İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
24 Noyabr 2009 | Azərbaycanda "Vəkillik haqqında" yeni mükəmməl qanun qəbul olunmalıdır - ekspertlər
Azərbaycanda "Vəkillik haqqında" yeni mükəmməl qanun qəbul olunmalıdır - ekspertlərEkspertlər hesab edir ki, Azərbaycanda vəkillik sahəsində mövcud problemlərin həlli məqsədilə "Vəkillik haqqında" yeni mükəmməl qanun qəbul olunmalıdır. Trend News-un məlumatına görə, çərşənbə axşamı "Azərbaycanda vəkillik institutu: reallıqlar və prespektivlər" mövzusunda keçirilən dəyirmi masada bu sahədəki mövcud vəziyyətlər, problemlər müzakirə olunub.

Hüquqşünas Qurban Məmmədov bildirib ki, bu sahədəki çoxsaylı problemlər sırasında vəkillərin əsassız olaraq müdafiəyə buraxılmaması, müdafiədən uzaqlaşdırılması, məhkəmə prosesi zamanı çəkişmə prinsipinin pozulması, vəkillərin normal fəaliyyəti üçün lazımi şəraitin yaradılmaması yer alır.

Məmmədov hesab edir ki, vəkilliyə qəbul prosedurları da dəyişdirilməlidir. Onun fikrincə, İmtahan Komissiyasında hakimlərin təmsil olunması, birinci test imtahanında uğur qazanmayan namizədin sonrakı imtahanda iştirakı üçün komissiyanın rəyinin tələb olunması kimi məsələlər qanunvericilikdən çıxarılmalıdır. Hüquqşünas "Müdafiə hüququ haqqında" qanunun qəbul olunmasını da vacib sayır.

Hüquqşünas Ənnağı Hacıbəyli Azərbaycanda Vəkillər Kollegiyasına alternativ kollegiyaların yaradılmasını zəruri hesab edib və qeyd edib ki, belə qurumların çox olması vəkillik institutunun müstəqil fəaliyyətinə və müdafiənin səmərəli təşklinə səbəb olar. O, qonşu Türkiyə və Rusiyada belə qurumların fəaliyyət göstərdiyini deyib və bildirib ki, həmin vəkil qurumları ayrı-ayrılıqda vəkilliyə qəbulu həyata keçirirlər. Vəkillərin normal fəaliyyətini təmin etmək məqsədilə Hacıbəyli vəkillərin üzərinə qoyulmuş 40 faiz məbləğində verginin götürülməsini təklif edib.

Vəkillər Kollegiyasının üzvü Həzi Məmmədov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən hüquq məsləhətxanaları vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərmək imkanından uzaqdır. Məmmədob bildirib ki, keyfiyyətli hüquqi yardım göstərilməsi üçün hüquq məsləhətxanaları münasib binalarla təmin olunmalı, dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləğini artırılmalı, bir neçə vəkillər kollegiyası yaradılmalı, dövlət hesabına vəkillə təminat zamanı təqsirləndirilən və şübhəli şəxslərin əmlak və maddi vəziyyəti öyrənilməlidir.

Dəyirmi masada iştirak edən hüquqşünaslar, vəkillər və hüquq müdafiəçiləri bu sahədəki vəziyyətin ciddiliyini nəzərə alaraq təxirəsalınmaz tədbirlər görülməsi, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin gücləndirilməsi məqsədilə bəyanat qəbul ediblər.

Bəyanatda deyilir ki, ancaq bu halda vəkillik institutu cəmiyyətin hüquq sisteminin tərkib hissəsi ola bilər və vətəndaşların maraqlarına uyğun fəaliyyət göstərər.

Tədbirin sonunda prezidentə müraciət qəbul olunub.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org