İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
23 Avqust 2011 | Yeniyetmələrin cinayət məsuliyyətinə cəlb edilməsində tələsmək olmaz
Yeniyetmələrin cinayət məsuliyyətinə cəlb edilməsində tələsmək olmaz Fərhad Abdullayev bildirib ki, yeniyetmələrin, uşaqların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə alimlər və hüquqşünaslar arasında fərqli yanaşmalar var. "Bir qismi hesab edir ki, qanunun qüvvəsi cinayət törətmiş uşaqlara qarşı yönələrsə, bu, müsbət nəticə verər. Bir qismi isə düşünür ki, əksinə, bu, yeniyetmələri cinayətə daha da sövq edə bilər, onların bir şəxsiyyət kimi formalaşmasına, psixologiyasına mənfi təsir edə bilər", - məhkəmə sədri vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda uşaqların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsində milli xüsusiyyətlər də nəzərə alınmalıdır.

"Uşaqların tərbiyəsi, onların şəxsiyyətinin formalaşması baxımından bu, aktual bir problemdir. Gələcəkdə yuvinal ədliyyə ilə bağlı qanun qəbul ediləndə bu məsələyə çox ehtiyatla yanaşılmalıdır. Uşaqlar arasında cinayətkarlığın vəziyyəti, statistika öyrənilməlidir. Uşaqları cinayət məsuliyyətinə cəlb etməkdə tələsməməliyik", - Abdullayev deyib.
Azərbaycan Cinayət Məcəlləsinin 20-ci maddəsinə görə bütün hallarda 16 yaşına çatmış uşaqlar cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

16 yaşına çatmamış uşaqlar isə 18 adda cinayət törətdiyi halda cinayət məsuliyyətinə cəlb edilirlər.
Bu cinayətlər sırasına qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır və ağır dərəcəli zərər vurma, zorlama, soyğunçuluq, quldurluq, adam oğurlama, seksual xarakterli zorakılıq hərəkətləri, hədə-qorxu ilə tələb etmə, talama məqsədilə qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, terrorçuluq, adamları girov götürmə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etmə və ya zədələmə, ağırlaşdırıcı hallarda xuliqanlıq, odlu silah, döyüş sursatı, partlayıcı qurğuları talama və ya hədə qorxu ilə tələb etmə, narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu yolu ilə tələb etmə, nəqliyyat vasitələrini və ya yolları yararsız hala salma daxildir.

Hazırda Azərbaycanda 30-dan artıq uşaq cinayət məsuliyyətinə cəlb olunduğu üçün uşaq tərbiyə müəssisəsində cəza çəkir.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org