İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
31 Oktyabr 2011 | Milli Məclis insan alverinə dair hesabatı qəbul etdi
Milli Məclis insan alverinə dair hesabatı qəbul etdi İclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini general Vilayət Eyvazovun hesabatı dinlənilib.

V.Eyvazov bildirib ki, bu ilin ötən 9 ayında Azərbaycanda insan alveri ilə bağlı 70 fakt qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib. Belə cinayətlər törətmiş 17 nəfər saxlanılıb, insan alverinin qurbanı olan 27 nəfər müəyyən olunub. Bu növ hüquqazidd əməllərə görə beynəlxalq axtarışa verilmiş şəxslərdən 3 nəfər İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilib. Hazırda 17 nəfərin axtarışı davam etdirilir.

Hesabat dövründə «Qaynar xətt» telefon xidmətinə insan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəltmə, təhsil, əcnəbilərlə nikahdan ortaya çıxan problemlərlə bağlı 12 minə yaxın zəng daxil olub.

V.Eyvazov daha sonra bildirib: “Araşdırmalar göstərir ki, Azərbaycan müvafiq qurbanlar üçün əsasən mənbə ölkəsidir. İnsan alveri qurbanlarından 17 nəfəri Türkiyəyə, 5 nəfəri İrana, 2 nəfəri Birləşmiş Ərəb Əmirliklərinə, daha 2 nəfəri Rusiyaya aparılıb. Müəyyən edilmiş 27 qurbandan 3-ü təhsilsiz, 3-ü natamam orta, 21-i orta təhsillidir. İstismara qalan qurbanlardan 14-ü 25-35 yaş həddində, 25-i subay olub. Bu müddətdə insan alverinin 18 qurbanı öz arzusu ilə təhlükəsiz sığınacağa yerləşdirilib».

Sonra Milli Məclisdə hesabatla bağlı müzakirələr olub. Müzakirələrin yekununda 99 səs lehinə olmaqla hesabat Milli Məclis tərəfindən qəbul edilib.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org