İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
23 Iyun 2009 | Azərbaycan Ombudsmanı QHT-lər haqqında qanunun müzakirəsinin dayandırılması ilə bağlı Milli Məclisə müraciət edib
Azərbaycan Ombudsmanı QHT-lər haqqında qanunun müzakirəsinin dayandırılması ilə bağlı Milli Məclisə müraciət edibAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa İttifaqının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndələrini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş tanışlıq məqsədi daşıyıb. E. Süleymanova Azərbaycan Ombudsçam təsisatı barədə qonaqlara məlumat verib.

Müvəkkil Ombudsman təsisatının BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində MİHT Beynəlxalq Əlaqələndirmə Komitəsi (BƏK) tərəfindən Avropanın 11 nüfuzlu ombudsman institutu sırasında “A statusu” ilə akkreditasiya olunduğunu, bu statusun təsisata BMT-nin Saziş qurumlarına, eləcə də İHŞ-ya hökumət tərəfindən təqdim olunan hesabatların hazırlanması işində iştirak etmək, alternativ hesabatlar hazırlamaq səlahiyyətləri verdiyini qeyd edib.

E. Süleymanova Azərbaycanda media nümayəndələrinin, o cümlədən məhkum jurnalistlərin hüquqlarının təmin olunması vəziyyəti barədə qonaqların sualını cavablandırıb. Məhkum jurnalistlərin əfv olunması ilə bağlı Ombudsmanın əfv komissiyasına müraciət etdiyi, həmin müraciətlər nəzərə alınaraq bir neçə jurnalistin əfv edildiyi bildirilib. Müvəkkil qonaqların ölkə parlamentində müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərlə bağlı suallarını da cavablandırıb.

Ombudsman adı çəkilən qanuna nəzərdə tutulmuş dəyişikliklərlə əlaqədar yaranmış problemin həllində kömək göstərilməsi ilə bağlı QHT-lər, o cümlədən Milli QHT Forumu üzvləri tərəfindən ona müraciət olunduğunu qeyd edib.

Bildirilib ki, Azərbaycanın ratifikasiya etdiyi Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta, İnsan Hüquq və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına əsasən üzərinə götürdüyü öhdəlikləri, eyni zamanda dövlətimizin vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirdiyi davamlı siyasəti nəzərə alaraq, müvəkkil QHT-lərin fəaliyyətini məhdudlaşdıracaq həmin qanun layihəsinin müzakirəsinin dayandırılması və ya payız sessiyasına qədər təxirə salınması ilə bağlı Milli Məclisə müraciət edib.

Qeyd edək ki, Avropa İttifaqının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupu (COEST) Avropa Birliyinə üzv ölkələrin qurum yanında Daimi Nümayəndəliklərinin diplomatlarından ibarət olan bir təsisatdır. Qrup heyətinin tərkibinə Çexiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İsveç, Finlandiya, İrlandiya, Rumıniya, Belçika, Danimarka, Slovakiya, Litva, Estoniya və digər ölkələrin nümayəndələri daxildir.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org