İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
29 Oktyabr 2008 | Azərbaycanda prezident seçkisi tam demokratik şəraitdə keçib – hesabat
Azərbaycanda prezident seçkisi tam demokratik şəraitdə keçib – hesabatAzərbaycanın Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) prezident seçkisi dövrünü əhatə edən hesabatında seçkinin tam demokratik və fəal şəraitdə keçdiyini bildirilib. «Demokratik şəraitdə keçirilmiş prezident seçkisi Azərbaycan tarixində mühüm hadisə oldu. Radikal müxalifət nümayəndələri seçkiyə qatılmasalar da, proses seçicilərin yüksək fəallığı ilə keçib», - deyə BMAM sədri Rufiz Qonaqov Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib. Trend News-un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrin 15 - də keçirilib. Seçkilərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev digər namizədlərdən daha çox səs toplayıb - 88.73 faiz. Ümid Pariyasının sədri İqbal Ağazadə - 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 2,28 faiz, müstəqil namizəd Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 0,65 faiz səs toplayıb. BMAM-ın tədqiqat qrupunun rəhbəri Razi Nurullayev prezident seçkisini əvvəlki seçkilərdən fərqləndirən bir sıra amillərin olduğunu bildirib. «Seçki orijinallığı ilə fərqləndi. Seçkidə məğlub olmuş bütün namizədlər qalib namizədi təbrik etdilər və bu, Azərbaycanın siyasi palitrasında yeni eranın başlanmasının əsasını qoydu», - deyə Nurullayev əlavə edib. Seçkidən sonrakı dövrə toxunan Nurullayev bu dövrdə böyük dəyişikliklərin gözlənilmədiyini bildirib. «Azərbaycan prezidenti ilə hakimiyyət arasında böyük sadiqliq var. Böyük dəyişikliklər edilməsə də, gənc kadrların önə çəkilməsi gözlənilir», - deyə o qeyd edib. O əlavə edib ki, İctimai Birliyin hesabatında həmçinin tövsiyələr də öz əksini tapıb. «Tövsiyələrdə seçki müddətində yaranan müsbət atmosferin inkişaf etdirilməsi üçün müxalifətlə iqtidar arasında daha sivil münasibətlərin qurulmasına istiqamətlənmiş addımların atılmasının və beynəlxalq təşkilatların Azərbaycanda baş verən demokratik dəyişiklikləri qəbul etməsi üçün onlarla daha effektli və məhsuldar münasibətlər qurulmasının zərurliyi qeyd olunub», - deyə Nurullayev bildirib.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin hesabatı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanıb.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org