İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
30 Oktyabr 2008 | Fuad Əliyev: “Bu seçkidən qazancımız oldu” - MÜSAHİBƏ
Fuad Əliyev: “Bu seçkidən qazancımız oldu” - MÜSAHİBƏ
15 oktyabr prezident seçkilərində səsvermənin nəticələrinə görə altıncı olmuş Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Lent.az-a müsahibəsi

- Mərkəzi Seçki Komissiyasının (MSK) seçkinin nəticələri ilə bağlı açıqladığı rəqəmlər Sizi nə dərəcədə qane etdi?
- Faiz baxımından baxsaq, əlbəttə, 0,8% azdır. Amma topladığımız səslərin sayı 29 minə yaxındır. Bu qədər səs bizim partiya və mənim üçün normaldır. Çünki ilk dəfədir partiyamız və mən bu cür böyük seçkidə iştirak edirdik. 2003-cü ilin prezident seçkilərində Xalq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlı da 0,8% səs toplamışdı. Təbii ki, seçkiyə qələbə qazanmaq üçün iştirak edirdik. Ancaq təəssüf ki, seçicilər başqa cür fikirləşərək, iqtidarın namizədinə səs verdilər. Biz də elan etdiyimiz kimi, bu nəticəni qəbul edirik.
- Seçki təbliğat-təşviqat kampaniyasına nə qədər vəsait xərclədiniz?
- MSK-nın ayırdığı 28 800 manatı xərclədik.
- 3%-lik baryeri aşa bilmədiyinizə görə həmin vəsaiti qaytaracaqsınızmı?
- Sözsüz ki, bu məsələni qanun çərçivəsində həll edəcəyik. Əgər Seçki Məcəlləsində yazılıbsa ki, bu pul qaytarılmalıdır, deməli, qaytaracağıq.
- Necə hesab edirsiniz, bu seçkilərdə iştirakla Sizin və ALDP-nin qazancı nə oldu?
- Partiyanın qazancı o oldu ki, ALDP-nin 6 min üzvü var idisə, ümumilikdə tərəfdarlarının sayını 29 minə yaxın çatdırmışıq. Bu, bizim üçün müsbət nəticədir. Təbliğat-təşviqat kampaniyası aparmaq üçün vaxt az idi. Vaxtımız bir qədər çox olsaydı, yəqin platformamızla bağlı daha ətraflı danışa bilərdik. Onda daha çox səs qazanardıq.
- Sizin fikrinizcə, Azərbaycanda neçə partiya liberal dəyərlərin daşıyıcısı adına iddia edə bilər?
- Bu gün ideoloji baxımdan bir neçə partiya liberal yönümlüdür. Bu sözləri hətta Yeni Azərbaycan Partiyası haqqında da demək olar. Onların iqtisadiyyatla bağlı qərarlarına diqqət yetirsək, əksərinin liberal yönümlü olduğunu görərik. Müsavat Partiyası isə artıq keçən ildən ideoloji xəttini dəyişərək, daha çox liberal partiyaya çevrilib. Böyük Quruluş Partiyasının sədri də liberal dəyərləri üstün tutduğunu bəyan edib.
- Bundan sonrakı fəaliyyət istiqamətinizi necə quracaqsınız? Ənənəvi müxalifətlə əməkdaşlıq edəcəksinizmi?
- Keçən həftə ALDP Sədr Aparatının iclasında partiyanın bələdiyyə seçkilərinə hazırlaşması barədə qərar verilib. Ancaq qeyd olunan partiyalarla bizim əməkdaşlıq etmək fikrimiz yoxdur. Əgər seçkiyə qatılmayan partiyalar seçkinin nəticələrini tanımamaqla bağlı qərarlarını dəyişsələr, danışıqlar aparıb, əməkdaşlıq edə bilərik. Hər halda, bu gün bu məsələ gündəmdə deyil.
- Radiolardan biri seçki qərargahınızdan reportaj hazırlamaq istəyərkən qərargahı tapa bilməmiş, sonra isə prezidentliyə namizəd kimi vəkilinizin alma satdığı barədə xəbər yaymışdı. Bununla bağlı nə deyə bilərsiniz?
- Qərəzli yanaşma idi və belə fikirlərə münasibət bildirmək istəmirəm.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org