İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
26 Noyabr 2008 | Silvio Berluskoni:«Azərbaycan Qafqaz regionunda vacib rol oynayır və səmərəli qərarlar qəbul edir»
İtaliyanın baş naziri prezident İlham Əliyevlə görüşü ərəfəsində verdiyi müsahibədə belə deyib
Silvio Berluskoni:«Azərbaycan Qafqaz regionunda vacib rol oynayır və səmərəli qərarlar qəbul edir»
Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri davam edir. Dövlət başçısının bu gün bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə iki ölkə arasında qarşılıqlı əlaqələr, enerji layihələri, regional və digər məsələlər müzakirə ediləcək, ikitərəfli sənədlərin imzalanması da istisna olunmur. Prezident İlham Əlyievlə görüş ərəfəsində isə İtaliyanın hökumət başçısı Silvio Berluskoni «Trend» agentliyinə müsahibə verib, qarşılıqlı siyasi və iqtisaid əməkdaşlıqdan danışıb. O, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Moskvada imzaladıqları bəyənnamədən sonra Dağlıq Qarabağ məsələsinin həll ediləcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Qafqaz regionunda vacib rol oynayır və səmərəli qərarlar qəbul edir. «Biz Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığını, qurumun sabitləşdirmə əməliyyatlarına qoşulmasını və Gürcüstan böhranı zamanı nümayiş etdirilmiş balanslaşdırılmış siyasəti yüksək qiymətləndiririk». Baş nazir Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığın perspektivləri və enerji layihələri barədə də danışıb. İtaliyanı Azərbaycanın əsas ticarət partnyoru sayan Silvio Berluskoninin sözlərinə görə, bu il iki ölkə arasında əmtəə dövriyyəsinin məbləği rekord həddə - 3 milyadr avroya çatıb: «Təsadüfü deyili ki, İlham Əliyev yenidən prezident seçildikdən sonra ilk rəsmi səfərini İtaliyaya edib». Silvio Berluskoni 2006-cı ildə Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri işə düşdükdən sonra, rəsmi Romanın təbii qazı alternativi olmayan marşrutla, Türkiyə və Yunanıstan ərazisilə Azərbaycandan və ümumiyyətlə, Xəzər regionundan idxal etməyə çalışdığını deyib: «İtaliyanın "Edison" şirkətinin uzun müddətdir ki, üzərində işlədiyi layihə ümumi siyasi dəstəyə malikdir və münasib vaxtda həyata keçiriləcək. Biz əminik ki, prezident Əliyev bütün maraqlı ölkələrin həll olunmamış məsələlərini yoluna qoymağa kömək edən sazişə yardımçı olacaq».
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org