İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
29 Oktyabr 2009 | Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu olmuşdur
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu olmuşdurOktyabrın 29-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilmişdir. Ali Məhkəmənin sədri plenum iclasını açaraq, respublikamızda uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin Uşaq ili elan olunması ölkəmizdə uşaqlara qayğının artırılması üçün geniş imkanlar açmışdır.

Oktyabrın 22-24-də Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş uşaqların müdafiəsi islahatı üzrə milli konfransın keçirilməsi respublikamızda uşaqların hüquqlarının müdafiəsinə çox böyük əhəmiyyət verilməsinin göstəricisidir. Azərbaycanda uşaq və gənclərə diqqət və qayğı dövlət siyasətinin prioritet sahələrindəndir.

Plenumda “Övladlığa götürmə və ya övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” məsələ geniş müzakirə olunmuşdur. Bildirilmişdir ki, son illər uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi kimi daim diqqət mərkəzində olmuş, uşaqların hüquqlarının təmini üçün səmərəli vasitələr yaradılmışdır. Ailə, mülki, inzibati, cinayət qanunvericiliyinin uşaq hüquqlarının təmin olunmasını nəzərdə tutan normaları inkişaf etdirilmişdir. Azərbaycan “Uşaq hüquqları haqqında”, “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyalara qoşulmuşdur.

Çıxış edənlər vurğulamışlar ki, ailədə yaşamaq və tərbiyə olunmaq uşağın mühüm hüquqlarından olmaqla, imkan dairəsində uşağın ailədə yaşaması və tərbiyəsinin təminatlarını nəzərdə tutur. Uşaq ailədə fiziki və mənəvi inkişafa nail olur, dayaq və anlaşma tapmaqla cəmiyyətin tam hüquqlu üzvü olmağa hazırlanır. Plenum konkret cinayət və mülki işlərə də baxmış, müzakirə olunan məsələlər və baxılan işlər barədə müvafiq qərarlar qəbul etmişdir.

Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, təhsil nazirinin müavini Elmar Qasımov iştirak etmişlər.

AzərTAc
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org