaq edib və burada məlumat almaq məqsədilə müxtəlif təzyiq vasitələrindən istifadə olunub”, - Zəif deyib.
Onun sözlərinə görə, ABŞ - ın güc tətbiq etməklə əhalidən insanlar barəsində məlumat toplamaq hüququ yoxdur.
İndiyədək müxtəlif insan haqları müdafiəsi təşkilatları Quantanamo həbsxanasında məhbuslara işgəncə verilməsinə etiraz edib. Quantanamoda yerləşən hərbi dəniz qüvvələri bazası ABŞ - ın Əfqanıstana hücumundan sonra, 2002 - ci ildə həbsxanaya çevrildi. Dünya ictimaiyyətində, hələ də Quantanamo həbsxanasından azad ediləcək şəxlərin yenidən terroçu təşkilatlarına üzv olacaqlarından narahatlıq var. New-York Times qəzetinin naməlum mənbələrə istinadən yanvarın 24 - də yaydığı məlumata əsasən, Quantanamo həbsxanasının keçmiş məhbuslarından biri hazırda “Əl-Qaidə” rəhbərinin Yəmən üzrə müavinidir. Qəzet xəbər verir ki, Səid Əli Əlşəhri sentyabrda Yəmənin paytaxtı Səna səhərində baş vermiş partlayışın təşkilində ittiham olunur.
Kateqoriya: Mətbuat » Dünyada
44-cü prezident Avraam Linkolnun 1861-ci ildə and içdiyi Bibliyaya əl basıbBarak Obama ABŞ prezidenti kimi fəaliyyətə başladı

Barak Obama ABŞ-ın 44-cü prezidenti kimi səlahiyyətlərinin icrasına başladı. Lent.az-ın məlumatına görə, yeni prezident Bakı vaxtı ilə saat 21:10-da and içərək prezident kimi fəaliyyətə başlayıb.

Obama ABŞ-ın Ali Məhkəməsinin sədri Con Robertsin önündə and içib. Bununla da o, prezident postunda Corc Buşu əvəz edib. Obama Avraam Linkolnun hələ 1861-ci ildə and içdiyi Bibliyaya əl basıb.
Kateqoriya: Mətbuat » Dünyada
Bu gün Beynəlxalq İnsan Haqları Günüdür  Bu gün Beynəlxalq İnsan Haqları Günüdür. Lent.az-ın məlumatına görə, dekabrın 10-da dünyanın bütün insanları və dövlətləri 1948-ci ildə İnsan hüquqlarının Ümumi Deklarasiyasının (İHÜD) qəbul edilməsinin 60 illik yubileyini qeyd edirlər. Müasir tarix üçün bu əlamətdar gündə dünyanın bütün xalqları İkinci Dünya Müharibəsi vaxtı baş vermiş genosidin bütün növlərinin məhv edilməsi üçün birləşiblər. Deklarasiya Birləşmiş Millətlər Təşkilatının (BMT) ilk böyük nailiyyətlərindən biri idi və bir çox beynəlxalq hüquqi sənədlər üçün əsas kimi xidmət göstərib.
Kateqoriya: Mətbuat » Dünyada
BMT-nin baş katibi 10 dekabr İnsan Hüquqları Günü ilə bağlı müraciət yayıb  BMT-nin baş katibi Pan Ki Mun 10 dekabr İnsan Hüquqları Günü ilə bağlı müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə bu il həmçinin İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin 60 illiyinin qeyd olunduğu da vurğulanıb. Baş katib qeyd edib ki, ikinci Dünya Müharibəsindən sonrakı məhrumiyyət və dağıntı dövründə hazırlanan Bəyannamə özündə insanlığın gələcək tərəqqi, ləyaqət və dinc yanaşı yaşama cəhdlərini əks etdirir: “Bu gün də Bəyannamə Birləşmiş Millətlər Təşkilatının bənzəri olmayan ayrılmaz bir hissəsi hesab edilir. Qarşılaşdığımız problemlər Bəyannaməni yaradanların qarşılaşdığı problemlər kimi çətindir. Biz ərzaq çatışmazlığı və qlobal maliyyə böhranı ilə üzləşirik.
Kateqoriya: Mətbuat » Dünyada
İsveç Krallığında fəaliyyət göstərən insan haqları təşkilatları İranın bu ölkədəki səfirliyinə müraciət edib. İnsan haqları təşkilatları Şahnaz Qulaminin həbsini pislədi
Lent.az-ın “BayBak”a istinadən verdiyi məlumata görə, onlar Güney Azərbaycan Milli Hərəkatının xanım fəalı, hüquq müdafiəçisi, jyurnalist Şahnaz Qulaminin həbs olunmasını pisləyib və fars şovinist rejimindən onun dərhal azadlığa buraxılmasını tələb ediblər.

İsveç mətbuatında Şahnaz Qulami haqqında məqalə də dərc olunub. Bu işdə Isveç Krallığında fəaliyyət göstərən Azər Cəmiyyətinin böyük əməyi olub.

Xatırladaq ki, soydaşımız noyabrın 9-dan 10-na keçən gecə həbs olunub.
Kateqoriya: Mətbuat » Dünyada
Elmira Süleymanova: “Azərbaycan diasporlarının xahişlərini ümumiləşdirib səlahiyyətli orqanlara təqdim edəcəyəm”

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Dağıstan Respublikasına səfər edib. Bu barədə Lent.az-a eksklüziv açıqlamasında Ombudsman özü məlumat verib. O bildirib ki, Dağıstana UNESCO-nun təşkil etdiyi beynəlxalq konfransa qatılmaq üçün yollanıb. Konfransda 3 Qafqaz ölkəsinin, həmçinin Rusiya və Dağıstanın nümayəndələri iştirak edib.
Kateqoriya: Mətbuat » Dünyada
← Geri    1 2 3 ... 18 19 20    İrəli →

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org