İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
31 Avqust 2009 | Ombudsman təhsil nazirindən ölkədə qəza vəziyyətində olan məktəblərin təmirinin sürətləndirilməsini xahiş edib
Ombudsman təhsil nazirindən ölkədə qəza vəziyyətində olan məktəblərin təmirinin sürətləndirilməsini xahiş edibAzərbaycan ombudsmanı Elmira Süleymanova təhsil naziri Misir Mərdanovdan ölkədə qəza vəziyyətində olan məktəblərin təmirinin sürətləndirilməsini xahiş edib.

"Azərbaycan Ombudsman Aparatı tərəfindən bu günlərdə məktəblərin yeni dərs ilinə hazırlığı ilə bağlı monitorinq keçirilib və qəza vəziyyətində olan məktəblər aşkar edilib. Şəki şəhəri 4, 12 və 14 saylı, Baş Zəyzid, Cuma kənd, Şorsu kənd, Zaqatala rayonu Zaqatala şəhər 2 saylı, Tala və Danaçı kənd, Qəbələ rayonu Vəndam qəsəbəsi 1 və 3 saylı, Quba rayonunda Qam-qam və Digah kənd, Dəvəçi rayonunda Dəvəçi şəhər 3 saylı, Ağbaş, Rəhimli, Təzəkənd və Çöl Quşu kənd, Xaçmaz rayonunda Xaçmaz şəhər 3, 5, 6, 7, Xudat şəhər 1, 2, 3 saylı, Hacıbəyli, Əhmədoba və Aşağı Zeyd kənd, Xızı rayonunda Giləzi və Sürabad qəsəbə, Siyəzən rayonunda isə Siyəzən şəhər 2, 3, 4 saylı, Zarat və Yenikənd orta məktəblərinin əsaslı təmirə ehtiyacı olduğu müəyyənləşdirilib", - ombudsmanın təhsil naziri Misir Mərdanova ünvanladığı müraciətdə bildirilib.

Ombudsman təhsil nazirinin diqqətinə çatdırıb ki, Şəki rayonu Qırxbulaq əsas kənd, Quba rayonu üzrə Mirzəqışlaq əsas və Yalavanc ibtidai, Xaçmaz rayonu üzrə Müzəffəroba və Köhnə Xaçmaz kənd, Xızı rayonunda isə Baxışlı, Yeni Yaşma və Fındığan kənd orta məktəbləri qəza vəziyyətindədir və praktiki olaraq tədris prosesi üçün yararsızdır.

Təhsil nazirinə müraciətdə ombudsman adıçəkilən məktəblərin əsaslı təmir olunmasını və ya yenidən tikilməsi gələcək planlarda nəzərdə tutulduğu halda bu işin təxirəsalınmadan həyata keçirilməsini xahiş edib. Ombudsman təhsil nazirindən xüsusilə Qırxbulaq əsas kənd məktəbinin təmir olunması və ya binanın yenidən tikilməsi, yeni dərs ili başlanana qədər təhlükəli vəziyyətdə olan məktəb binalarında təhsil alan şagirdlərin ən yaxın məktəblərə təhkim edilməsi məsələsinə baxılmasını xahiş edib.

Ombudsman Şəki rayonu Qırxbulaq əsas kənd məktəbinin yenidən tikilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar fövqaladə hallar naziri və Şəki şəhər İcra Hakimiyyətinə də müraciət edib.

Trend
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org