İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
30 Yanvar 2009 | Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr qızğın keçib
Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr qızğın keçibAvropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr qızğın keçib. Komitənin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Azadlıq» radiosuna deyib ki, əsas üç məsələyə diqqət ayrılıb: Azərbaycanda martın 18-də keçiriləcək referenduma, müxalifət və insan haqlarının vəziyyətinə, bir də xarici radiostansiyaların milli tezlikdən çıxarılmasına.
A.Herkel deyib ki, o, iclasda Azərbaycan parlamentinin, Konstitusiya Məhkəməsinin referendum qərarını necə qəbul etdiyi haqda məlumat verib. Eyni zamanda, bildirib ki, hökumətin referendum qərarı barədə Venesiya Komissiyası məlumatsız olub.
Yanvarın 29-da keçirilən iclasda Monitorinq Komitəsi qərara gəlib ki, Venesiya Komissiyasına müraciət etsin ki, referendumla bağlı məsələdə ekspertiza aparsın:
Andres Herkel: «Biz istəyirik Venesiya Komissiyasının qəti qərarını, münasibətini alaq. Bu, adi referendum deyil. Həddən artıq çox sual qoyulub, adətən belə olmur. Bu isə seçicini çətin vəziyyətə qoyur. Biz Venesiya Komissiyasının prezidentin səlahiyyət müddəti, vətəndaşın icazəsi olmadan şəklinin çəkilişinin qadağan olunması ilə bağlı məsələlərə münasibətini bilmək istəyirik. Bu, söz azadlığı ilə bağlı mübahisəli məsələdir».
Avropa Şurası Siyasi Biliklər Məktəbinin direktoru İlqar Məmmədov isə deyir ki, Venesiya Komissiyası bundan sonra artıq təyin olunmuş referenduma təsir edə bilməz. Ekspertiza olsa, rəy çıxarılsa belə, işlək maşını durdurmaq mümkün deyil.
Monitorinq Komitəsi üzv ölkələr tərəfindən Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyinə nəzarət edir. Bu baxımdan belə müzakirələrin, dinləmələrin aparılması vacibdir. Ancaq digər tərəfdən, heç də hər bir müraciət Parlament Assambleyasına tövsiyə olunmur. İlqar Məmmədov deyir ki, buna misal Ermənistanla bağlı müzakirələr ola bilər:
«Monitorinq Komitəsinin iclasında tövsiyə olundu ki, Ermənistanın nümayəndə heyətinin səsləri əllərindən alınsın, dondurulsun. Ancaq AŞ PA-nın plenar iclasında qərar elə olmadı. Sadəcə, Ermənistan bir növ utandırıldı. Azərbaycan da bir neçə dəfə Avropa Şurasında eyni durumda olub. Çox güman ki, hələlik Şura Azərbaycanla çox sərt olmayacaq».
AŞ PA-nın Monitorinq Komitəsində Azərbaycanda xarici radioların tezliyinin əlindən alınması da müzakirə olunub. Andres Herkel deyir ki, bu məsələ Komitədə müzakirə olunsa da, bir müddət əvvəl AŞ PA-nın prezidenti Luis Mariya de Puç və Avropa Şurasının Nazirlər Komitəsinin sədri Angel Moratinos bəyanat yayıb. Bu isə elə Parlament Assambleyasının da mövqeyi deməkdir:
«Bu, Azərbaycanda söz azadlığının vəziyyətini pisləşdirir. Bu radiostansiyalar müstəqil idi və təklif olunan yeni texnologiya ilə onları dinləmək əfsuslar olsun ki, Azərbaycan əhalisi üçün əlçatan deyil».
Cənab Herkel onu da deyir ki, Azərbaycanla bağlı vəziyyətin müzakirəsi azərbaycanlı nümayəndə heyəti tərəfindən tənqidlə qarşılanıb.
Ancaq bütün gün ərzində Azərbaycanın AŞ PA-dakı nümayəndələrilə əlaqə yaratmaq cəhdimiz alınmadı.
Andres Herkel isə deyir ki, indi Monitorinq Komitəsinin həmməruzəçiləri növbəti addım kimi martda Azərbaycana səfər etmək və yanvarın 29-da müzakirə etdiyi üç məsələni daha dərindən öyrənmək, araşdırmaq niyyətindədir.
Səfərin sonunda isə həmməruzəçilər Azərbaycandakı vəziyyətlə bağlı yazılı bəyanat hazırlayacaqlar.(«Azadlıq» radiosu)
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org