İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
28 Oktyabr 2011 | Azərbaycanın millət vəkilləri məcburi nikaha daxil etməyə görə cinayət məsuliyyətinin tərəfdarıdırlar
Azərbaycanın millət vəkilləri məcburi nikaha daxil etməyə görə cinayət məsuliyyətinin tərəfdarıdırlar Əli Hüseynli qeyd edib ki, qadınların nikah yaşının qaldırılması Azərbaycanın ümumbəşəri dəyərlərinə uyğundur və Avropa hüquq siyasəti məkanına daxil olmaq üçün növbəti addımdır.

Millət vəkili Rövşən Rzayev bu halların daha çox ölkənin regionlarında baş verdiyini deyərək, daha sərt cəzaların qəbul olunmasının tərəfdarı olduğunu bildirib.
Deputat Rəfael Cəbrayılov çıxışında Cinayət Məcəlləsində tək qadınları deyil, kişiləri də məcburi nikaha daxil etməyə görə məsuliyyət nəzərdə tutulmasını təklif edib.

"16 yaşlı oğlanın 30 yaşlı qadınla evləndirildiyinin şahidi olmuşam", - o deyib.
Millət vəkili Çingiz Qənizadə isə bildirib ki, yalnız nikaha məcbur etməyə görə deyil, ümumiyyətlə, razılıq olsa belə, erkən nikaha cəlb olunmaya görə də cəza tətbiq olunmalıdır.
Deputat Fəzail Ağamalı deyib ki, bir çox hallarda həddi-buluğa çatmamış şəxslər ailə həyatı qurur və yalnız nikah yaşı tamam olduqdan sonra rəsmi nikaha daxil olurlar.
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli iclasda qeyd edib ki, Azərbaycanda ötən il 155 min uşaq anadan olub, onlardan 29 mini qeyri-rəsmi nikahdan doğulub.

"Qanuna belə dəyişiklik edilməsində məqsəd cəmiyyətə çağırış etməklə, bu cür halların qarşısının alınmasıdır", - Rəcəbli deyib.
Milli Məclisin şöbə müdiri Samir Cəfərov təkliflərə münasibət bildirərək qeyd edib ki, təklif olunan maliyyə sanksiyalarının həcmi bu gün üçün optimaldır.
"Dəyişikliyin yalnız qadınlara aid edilməsi Azərbaycanda qadın hüquqlarının xüsusi yer tutduğunu göstərir", - o deyib.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Cinayət Məcəlləsinə qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan 176-1-ci maddə əlavə olunması təklif edilir.

Həmin maddə qadını nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.
Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.
Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə isə qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org