İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
6 Dekabr 2008 | Azərbaycan NATO üçün dəyərli tərəfdaşdır – Baş katibin xüsusi nümayəndəsi
TrendNews-un NATO Baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsla müsahibəsi
Azərbaycan NATO üçün dəyərli tərəfdaşdır – Baş katibin xüsusi nümayəndəsi
- Azərbaycanın “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı” Proqramına dair fəaliyyəti ilə bağlı rəyiniz necədir?

- Azərbaycan Alyansda fəal və çox dəyərli tərəfdaşdır. Azərbaycanın qoşunları Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri çərçivəsində NATO ilə çiyin çiyinə durub və son vaxtlar oradakı Azərbaycan kontingentinin qüvvələri artıb. Azərbaycan müdafiə sektoru və təhlükəsizlik sektoru idarələrində köklü islahatların aparılması üçün NATO və NATO - nun ayrı - ayrı ölkələri ilə genişmiqyaslı əməkdaşlıqda iştirak edir. Bu, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsndə aparılan uzunmüddətli səylərdir. Azərbaycan bu ishalatların bir çox aspektində xeyli irəliləyişə nail olub. Əlbəttə, qarşıda hələ çox iş var. Biz Azərbaycana bu prosesdə yardım göstərməyi davam etdirmək istəyirik və müxtəlif nazirlik və idarələrdən olan azərbaycanlı həmkarlarımızla sıx əlaqədə işləyirik.

- Azərbaycan Silahlı Qüvvələrində islahatları necə qiymətləndirirsiniz? Bu islahatlar NATO standartlarına uyğundurmu? Azərbaycan Silahlı Qüvvələrində bu islahatlar həqiqətən zəruridirmi?

- Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində həyata keçirilən islahatlar müasir, səmərəli və şəffaf idarə oluna bilən, eyni zamanda, demokratik nəzarət edilən və hesabat verməli olan Silahlı Qüvvələr və təhlükəsizlik strukturlarının yaradılmasında Azərbaycana yardım edəcək. Bu, zəruri prosedir. Və bu yalnız mənim deyil, həm də Azərbaycan hökumətinin rəyidir. Prezident Əliyev inaqurasiyasında onunla görüşdə bunu aydın izah edib. Müdafiə islahatına gəldikdə, anlamaq vacibdir ki, bu, Silahlı Qüvvələrin sadəcə yenidən təşkilindən daha çox şey tələb edən prosedir. NATO standartlarına çatmaq o demək deyil ki, bölmələrin adını və ya hərbi qulluqçunun silahı necə tutmasını dəyişmək lazımdır. Bu, demokratik institutlar, şəffaf büdcə, səmərəli dövlət və parlament nəzarəti ilə əl- ələ verib getməli olan dərin və daha uzunmüddətli prosedir.

Əvvəllər dediyim kimi, Azərbaycan bəzi sahələrdə xeyli irəliləyişə nail olub. Lakin hələ çox sayda vacib vəzifələri həll etmək lazımdır. Hələ bir çox sahədə NATO standartlarının yerinə yetirilməsi üçün çox şey etmək lazımdır. Lakin əminəm ki, birgə səylərlə gələcəkdə xeyli irəliləyişə nail olacağıq.

- Çoxları hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yaxındır. NATO bu münaqişənin həlli prosesində iştirak etməyi planlaşdırırmı?

- Başqaları kimi NATO da bu münaqişəni yaxın gələcəkdə dinc yolla həll etməkdə maraqlıdır. Belə dinc nizamlama həm Azərbaycan və Ermənistanın, həm də ümumilikdə regionun maraqlarında olub. Lakin biz hazırki vaxtda NATO-nun rolunu görmürük. Biz ATƏT-in Minsk Qrupunun səylərini tam olaraq dəstəkləyir və əvvəlki kimi hesab edirik ki, bu uzanmış münaqişənin həllinin təmin olunması üçün Minsk Qrupu daha səmərəli mexanizmdir.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org