İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
28 Avqust 2009 | Azərbaycan Parlamenti məişət zorakılıqları ilə bağlı qanunun qəbuluna ehtiyac olduğunu düşünür
Azərbaycan Parlamenti məişət zorakılıqları ilə bağlı qanunun qəbuluna ehtiyac olduğunu düşünürAzərbaycan Parlamentinin komitə sədrinin müavini məişət zorakılıqları ilə bağlı qanun layihəsinin qəbuluna ehtiyac olduğunu düşünür. "Ölkədə son illər ailədaxili zorakılıqların sayı, bununla bağlı cinayət hadisələrinin sayı qismən çoxaldığından problemin həlli qanunla tənzim olunmalıdır", - cümə axşamı Trend News-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Trend News-un arayışı: Bu il martın 31-də Milli Məclisdə Avropa Şurasının "Qadınlara qarşı məişət zorakılığı ilə mübarizə" kampaniyasına həsr edilmiş parlament dinləmələri keçirilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkil etdiyi "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusundakı dinləmələrdə millət vəkilləri, yerli və beynəlxalq ekspertlər iştirak edib.

Quliyevin sözlərinə görə, il yarım əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sosial siyasət komitəsinə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi təqdim edib. "Komitədə müzakirələrdən sonra layihə geri qaytarılıb. Səbəb isə layihədə nəzərdə tutulan bir çox müddəaların Azərbaycan reallıqları ilə üst-üstə düşməməsi olub", - millət vəkili əlavə edib.

Komitə sədrinin müavini deyib ki, həmin layihə parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi tərəfindən də qəbul edilməyib. Millət vəkili yeni layihənin yenidən nə vaxt hazırlanacağı haqda isə məlumatsız olduğunu qeyd edib. "Buna baxmayaraq, yaxın müddətdə mütləq belə bir qanun layihəsinin müzakirəyə çıxarılmasına ehtiyac var", - komitə sədrinin müavini deyib.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org