İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
22 Iyun 2011 | Azay Quliyev: Azərbaycanda QHT fəaliyyəti ilə bağlı yeni qanun layihələri hazırlanır
Azay Quliyev: Azərbaycanda QHT fəaliyyəti ilə bağlı yeni qanun layihələri hazırlanır Bunu Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib. Onun sözlərinə görə, bunlar "Peşə birlikləri haqqında", "Korporativ sosial məsuliyyət haqqında", "Sosial sifariş haqqında", "İctimai iştirakçılıq haqqında" yeni qanun layihələridir.

Qanun layihələrinin mahiyyətini açıqlayan Quliyev deyib ki, "Peşə birlikləri haqqında" qanun peşə birliklərinin fəaliyyətini tənzimləyəcək.

"Baxmayaraq ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunla bu məsələ tənzimlənir, peşə birliklərinin ayrıca qanunla öz fəaliyyətlərini qurmasına ehtiyac var", - Quliyev deyib.
Şura sədri "Sosial sifariş haqqında" qanun layihəsi barədə deyib ki, bu gün QHT-lərin hökumətlə əməkdaşlığı yalnız dövlət büdcəsindən ayrılan qrantlarla qurulur. "Lakin beynəlxalq təcrübəyə görə, hökumət, özəl sektor, bələdiyyələr QHT-lərə sosial sifarişlər verə bilər. Yəni maliyyə vəsaiti qrant müsabiqəsi yolu ilə deyil, birbaşa sifarişlərlə verilə bilər", - o əlavə edib.
Quliyev qeyd edib ki, QHT-lər digər qurumlardan fərqli olaraq həm çevikliyi, həm müəyyən layihənin həyata keçirilməsinə az vəsait xərcləməsi ilə fərqlənir.

"Korporativ sosial məsuliyyət haqqında" qanun hər hansı bir məsələ ilə bağlı QHT, hökumət və özəl sektoru təmsil edən qurumların effektiv əməkdaşlığını təmin etməyə yönələcək.
"Azərbaycanda bu gün fəaliyyət göstərən transmilli və ya yerli şirkətlər qanunvericiliklə və ya beynəlxalq konvensiyalarla, imzalanmış müqavilələrlə üzərlərinə çox ciddi sosial öhdəliklər götürürlər. Amma təəssüflər olsun ki, bu öhdəlikləri ya yerinə yetirmirlər, ya da başdan sovdu yerinə yetirirlər. Nəticədə sosial məsuliyyətin bölüşdürülməməsi baş verir və bu da ciddi problemlər ortaya çıxarır", - Quliyev deyib.

Onun sözlərinə görə, biznes qurumu yalnız mənfəət dalınca qaçmamalı, eyni zamanda cəmiyyət qarşısında üzərinə götürdüyü sosial məsuliyyəti lazımı səviyyədə yerinə yetirməlidir. Şura sədri vurğulayıb ki, "Korporativ sosial məsuliyyət haqqında" qanunun qəbul edilməsi bu xarakterli məsələlərin nizamlanması üçün çox vacibdir. "Bu həm də vətəndaş cəmiyyəti institutları ilə özəl sektor arasında birgə əməkdaşlığı genişləndirmək, vətəndaş cəmiyyətinin inkişafına özəl sektor tərəfindən yönəldilən sərmayəni artırmaq baxımdan vacibdir", - o deyib.

"İctimai iştirakçılıq haqqında" qanun layihəsi ilə bağlı Quliyev deyib ki, vətəndaş cəmiyyəti institutlarının əsas vəzifələrdən biri ictimai nəzarəti həyata keçirməkdir, ümummilli proqramların həyata keçirilməsində fəal iştirakdır.
"Yoxsulluğun azaldılması, iqtisadi inkişaf, insan haqlarının müdafiəsi və digər bu kimi dövlət proqramlarının vətəndaşların iştirakı olmadan hazırlanması və həyata keçirilməsi natamam olar. Belə bir fəaliyyətin isə qanunvericiliklə tənzimlənməsinə ehtiyac yaranır" - millət vəkili vurğulayıb.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son aylarda vətəndaş nəzarətinin gücləndirilməsi ilə bağlı çox ciddi bəyanatları oldu. "Prezident İlham Əliyev korrupsiya ilə mübarizə, neqativ halların aradan qaldırılması və digər problemlərinin həlli ilə bağlı tək dövlət qurumlarının deyil, vətəndaş cəmiyyətinin iştirakının vacibliyini vurğuladı", - Quliyev deyib və qeyd edib ki, "İctimai iştirakçılıq haqqında" qanunun qəbul olunması ictimai nəzarəti genişləndirə bilər.
Onun sözlərinə görə, qanun layihələrinin hazırlanması ilə bağlı yaradılan işçi qrup hazırda beynəlxalq təcrübəni, eyni zamanda Azərbaycanda mövcud reallıqları öyrənir, əlaqədar təşkilatlarla görüşlər keçirir.

Millət vəkili qanun layihələrinin ilkin variantının bu il sentyabrın sonu - oktyabra hazır olacağının bildirib.
"Hazırlanacaq qanun layihələri Milli Məclisdə qəbul olunarsa, bu sahədəki bir çox boşluqlar aradan qaldırmış olar. Bu layihələr Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edə bilər", - Quliyev deyib.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org