İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
7 Iyul 2011 | Azərbaycan parlament nümayəndə heyəti Belqrada gedəcək
Azərbaycan parlament nümayəndə heyəti Belqrada gedəcək Bu barədə MM-in mətbuat xidmətindən məlumat verilib. Qurumun 20-ci yay sessiyasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, deputatlar Ağalar Vəliyev və Azay Quliyev daxildirlər. Beş gün davam edəcək sessiya “ATƏT-in səmərəliliyinin və fəaliyyətinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni start” mövzusuna həsr olunub.

Öncə qurumun Daimi komitəsinin toplantısı keçiriləcək, 2011-2012-ci maliyyə ili üçün büdcənin qəbul edilməsini və bir sıra təşkilati məsələləri əhatə edən gündəlik qəbul olunacaq. Sonra gender məsələlərinin müzakirə ediləcəyi plenar iclas öz işinə başlayacaq. Birinci plenar iclası giriş sözü ilə ATƏT PA-nın sədri Petros Eftimiu açacaq.

Qurumun Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, həmçinin Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin iclaslarında ATƏT-in səmərəliliyinin və fəaliyyətinin möhkəmləndirilməsi barədə geniş fikir mübadiləsi aparılacaq. Müzakirələrin yekununda müvafiq qətnamələr qəbul olunacaq.

Qətnamə layihələrində bəşəriyyətin ekstremizm, radikallıq, terrorizm, irqçilik, ksenofobiya kimi neqativ cərəyanlardan qorunması kimi ciddi problemlər öz əksini tapıb. Müasir dünyada kibertəhlükəsizliyin möhkəmləndirilməsində ATƏT-in mövqeyi, qurum daxilində miqrasiya siyasətinin koordinasiyası məsələləri əhatə olunub. Ciddi ictimai həyəcan doğuran cinayətlərə, o cümlədən transmilli cinayətlərə, beynəlxalq miqyaslı uşaq oğurluğu hallarına, insan orqanlarının qeyri-qanuni ticarətinə, təchizat sistemində işçi qüvvəsindən alver məqsədilə qeyri-qanuni istifadəyə qarşı mübarizə məsələlərinə qətnamələrdə xüsusi yer verilib. Qadın və kişi bərabərliyinin təmin edilməsi siyasətinin genişləndirilməsi, eləcə də ATƏT PA-da qadınların təmsil olunması məsələsi də diqqət mərkəzindədir.

Nümayəndə heyəti qurumun plenar iclaslarında, eləcə də ümumi komitələrin toplantılarında fəal iştirak edəcək, müzakirəyə çıxarılan məsələlərə Azərbaycanın maraqları baxımından münasibət bildirəcək, rəy və təkliflərini ATƏT PA-nın 20-ci yay sessiyası iştirakçılarının nəzərinə çatdıracaqlar.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org