İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
30 Noyabr 2011 | Son 4 ildə 1125 QHT layihəsinə 7,4 milyon manatdan artıq pul verilib
Son 4 ildə 1125 QHT layihəsinə 7,4 milyon manatdan artıq pul verilib Regionlarda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 4 illik fəaliyyətinin yekunlarına həsr olunmuş məlumatlandırma sessiyaları keçirilir. Davamlı şəkildə 14 şəhər və rayon mərkəzində keçirilməsi nəzərdə tutulan tədbirlərdə Şura tərəfindən QHT-lərə verilən dövlət dəstəyinin əsas istiqamətləri və prinsipləri, bu istiqamətlər üzrə görülən işlər, maliyyələşdirilən layihələr, onların nəticələri, həyata keçirilmiş təlimlər və digər tədbirlər barədə ətraflı məlumat verilir. Şuradan verilən məlumata görə, sessiyalarda, həmçinin, Şuranın nəşri olan kitablar, jurnallar, buklet və broşurlar tədbir iştirakçılarına paylanır.

Tədbirlərdə qeyd edilir ki, ötən 4 il ərzində Şura 1125 QHT layihəsinə 7,4 milyon manatdan artıq vəsait ayırıb. İctimai həyatın bütün sahələrini əhatə edən bu layihələr vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində müstəsna əhəmiyyət kəsb edib. On illərlə xarici donorlardan maliyyə yardımı ala bilməyən ölkə QHT-ləri Şura vasitəsilə öz layihələrini kütləvi şəkildə reallaşdırmağa başlayıblar. Şuranın milli donor fəaliyyəti QHT sektorunda böyük canlanma yaratmış, uzun illər fəaliyyətsiz qalan QHT-lər dirçəlmiş, paytaxtda və regionlarda yeni QHT-lərin yaranması sürətlənib. Region QHT-lərinin Şuranın elan etdiyi müsabiqələrdə iştirakını asanlaşdırmaq, onların təcrübəli QHT-lərlə rəqabət imkanlarını artırmaq üçün hər il bu QHT-lərin maliyyələşdirilməsi üçün Şura tərəfindən ayrıca fond müəyyənləşdirilib. Belə ki, ötən 4 il ərzində 126 region təşkilatına 0,9 milyon manata yaxın vəsait ayrılıb. Regionlarda vətəndaş cəmiyyətinin gücləndirilməsi Şuranın dəstəklədiyi prioritet istiqamətlər sırasına daxil edilib. Bu məqsədlə regionlarda fəaliyyət göstərən vətəndaş cəmiyyəti mərkəzlərinin potensialı gücləndirilib və onlarla mütəmadi əməkdaşlıq əlaqələri yaradılıb.

Tədbirlərdə Şuranın növbəti il üçün maliyyələşdirmə istiqamətləri barədə müzakirələr aparılır və yerli QHT-lərin təklifləri öyrənilir. Noyabrın 29-dan başlayan məlumatlandırma sessiyaları Gəncə, Bərdə, Qazax, Şəmkir və Mingəçevir şəhərlərində keçirilib. Analoji tədbirlərin Quba, Xaçmaz, Şirvan, Lənkəran, İmişli, Qəbələ, Şəki və digər rayonlarda da keçirilməsi planlaşdırılır.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org