İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
14 Sentyabr 2009 | Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər üzərində işləməyə hazırdır
Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər üzərində işləməyə hazırdırVenesiya Komissiyası rəsmi Bakıdan müvafiq istək alarsa, Seçki Məcəlləsindəki dəyişikliklər üzərində işləməyə hazırdır. Bu barədə Avropa Şurasının Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov Strasburqdan telefonla Trend News-a deyib. Azərbaycan hökumətindən rəsmi tələb gələrsə, biz bu məcəllə üzərində işləməyə hazırıq, - Kuznetsov deyib. - Bizim nizamnaməyə görə bizə ya ölkə hakimiyyəti, ya Avropa Şurası Parlament Assambleyasının nizamnamə orqanları, ya da nazirlik komitələri müraciət edirlər.

Kuznetsovun sözlərinə görə, hələlik Azərbaycan hökumətindən məsələ ilə bağlı heç bir tələb gəlməyib. Azərbaycanda bələdiyyə seçkiləri ərəfəsində bir sıra müxalifət partiyaları məcəlləyə düzəliş edilməsini tələb edirlər. Azərbaycanda bələdiyyə seçkiləri dekabrın ikinci yarısında keçiriləcək.

2008-ci ilin iyun ayının əvvəllərində Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası arasında aparılan birgə müzakirələrdən sonra Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilib. Dəyişikliklərdə Azərbaycan müxalifətinin istədiyi kimi Seçki Komissiyasında paritetlik baxımından formalaşma əks olunmayıb. Buna etiraz əlaməti olaraq Azərbaycanın müxalifət partiyalarından bəziləri 15 oktyabr prezident seçkilərində iştirakdan imtina ediblər.

"Azərbaycan hökuməti yenidən Seçki Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı Venesiya Komissiyası ilə müzakirəyə başlayacaq", - bir müddət əvvəl Milli Məclis Aparatının sədri Səfa Mirzəyev Trend News-a deyib. Bələdiyyə seçkiləri ilə əlaqdar olaraq, xüsusilə namizədlərin irəli sürülməsi, təşviqat müddəti, səsvermənin təşkil edilməsi baxımından məcəllənin mükəmməlləşdirilməsi labüddür.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org