İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
23 Avqust 2011 | Əli Əhmədov Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib
Əli Əhmədov Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Avropa Parlamentinin Portuqaliyadan olan deputatı Ferreyra Fernandes Xose Manuel Azərbaycanı modern və tolerant bir ölkə kimi tanıdıqlarını qeyd edib, Azərbaycanın geosiyasi və strateji baxımdan Avropa İttifaqı üçün çox vacib ölkə olduğunu bildirib. Azərbaycanı çox surətlə inkişaf edən bir ölkə kimi xarakterizə edən portuqaliyalı deputat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduqlarını nəzərə çatdırıb.

Azərbaycanda ən ağrılı problemin qaçqın və məcburi köçkünlərlə bağlı olduğunu etiraf edən Avropa Parlamentinin Fransadan olan deputatı Franko Qaston Avropa İttifaqının bu istiqamətdə ölkəmizə yardımlarının olacağını qeyd edib, təmsil etdiyi qurumun Azərbaycanla enerji sahəsində mövcud əməkdaşlığın daha dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

Belçika Parlamentinin üzvü Alan Destexin Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirib, rəsmi Bakının qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində ciddi səylərini yüksək qiymətləndirib.

Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Azərbaycan cəmiyyəti üçün həlli vacib olan məsələlərdən ən önəmlisinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olduğunu qonaqların nəzərinə çatdırıb, eyni zamanda, Azərbaycan xalqının bu məsələdə beynəlxalq ictimaiyyətdən və təşkilatlardan da ədalətli mövqe gözlədiyini qeyd edib. O, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin Azərbaycanla Avropa arasında enerji əməkdaşlığının hər iki tərəfin marağı çərçivəsində daha da güclənməsinə təkan olacağını bildirib.

Görüşdə həmçinin Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası arasında mövcud əlaqələrin daha da genişləndirilməsi və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
YAP icra katibinin müavini Mübariz Qurbanlı da görüşdə iştirak edib.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org