İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
23 Noyabr 2009 | "İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması" qaydaları təsdiq edilib
"İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması" qaydaları təsdiq edilibAzərbaycan Nazirlər Kabineti "İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması" qaydalarını təsdiq edib. Bu haqda Trend News-a Nazirlər Kabinetindən məlumat verilib. Qaydalar Prezidentin 6 fevral 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)"na uyğun olaraq hazırlanıb və insan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması qaydalarının həyata keçirilməsi mexanizmini müəyyən edir.

Qaydalara görə, uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması könüllülük, konfidensiallıq, fərdi yanaşma, qurbanların mənafelərinin müdafiəsi, təhlükəsizliyin təmin edilməsi, bərabərlik, qurbanlara hörmət, təxirəsalınmaz yardım, yardımların pulsuz göstərilməsi prinsipləri əsasında həyata keçirilir. Kimliyindən asılı olmayaraq, sığınacağa yerləşdirilmiş bütün uşaqlara münasibətdə heç bir ayrı-seçkiliyə yol verilmir.

Sığınacağa yerləşdirilmiş hər bir uşağa və onun valideynlərinə dair məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada konfidensial saxlanılmalıdır. Uşaqların sığınacaqda qalma müddəti 60 gündür. Uşağın həyatı üçün təhlükə aradan qaldırılmadıqda, uşağın valideynlərinin axtarılması, yaxud barəsində qəyyumluq və ya himayənin müəyyən edilməsi üzrə tədbirlər tamamlanmadıqda, uşağın fərdi proqram üzrə reabilitasiyası başa çatmadıqda, cinayət təqibini həyata keçirən orqan tərəfindən uşağın əlavə olaraq dindirilməsinə ehtiyac olduqda, uşağın mənafeləri onun sığınacaqda qalmasını tələb edən digər hallarda müddət uzadıla bilər.

Sığınacağın rəhbəri sığınacaqda qalma müddəti bitmiş uşağın yerləşdirilməsi üçün həmin müddətin bitməsinə 10 gün qalmış Daxili İşlər Nazirliyini, uşağın hüquq və mənafelərini müdafiə edən orqanları və şəxsləri bu barədə məlumatlandırır.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org