İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
29 Avqust 2009 | Monitorinqinin nəticələri ilə bağlı iclas keçirilib
Monitorinqinin nəticələri ilə bağlı iclas keçirilibAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şura tərəfindən maliyyələşdirilmiş layihələrin monitorinqini həyata keçirən Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərləri və işçi heyətlərinin iştirakı ilə monitorinqin nəticələrinə aid toplantı keçirib.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Quliyev layihələr üzrə yerinə yetirilən işlərin və həyata keçirilən tədbirlərin mühüm sosial-ictimai əhəmiyyət daşıdığını vurğulayaraq, bunu dövlətin vətəndaş cəmiyyətinin inkişafına qayğı və diqqətinin təzahürü kimi dəyərləndirib. Layihələrin reallaşdırılması nəticəsində vətəndaş təşəbbüskarlığının artırılması, cəmiyyətin sosial qayğılarının ödənilməsi ilə bərabər QHT-lərin təşkilat olaraq möhkəmlənməsini, onların idarəçilik təcrübəsinin artırılmasının da vacibliyini diqqətə çəkən Şura sədri aparılan monitorinqlərin bir sıra xüsusi məqamlar üçün də nəzərdə tutulduğunu açıqlayıb.

A.Quliyev bildirdi ki, monitorinqin nəticələri layihələr üzrə yerinə yetirilən işlərin real mənzərəsini əks etdirməli və hesabatlarda qüsurların üzə çıxarılması və vaxtında aradan qaldırılması baxımından heç kimə, heç bir təşkilata güzəşt edilməməlidir: “Bu nəticələrə görə gələn il hansısa təşkilatlar daha çox maliyyə dəstəyi alacaq, hansılarsa maliyyə yardımından məhrum ediləcək. Bu nəticələr üzrə biz ölkədə vətəndaş cəmiyyətinin mövcud durumunu qiymətləndirməli, gələcək illər üçün maliyyələşdirmə perspektivlərini müəyyən etməli, təşkilatların, xüsusilə region QHT-lərinin qarşılaşdığı çətinlikləri və problemləri, həmçinin onların təlimə olan ehtiyaclarını dəqiq təsəvvür etməliyik”.

İclasda qeyd edilib ki, 200-dən artıq təşkilatda yerinə yetirilmiş monitorinqlər ölkədə vətəndaş cəmiyyətinin vəziyyətini bilavasitə əks etdirir. Nəzərə çatdırılıb ki, layihələrin maliyyələşdirilməsinin müəyyən sistem halına gətirilməsinə və maliyyələşdirilmədə diferensallaşdırmaya ehtiyac duyulur. Şura sədri A. Quliyev toplantıya yekun vuraraq, sentyabrın 16-da Şura üzvlərinin və layihə yerinə yetirən bütün təşkilatların rəhbərləri ilə monitorinqin I mərhələsinin yekunlarının geniş müzakirə ediləcəyini deyib.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org