İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
3 Iyul 2009 | Ombudsman Aparatının əməkdaşları istintaq təcridxanasında və polis bölmələrində olublar
Ombudsman Aparatının əməkdaşları istintaq təcridxanasında və polis bölmələrində olublarOmbudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına və DİN Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4 və 7, Əzizbəyov RPİ-nin 1 və 2-ci polis bölmələrinə və bu polis idarəsinin müvəqqəti saxlanma təcridxanasına (MST) baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvəkkilin nümayəndələri həmin müəssisələrdə saxlanılan şəxslərlə görüşüb söhbət aparıb, onlara hüquqlarını izah ediblər. Görüş zamanı həmin şəxslər saxlandıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini qeyd etmiş, saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazı olmadıqlarını söyləyiblər.

Aparatın əməkdaşları 3 saylı istintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4 maddəsi ilə saxlanılan və hazırda aclıq aksiyası keçirən İ.R. ilə görüşüblər. Söhbət zamanı o, Nərimanov rayon Polis İdarəsi istintaq şöbəsinin müstəntiqi tərəfindən barəsində açılmış cinayət işinin qeyri-obyektiv aparılmasına və yekunlaşdırılaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilməsinə etiraz olaraq aclıq aksiyasına başladığını və məhkəməyə getməkdən imtina etdiyini bildirib.

Müvəkkilin nümayəndələri həmin şəxsə səhhətinə ziyan vuran aclıq aksiyasını dayandırmağı tövsiyə ediblər.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org