İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
11 Dekabr 2008 | “Avropa Məhkəməsində Azərbaycanla bağlı 40-a qədər şikayət üzrə qərar çıxarılması gözlənilir”
Xanlar Hacıyev: “Hazırda Azərbaycanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə 1000-dən çox şikayət daxil olub”.“Avropa Məhkəməsində Azərbaycanla bağlı 40-a qədər şikayət üzrə qərar çıxarılması gözlənilir”
APA-nın məlumatına görə, bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyev bildirib. Onun sözlərinə görə, şikayətlərin yarısını keçmiş Azərbaycan vətəndaşları olan ermənilər edib. X. Hacıyev bildirib ki, Azərbaycandan göndərilən şikayətlər müxtəlif səpkilidir: “Daha çox ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvlərlə bağlı müraciətlər var. Məhkəmə qərarlarının icra olunmaması, parlament seçkiləri zamanı yol verilən pozuntularla, mülkiyyətlə bağlı şikayətlər mövcuddur”. X. Hacıyevin sözlərinə görə, Avropa Məhkəməsində Azərbaycanla bağlı indiyə qədər 16 qərar qəbul olunub: “Lakin hazırda Azərbaycanla bağlı şikayətləri qəbul edən hüquqşünasların sayı çoxaldığından daha çox işə baxılacaq. Hazırda məhkəmənin gündəliyində Azərbaycanla bağlı 40-a qədər şikayətə dair qərarın çıxarılacağı gözlənilir. Ölkə ilə əlaqədar nə qədər şikayət yaranırsa, sabah bu şikayətlər potensial qərara çevrilir”.
X. Hacıyev bildirib ki, hazırda Avropa Məhkəməsində Dağlıq Qarabağdan olan məcburi köçkünlərlə bağlı bir neçə şikayət var: “Onlardan biri Laçın rayonundan olan 6 nəfər azərbaycanlı ilə bağlıdır. İkisi isə ermənilərlə bağlı şikayətlərdir. Bu proses hələ davam edəcək. Bir qədər vaxt lazımdır. İndi mənə məhkəmənin hansı qərara gələcəyini demək çətindir. Məhkəmənin çıxardığı bu cür qərarlara pilot qərarlar deyirlər. Bu cür qərarların ardınca çoxlu sayda şikayətlər gələ bilər. Ona görə də belə qərarların qəbul edilməsində ehtiyat edirlər. Digər tərəfdən, problemin siyasi tərəfi də var. Ona görə də bu məsələdə hələ heç bir mövqe yoxdur”.
X. Hacıyev qeyd edib ki, Avropa Məhkəməsi siyasi təşkilat deyil və Qarabağ problemini həll edə bilməz: ”Hüquqi yolla Dağlıq Qarabağdan köçürülən insanların əmlakı və digər hüquqları ilə bağlı məsələlərə baxıla bilər. Ancaq belə müraciətlər fərdi qaydada edilməlidir”.
X. Hacıyev deyib ki, Avropa Məhkəməsinin qərarlarının icra olunması bir növ mədəniyyətdir: “Rusiya böyük bir dövlətdir və çıxarılan qərarlardan narazı, razı olmasına baxmayaraq, bütün qərarları icra edir. Türkiyə də həmçinin. Biz də kənarda qalmamalıyıq, qərarlar icra olunmalıdır. Mən hesab edirəm ki, Azərbaycanda bu problem yoxdur. Məndə olan məlumata görə, Azərbaycanla da bağlı çıxarılan qərarlar icra olunur”.
X. Hacıyev Azərbaycanın Avropa Məhkəməsində bütün işləri uduzması ilə bağlı fikirlə razılaşmadığını deyib: “Siz yalnız çıxarılan qərarlar barədə bilirsiniz. Hansı qərarlar çıxarılmır, onları bilmirsiniz. Məhkəmə yalnız hökumətlə yazışma əsasında qərar çıxarır. Məsələlər var ki, hökumət düzgün mövqe göstərir və problem aradan qalxır”.
O, keçmiş səhiyyə naziri Əli İnsanovun şikayətlərinə Avropa İnsan Hüquqları Məhkəməsində növbədənkənar qaydada baxılacağı ilə bağlı verilən məlumatlara da münasibət bildirib: “Məhkəmə bunu havadan götürmür. Məhkumun şəxsiyyəti, öz vətənində tanınmağı və digər amillər nəzərə alınır. Məhkəmə müəyyən bir etapda bu maddəni aradan qaldıra da bilər”.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org